Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuxarı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Quşçular

  • Ana Səhifə
  • Vikipediya
  • Yuxarı Quşçular

Yuxarı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd.

Yuxarı Quşçular
39°49′56″ şm. e. 46°48′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Xocalı rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 758 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Yuxarı Quşçular xəritədə
Yuxarı Quşçular
Yuxarı Quşçular

Mündəricat

Coğrafiyası

Kənd Qarakarçay çayının sahilində, Şuşa şəhərindən 15 km şimalda və Xankəndi şəhərindən 4 km məsafədə, Məlikəhmədli kəndinin yaxınlığında, 794 metr hündürlükdə yerləşir. Xocalı rayonuna verilməzdən əvvəl kənd eksklav mövqeyinə malik idi. Məlikəhmədli və Aşağı Quşçular kəndləri kimi, coğrafi olaraq demək olar ki, Xocalı rayonunun daxilində yerləşməsinə baxmayaraq, Şuşa rayonunun kəndi hesab olunurdu.

Tarixi

Qarabağ münaqişəsi zamanı, 11–12 fevral 1992-ci il tarixlərində kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Kənd Qarabağ müharibəsindən ciddi zərər çəkmiş və Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılmışdır.

9–10 noyabr 2020-ci il tarixlərində imzalanmış Üçtərəfli Bəyanata əsasən, İkinci Qarabağ müharibəsinin nəticələrinə görə kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirdiyi hərbi əməliyyatlar nəticəsində kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.

5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Şuşa rayonuna aid olan Malıbəyli kənd inzibati ərazi dairəsinin Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsinin Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri, həmçinin Malıbəyli və Quşçular kənd inzibati ərazi dairələri Xocalı rayonuna verilmişdir. Beləliklə, hazırda Yuxarı Quşçular kəndi Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsinin mərkəzidir.

Əhalisi

Erməni qüvvələri tərəfindən kəndin işğalından əvvəl kəndin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. 1921-ci il siyahıyaalınmasına əsasən, Quşçular kəndində (Aşağı Quşçular, Yuxarı Quşçular) 239 nəfər yaşayırdı – hamısı azərbaycanlı türklər idi. 1986-cı il Azərbaycan Sovet Ensiklopediyasına görə, kənddə 280 nəfər yaşayırdı – onların hamısı azərbaycanlı idi.

Həmçinin bax

  • Malıbəyli və Quşçular qətliamı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuxarı Quşçular haqqında məlumat. Yuxarı Quşçular nədir? Yuxarı Quşçular nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Difai Partiyası

  • Fevral 27, 2026

    Uçan balıqlar

  • Fevral 27, 2026

    Rucervus

  • Fevral 27, 2026

    Xomeyn şəhristanı

  • Mart 01, 2026

    Rudolf Çellen

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst