Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Taro Aso (yap. 麻生 太郎 Asō Tarō) — Yaponiya siyasi xadimi. Yaponiyanın maliyyə naziri və Baş nazirinin müavini (2012–2021). Yaponiyanın 92-ci Baş Naziri (2008–200

Taro Aso

  • Ana Səhifə
  • Vikipediya
  • Taro Aso

Taro Aso (yap. 麻生 太郎 Asō Tarō) — Yaponiya siyasi xadimi. Yaponiyanın maliyyə naziri və Baş nazirinin müavini (2012–2021). Yaponiyanın 92-ci Baş Naziri (2008–2009).

Taro Aso
yap. 麻生 太郎
Yaponiya Nümayəndələr Palatasının üzvü
Vəzifədədir
31 oktyabr 2021-ci ildən
    22 oktyabr 2017 – bilinmir
    Yaponiyanın Baş naziri
    24 sentyabr 2008 – 16 sentyabr 2009
    ƏvvəlkiYasuo Fukuda
    SonrakıYukio Hatoyama
    Yaponiya Baş nazirinin müavini
    26 dekabr 2012 – 4 oktyabr 2021
    ƏvvəlkiKatsuya Okada[d]
    Yaponiyanın maliyyə xidmətləri üzrə dövlət naziri
    26 dekabr 2012 – 4 oktyabr 2021
    Yaponiyanın maliyyə naziri
    26 dekabr 2012 – 4 oktyabr 2021
    ƏvvəlkiKoriki Cyocima[d]
    SonrakıSyuniti Sudzuki[d]
    Yaponiyanın daxili işlər və kommunikasiya naziri
    22 sentyabr 2003 – 31 oktyabr 2005
    Şəxsi məlumatlar
    Doğum tarixi 20 sentyabr 1940(1940-09-20)[…] (85 yaş)
    Partiya
    • Yaponiya Liberal-Demokratlar Partiyası
    Təhsili
    • London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi,
    • Stenford Universiteti,
    • London Universiteti[d]
    Fəaliyyəti siyasətçi, diplomat, sahibkar, iqtisadçı
    Uşağı 2 (Masahiro Asō daxil olmaqla)
    Dini katolisizm

    Təltifləri "Cənubi xaç" ordeni "Dostluq" ordeni Grand Cross, Special Class of the Order of the Sun of Peru
    İmzanın şəkli
    aso-taro.jp
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Katolik olan Aso 1940-cı ilin sentyabrın 20-də Fukuoka prefekturasının İizuka şəhərində anadan olub. O, Qakuşuin Universitetinin Siyasət və İqtisadiyyat fakultəsini bitirib. Qakuşuini qurtarıb, Aso Stenford Universitetində oxumaq üçün ABŞ-a köçür, lakin bir müddət sonra ailəsi (özəlliklə babası, Şiqeru Yoşida) onu "həddən artıq Amerikanlaşdığına" görə geri çağırıb. O, ailəsi ilə insafa gəlmək çalışıb, lakin onlar Taronun pullarını kəsəndən sonra, o Yaponiyaya gedən gəmiyə minmək məcbur olub. Sonra Aso yenə xaricə, bu dəfə London Universitetinə oxumağa gedib.

    Londondan sonra, o Syerra Leone bir almaz mədənçiliknən məşğul olanşirkətdə işləyirdi. Halbuki, bir müddət sonra bu ölkədə başlamış vətəndaş müharibəsinə görə yenə Yaponiyaya qayıtmaq məcbur qalıb. 1966-cı ildən Taro ailəsinin Aso Industry (bundan öncə Aso Mining Company, sonra isə Aso Cement Company kimi bilinən) şirkətində işləyirdi, 1973-1979 illərdə isə orda prezident vəzifəsini tutub.

    Həmçinin, 1976 Yay Olimpiya Oyunlarında Taro Aso Yaponiyanın güllə atıcılığı yığımında olmuş.

    Siyasi nailiyyəti

    Taro Aso Yaponiya Nümayəndələr Palatasına ilk dəfə 1979-cu ildə seçilib və bundan sonra, indiyə qədər daha səkkiz dəfə seçilmişdi. 1988-1989 illər arasında o, parlamentin təhsil, idman, elm və mədəniyyət vitse naziri olmuş.

    2003-cü ildə o, Baş Nazir Cuniçiro Koyzumi kabinetində Daxili İşlər və Kommunikasiya Naziri, 2005-ci ildə isə Xarici İşlər Naziri vəzifəsinə təyyin olunmuş.

    2006-cı ildə Taro Aso öz namizədliyi Yaponiya Liberal Demokrat Partiyasının Prezidentliyinə, və beləliklə Yaponiyanın Baş Nazirliyinə irəli sürüb. Lakin, bu seçkilərdə Şinzo Abe ən çox dəstək toplayan favorit idi. Abe qalib gələndə, Aso onun kabinetində öz nazir vəzifəsini saxlamış.

    2007-ci ildə Şinzo Abe istefa verib və az sonra, Taro Aso onun yerinə öz namizədliyini yenə irəli sürüb. Əvvəl favorit olduğuna baxmıyaraq, nəticədə o, 23 sentyabr seçkilərindən öncə, Yasuo Fukuda tərəfindən ehtimali məğlubunu fərz edib. Sentyabrın 23-də keçən LDP Prezidenti seçkilərində Aso 197 səs alıb, 330 səs alan Fukudaya uduzub.

    2008-ci ilin avqustun 1-də Fukuda Asonu LDP-nın Baş Katatibi yerinə təyin edib. Beləliklə, Taro Aso LDP-də nömrə iki vəzifəni tutub. Həmin ilin sentyabrın 1-də Fukuda Baş Nazir vəzifəsindən istefa verdiyini elan edib. Sentyabrın 22-də Aso 525-dən 351 səs toplayaraq, ASO LDP-nın Prezidentliyi alıb, ölkənin Baş Naziri olub. İkinci ən çox səs toplayan Karo Yosano idi. Ona 66 səs veriblər.

    Şəxsi həyatı

    Manqa sevgisi

    Asonun fikirincə, başqa ölkələrlə əlaqə yaratmağda Yapon pop mədəniyyətini istifadəsi vacib addım ola bilər və ümid edir ki, manqa dünyaya bir körpü kimi işləyəcək.

    O, otaku sayılır, lakin özü bunnan əlaqədər demiş ki, "Media məndən manqa fanatdan kimi, "anime" və "otaku" yazır. Bunun doğru olduğndan əmin deyiləm, amma manqa mənim xoşuma gəlir".

    Stenford Universitetində oxuyanda ailəsi ona Yaponiyadan manqa jurnalları göndərirdi. 2003-də deyib ki, həftədə 10-20 manqa jurnalı oxuyur (və bu oxuduğunun ancaq bir hissəsidir). 2007-ci ildə Yaponiyanın Xarici İşlər Naziri olaraq, Beynəlxalq Manqa Mükafatını təsis eləyib.

    Dini

    Katolik olan Taro Aso, öz babası Şiqeru Yoşida, Takaşi Hara, Korekiyo Takahaşi, Tetsu Katayama, İçiro Hatoyama, və Masoyoşi Ohiradan sonra Yaponiyanın yeddinci xristian Baş Naziri idi.

    2009-cu ildə yeni il mərasimi üçün şintoist İse məbədini ziyarət edib, orda məbədin qabağında əl vurub. Sonra bunun haqqında demiş ki, o "yaponların xeyrinə dua edirdi".

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Taro Aso haqqında məlumat. Taro Aso nədir? Taro Aso nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Kohoutek 4-55

    • Fevral 27, 2026

      Ziya Bünyadov

    • Fevral 27, 2026

      Marqaret Tetçer

    • Fevral 27, 2026

      Seyran Ohanyan

    • Fevral 26, 2026

      Qarabağ bəylərbəyliyi

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst