Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cahangir Zülfüqarov (31 oktyabr 1955, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012), A.Şaiq adına Azərbaycan Dövlət K

Cahangir Zülfüqarov

  • Ana Səhifə
  • Vikipediya
  • Cahangir Zülfüqarov

Cahangir Zülfüqarov (31 oktyabr 1955, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2012), A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının musiqi hissə müdiri.

Cahangir Zülfüqarov
Cahangir Oqtay oğlu Zülfüqarov
Ümumi məlumatlar
Doğum tarixi 31 oktyabr 1955(1955-10-31) (70 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Oqtay Zülfüqarov
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 20122012

Həyatı

Cahangir Oqtay oğlu Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb (1979-1984). Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə burada azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin "Qar qız", Kamal Aslanovun "Şərq nağılı", "Göy saqqal", Həsənağa Hüseynovun "Saz əhvalatı", Bertolt Brextin "Kuraj ana", Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar", Aleksandr Sergeyeviç Puşkinin "Qızıl xoruz", Namiq Ağayevin "Oxay və Əhməd", Rəhman Əlizadənin "Damdabaca", "Tıq-tıq xanım", "Maymaq", "Dəcəl çəpişlər belə-belə işlər", Ələkbər Hüseynovun "Səadət quşu" və "Möcüzəli tamaşa", Tofiq Ağayevin "Qoçaq Əhməd", Xanımana Əlibəylinin "Ləpələrin nağılı", Nicat Kazımovun "Ələddin", Şarl Perronun "Qırmızı papaq", Cani Rodarinin "Çipollino" və sair tamaşalara musiqi bəstələyib. Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar (1990 – 2001) bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var.

Axırıncı işlərindən biri onun "Qala" filminə bəstələdiyi musiqidir. 9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.

  • Bəstəkar Oqtay Zülfüqarovun oğludur.

Filmoqrafiya

  1. Bəşəriyyətin beşiyi (film, 2011)
  2. İthaf (film, 1990)
  3. Qala (film, 2008)
  4. Qısa monoloqlar (film, 2003)
  5. Pirə qayıdan yol (film, 1994)
  6. Azərbaycan mətbəxi: Dadsonrası dad (film, 2015)
  7. Xeyirlə şərin rəqsi (film, 2015)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cahangir Zülfüqarov haqqında məlumat. Cahangir Zülfüqarov nədir? Cahangir Zülfüqarov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mixail Lermontov

  • Fevral 27, 2026

    Basketbol topu

  • Fevral 27, 2026

    .рф

  • Fevral 27, 2026

    Kaliforniya ştatı

  • Fevral 26, 2026

    Angela Merkel

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst