Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dodaq — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur.

Dodaqlar

  • Ana Səhifə
  • Vikipediya
  • Dodaqlar

Dodaq — çənəağızlı onurğalıların əksəriyyətində ağız dəliyini əhatə edən hərəkətsiz dəri büküşləri. Üst və alt dodaq olur.

Qadın dodağı

Tısbağalarda, quşlarda və kloakalı yetkin məməlilərdə çənədə qərni dimdiyin olması ilə əlaqədar dodaq yoxdur.

Balıqlarda dodaqların üzərində adətən dad və hiss orqanları çox olur və ovu tutmağa kömək edir.

Suda-quruda yaşayanların əksəriyyətində dodaqlar tənəffüs zamanı ağız boşluğunu qapamaq üçündür.

Sürünənlərdə (ilanlarda və kərtənkələlərdə) dodaqlar aydın görünür və üst tərəfdən qərni dodaq qalxançıqları ilə örtülmüşdür.

Məməlilərdə dodaqlar hərəkətlidir, balaların əmməyə, yetkin fərdlərin isə yemi fəal surətdə tutmağa uyğunlaşması ilə əlaqədar olaraq xüsusi əhəmiyyət kəsb edir. Dodaqlar eninə zolaqlı əzələlərdən təşkil olunmuşdur. Filin, donuzun, tapirin üst dodağı çox dartılmış və xortumun, ya da burunun alt tərəfini əmələ gətirir.

Dəyirmiağızlılarda üst dodaq sormac funksiyasını yerinə yetirir. Bir sıra onurğasızlarda ağız aparatının bəzi hissələrinə də dodaq deyilir.

İnsanlarda əzələ və selikli qişalardan təşkil olunmuş hərəkətli büküşlər ön tərəfdən ağız boşluğu ilə hüdudlanmışdır. Girdə və mimiki əzələlərdən təşkil olunmuşdur. Alt və üst dodaq birləşərək ağız yarığını, yan tərəflərdə ağız bucağını əmələ gətirir. Dodaqları üçlü sinir innervasiya edir. Antropolokiyada dodaqları üst dodağın qalınlığına, istiqamətinə və konturuna görə ayırd edirlər. Qalınlığına görə dodaqlar nazik, orta, qalın, şişkin olur. Üst dodaq qabağa çıxmış (proxeyliya), şaquli profilli (ortoxeyliya), bəzən də geri çəkilmiş (opistoxeyliya) olur. Ekvatorial (zənci-Avstraliya) irqə daha qalın (şişkin) dodaqlar və proxeyliya, Avropa irqinə isə ortoxeyliya mənsubdur. Daha nazik dodaqlar Avropanın şimalında və Asiyada yaşayan bəzi xalqlarda təsadüf edilir. Üst dodağın konturu əyri, düz və qabarıq ola bilər. Qabarıq dodaq xüsusilə Mərkəzi Afrika piqmeyləri və semanqlar (Malakka yarımadası) üçün xarakterikdir.

Vikianbarda Dodaq ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dodaqlar haqqında məlumat. Dodaqlar nədir? Dodaqlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 21, 2026

    Ruslana

  • Fevral 27, 2026

    Monza

  • Mart 01, 2026

    Mustafa Mədbuli

  • Fevral 27, 2026

    Dövlət sərhədi

  • Fevral 27, 2026

    Ağacəri eli

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst