Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rizvan Rəhman oğlu Teymurov (16 aprel 1967, Aşağı Quşçular, DQMV və ya Yuxarı Quşçular, DQMV – 9 dekabr 1991, Kərkicahan, Xankəndi) — Azərbaycanın Milli Qəhrəma

Rizvan Teymurov

  • Ana Səhifə
  • Vikipediya
  • Rizvan Teymurov

Rizvan Rəhman oğlu Teymurov (16 aprel 1967, Aşağı Quşçular, DQMV və ya Yuxarı Quşçular, DQMV – 9 dekabr 1991, Kərkicahan, Xankəndi) — Azərbaycanın Milli Qəhrəmanı. Birinci Qarabağ müharibəsi şəhidi.

Rizvan Teymurov
Rizvan Rəhman oğlu Teymurov
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1967(1967-04-16)
Doğum yeri
  • Aşağı Quşçular, Şuşa rayonu, DQMV, Azərbaycan SSR, SSRİ və ya
  • Yuxarı Quşçular, Şuşa rayonu, DQMV, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 9 dekabr 1991(1991-12-09) (24 yaşında)
Vəfat yeri
  • Kərkicahan, Xankəndi, Azərbaycan
Dəfn yeri
  • Aşağı Quşçular
  • Yuxarı Quşçular
Hərbi fəaliyyəti
Döyüşlər
  • Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl ulduz" medalı

Mündəricat

Həyatı

Rizvan Teymurov 16 aprel 1967-ci ildə Şuşa rayonunun Quşçular kəndində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü ildə Quşçular kəndindəki orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılır, Omsk şəhərində xidmətini başa vurur və Vətənə qayıdır. Rizvan daha sonra 1987-ci ildə Arxangelsk vilayətində xidmət edir. Qeyrətli vətən oğlu 1990-cı ildə geri dönür. Şuşa rayon Daxili İşlər Şöbəsinin nəznində yaranan polis alayında fəaliyyət göstərir.

Döyüşlərdə iştirakı

Elə ilk günlərdən də, döyüşlərə atıldı. Cəsur, qeyrətli oğullardan ibarət olan bu polis alayı Qaradağlı, Sırxavənd, Umudlu, Meşəli, Cəmilli kəndlərində onlarla erməni yaraqlılarını məhv etmişdi. Rizvan Qarabağı qarış-qarış gəzmişdi, dəfələrlə qaynar döyüşlərdə erməniləri geri oturtmuşdu. 1991-ci il 9 dekabr Kərkicahan ətrafında gedən qanlı döyüşlərdə cəsur polis işçisi Teymurov Rizvan qəhrəmancasına həlak oldu. Şuşa rayonunun Quşçular kəndində dəfn edilib.

Ailəsi

Subay idi.

Xatirəsi

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Teymurov Rizvan Rəhman oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakının Nizami rayonundakı küçələrdən biri və həmçinin Quşçular kənd orta məktəbi onun adını daşıyır.

2020-ci ildə Rizvan Teymurovun büstü hazırlanmışdır.

Həmçinin bax

  • Erməni terrorizmi
  • Azərbaycanlıların Soyqırımı Günü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rizvan Teymurov haqqında məlumat. Rizvan Teymurov nədir? Rizvan Teymurov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Ptah

  • Mart 01, 2026

    Oğuznamələr

  • Fevral 27, 2026

    İsrail-Fələstin münaqişəsi

  • Fevral 24, 2026

    Edinburq Universiteti

  • Fevral 25, 2026

    Aksiomatik üsul

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst