Edinburq Universiteti (ing. University of Edinburgh) — Şotlandiyanın Edinburq şəhərində yerləşən, Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri.
| Edinburq Universiteti | |
|---|---|
| University of Edinburgh University o Edinburgh Oilthigh Dhùn Èideann | |
| |
| Tip | Dövlət universiteti |
| Əsası qoyulub | 1582 |
| Tələbə sayı | 26138 |
| Ölkə | Böyük Britaniya |
| Şəhər | Edinburq şəhəri |
| Sayt | ed.ac.uk |
| 55°56′50″ şm. e. 3°11′13″ q. u.HGYO | |
![]() | |
Xarici əlaqələri
Edinburq Universiteti Britaniyanın tədqiqat universitetlərini birləşdirən Rassel qrupuna, eləcə də, "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.
Koimbra qrupunun üzvüdür.
Reytinqi
| 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| 43 | 47 | 47 | 52 | 53 | 55 | 53 | 54 | 53 | 51 | 51 | 45 | 47 |
| 2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
|---|---|---|---|---|---|
| 21 | 17 | 17 | 21 | 20 | 22 |
| 2015/16 | 2014/15 | 2013/14 | 2012/13 | 2011/12 | 2010/11 |
|---|---|---|---|---|---|
| 24 | 36 | 39 | 32 | 36 | 40 |
Məşhur məzunları
Buranın məzunu olan məşhurlardan misal olaraq aşağıdakıların adlarını çəkmək olar:
- Culius Nyerere - Tanzaniyanın sabiq prezidenti;
- Yun Po Sun - Cənubi Koreyanın sabiq prezidenti;
- Uiliyam Uolker - Nikaraqua Respublikasının sabiq prezidenti;
- Qordon Braun - Böyük Britaniyanın sabiq Baş naziri;
- Con Rassel - Böyük Britaniyanın sabiq Baş naziri;
- Henri Templ - Böyük Britaniyanın sabiq Baş naziri;
- Çarlz Tupper - Kanadanın sabiq Baş naziri;
- Maykl Cullen - Yeni Zellandiyanın maliyyə naziri;
- Devid Yum - məşhur Şotland filosofu;
- Adam Smit - Şotland iqtisadçısı, müasir iqtisadi nəzəriyyənin banisi;
- Artur Konan Doyl - məşhur yazıçı, Şerlok Holms haqqında detektiv romanların müəllifi;
- Valter Skott - dünya şöhrətli yazıçı;
- Robert Stivenson - məşhur macəra romanlarının müəllifi;
- Edvard Appleton - fizika üzrə Nobel mükafatı laureatı;
- Çarlz Barkla - fizika üzrə Nobel mükafatı laureatı;
- Maks Born - fizika üzrə Nobel mükafatı laureatı;
- İqor Tamm - fizika üzrə Nobel mükafatı laureatı;
- Piter Doherti - tibb üzrə Nobel mükafatı laureatı;
- Ceyms Mirrlees - iqtisadiyyat üzrə Nobel mükafatı laureatı;
- Piter Mitçell - kimya üzrə Nobel mükafatı laureatı.
İlkləri
1896-1898-ci illərdə burada entomologiya sahəsində bir tədqiqatçı kimi çalışmış Eleanor Anna Ormerod Edinburq Universitetindən fəxri doktor adı almış ilk qadındır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Edinburq Universiteti haqqında məlumat. Edinburq Universiteti nədir? Edinburq Universiteti nə deməkdir?

