Robin M. Denholm (ing. Robyn M. Denholm; 27 may 1963) — avstraliyalı şirkət idarəçisi. Denholm 2018-ci ilin noyabr ayında Tesla şirkətində sədr vəzifəsinə təyin olunmuşdur.
| Robin Denholm | |
|---|---|
| |
| Doğum tarixi | 27 may 1963 (62 yaş) |
| Doğum yeri | Milperra, Yeni Cənubi Uels, Avstraliya |
| Təhsili |
|
| Fəaliyyəti | biznes ledi, sahibkar |
| Fəaliyyət illəri | 2018-ci ildən |
Həyatı
Denholm 27 may 1963-cü ildə Yeni Cənubi Uelsin Milperra şəhərində anadan olmuşdur. Onun uşaqlığı valideynlərinin xidmət stansiyasında keçmişdir. Denholm elə uşaqlıqdan maliyyə məsələləri, avtomobillər və digər sahələrlə maraqlanmağa başlamışdır.
Denholm Sidney Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsi ilə, 1999-cu ildə isə Yeni Cənubi Uels Universitetini ticarət üzrə magistr dərəcəsi ilə bitirmişdir. Denholm Avstraliya və Yeni Zelandiyada Mühasiblər İnstitutunun üzvüdür.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Robin Denholm haqqında məlumat. Robin Denholm nədir? Robin Denholm nə deməkdir?
