Rayan Tomas Qoslinq (ing. Ryan Thomas Gosling; 12 noyabr 1980[…]) — Kanadalı aktyor. Onun çəkildiyi filmlər dünya miqyasında 1,9 milyard ABŞ dollarından çox gəlir əldə etmişdir. O, La La Lend filmindəki ifasına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb.
| Rayan Qoslinq | |
|---|---|
| ing. Ryan Thomas Gosling | |
| |
| Doğum tarixi | 12 noyabr 1980[…] (45 yaş) |
| Uşağı | 2 |
| Partnyoru |
|
| Fəaliyyəti | televiziya aktyoru, kino aktyoru, aktyor, qastronomçu, film prodüseri, kinorejissor, ssenarist, müğənni, bəstəkar |
| Fəaliyyət illəri | 1993-cü ildən |
| Boyu | 1,835 m |
| IMDb | ID0331516 |
Bioqrafiya
Rayan Tomas Qoslinq London, Ontarioda anadan olub. Onun atası, Tomas Rey Qoslinq kağız istehsal edən kombinatın kommivoyajeri qismində çalışırdı, anası Donna Qoslinq isə 2011-ci ildən məktəbdə müəllim qismində kvalifikasiya olunmuş katibədir. Onun atası Kanadalı-fransızdır. Qoslinqin valideynləri dini baxımdan mormon idilər və Rayanın dediyinə görə, bu dini inanc hər bir aspektdən onun həyatına təsir göstərib. Atasının işinə görə onlar tez-tez başqa yerlərə köçürdülər və buna görə də Rayan Kornuollda və Börlinqtonda yaşayırdı. O hələ uşaq olarkən onun valideynləri boşanırlar və Rayan öz bacısı Mendi ilə anası ilə yaşayırdılar.
Şəxsi həyatı
Ailə: atası Tomas Qoslinq (ing. Thomas Gosling), anası Donna Qoslinq (ing. Donna Gosling), bacısı Mendi Qoslinq (ing. Mandi Gosling). Rayan təhsilini Börlinqtonda yerləşən Lester B Pearson High School və Kornuol Gladstone Public School'da almışdı. Sevdiyi musiqiçi — Çet Beykerdir. Sevdiyi yemək — kalmarlardan hazırlanmış bütün xörəklər. Sevdiyi rəng — göy. Sevdiyi film — Steynbekin eyniadlı romanı əsasında ekranizasiya olunmuş «Cənnətdən şərgdə» (ing. East of Eden) adlı filmdir.
2008-ci ildə Qoslinq Barak Obamanın prezident kampaniyasını dəstəkləmişdi.
Ev heyvanları: Rayanın itlərin saxlandığı müəssisədə öldürülməkdən xilas etdiyi, Corc adında köpəyi və 2 pişiyi var. Qoslinqin evləri Torontoda və Los-Ancelesdə yerləşir.
(2002—2003-cü illərdə) Sandra Bullok ilə görüşürdü, o həmçinin Famke Yanssen (2007—2008) və Ceymi Mürrey (2009—2010) ilə də görüşürdü. Hazırda Rayan aktrisa Yeva Mendeslə əlaqədədir.
Rayanın bədənində bir neçə tatuirovka da var.
Musiqi karyerası (Dead Man's Bones)
Rayan Zak Şilds ilə, onların Makadms bacıları ilə görüşdüyü zaman (Zak Keylin ilə görüşürdü) tanış olmuşdu. İlk öncə oğlanlar bir-birini xoşlamırdılar, lakin hər ikisinin hər növ zombi, bədheybət, gülyabanilərlə maraqlandığını bildikdən sonra, onlar özlərinin ümumi ideyalarını həyata keçirilməsi məqsədilə birgə layihə yaratmaq qərarına gəldilər. 2008-ci ilin dekabr ayında onlar «In The Room Where You Sleep» adlı albom və mahnıya videoklip buraxırlar. Onlar Silverlake uşaq xor konservatoriyası ilə birgə debyut albom yazırlar, Rayan özü bir sıra musiqi alətlərində çalmağı öyrənir. Qoslinq fortepiano, gitara, bas-gitara və violonçeldə çalmağı öyrənir. Albom 6 oktyabr 2009-cu ildə ANTI- Records şirkətilə buraxılmışdı. Pitchfork Media albomun "yaddaqalan, unikal", Prefix isə əksinə, albomun "yersiz kitç və vulqar" olduğunu qeyd etdilər.
Kliplər
- In The Room Where You Sleep (2008)
- Name In Stone (2009)
Maraqlı faktlar
- 2004-cü ildə o People jurnalına əsasən ilk «50 ən seksual subay aktyor» adına layiq görülmüşdü.
- Rayan Beverli-Hillzdə yerləşən «Tagine» adlı Mərakeş mətbəxi restoranın sahibidir.
- Rayan gitara və fortepianoda çala bilir.
- Uşaqlıqda Qoslinq Mikki Maus klubunun üzvü idi (The Mickey Mouse Club), və bu klubda ondan başqa Britni Spirs, Kristina Aqilera və Castin Timberleyk kimi müasir məşhurlar da var idi.
Xeyriyyəçilik
Qoslinq müxtəlif sosial kompaniyalarda həmişə yardımçı olur. O həmçinin KFC və McDonalds şirkətlərin ətlik quşların kəsilməsinin təkmilləşdirilmiş üsullarla istifadəyə təşviqi və fermalarda çalışan işçilər tərəfindən süd qətirən inəklərin buynuzlarının kəsilməməsi məqsədilə PETA ilə əməkdaşlıq etmişdir. Qoslinq 2005-ci ildə Mississipidə baş vermiş Katrina qasırğasından sonrakı təmizləmə işlərinə volontyor qismində qatılmışdı. 2005-ci ildə Rayan Çadda yerləşən Darfur qaçqın düşərgələrinə səfər etmişdi.. O 2008-ci ildə Campus Progressin düzənlədiyi Milli Konfransda Darfur haqqda məruzəçi qismində çıxış etmişdi. Bu proekt çərçivəsində Rayan 2007-ci ildə Uqandanı, 2010-cu ildə isə Şərgi Konqonu ziyarət etmişdi.
Diskoqrafiya
Dead Man's Bones ilə birgə
- 2009: Dead Man's Bones
Solo
- 2011: "You Always Hurt the Ones You Love" – Blue Valentine: Original Motion Picture Soundtrack
Filmoqrafiya
Film
| İl | Ad | Rol | Qeydlər |
|---|---|---|---|
| 1997 | Frankenstein and Me | Kenny | |
| 2000 | Remember the Titans | ||
| 2001 | The Believer | Danny Balint | |
| 2002 | Murder by Numbers | Richard Haywood | |
| The Slaughter Rule | Roy Chutney | ||
| 2003 | The United States of Leland | Leland P. Fitzgerald | |
| 2004 | The Notebook | Noah Calhoun | |
| 2005 | Stay | Henry Letham | |
| 2006 | Half Nelson | Dan Dunne | |
| 2007 | Fracture | Willy Beachum | |
| Lars and the Real Girl | Lars Lindstrom | ||
| 2010 | Blue Valentine | Dean Pereira | Also executive producer |
| All Good Things | David Marks | ||
| ReGeneration | Narrator | Documentary; also producer | |
| 2011 | Crazy, Stupid, Love | Jacob Palmer | |
| Sürücü | Sürücü | ||
| The Ides of March | Stephen Meyers | ||
| 2012 | The Place Beyond the Pines | Luke Glanton | |
| 2013 | Qanqsterlər dəstəsi | Sgt. Jerry Wooters | |
| Only God Forgives | Julian | Also executive producer | |
| White Shadow | — | Executive producer only | |
| 2014 | Lost River | — | Director, writer and producer only |
| 2015 | The Big Short | Jared Vennett | |
| 2016 | The Nice Guys | P.I. Holland March | |
| La La Lend | Sebastian Wilder | ||
| 2017 | Song to Song | BV | |
| Ülgüc üzərində qaçan 2049 | Officer K | ||
| 2018 | First Man | Nil Armstronq | |
| 2022 | The Gray Man | Courtland Gentry "Sierra Six" | |
| 2023 | Barbi | Ken | |
| 2024 | The Fall Guy | Colt | Post-production |
Televiziya
| İl | Ad | Rol | Epizod və qeydlər |
|---|---|---|---|
| 1993–1995 | Mickey Mouse Club | Kameo | Teleserial |
| 1995 | Are You Afraid of the Dark? | Jamie Leary | 5.02 "The Tale of Station 109.1" |
| 1996 | PSI Factor: Chronicles of the Paranormal | Adam | 1.01 "Dream House/UFO Encounter" |
| 1996 | Kung Fu: The Legend Continues | Kevin | 4.09 "Dragon's Lair" |
| 1996 | Road to Avonlea | Bret McNulty | 7.09 "From Away" |
| 1996 | Goosebumps | Greg Banks | 1.15 "Say Cheese and Die" |
| 1996 | The Adventures of Shirley Holmes | Sean | 1.01 "The Case of the Burning Building" |
| 1996 | Flash Forward | Scott Stuckey | 1.11 "Double Bill" y 1.21 "Skate Bait" |
| 1996 | Ready or Not | Matt Kalinsky | 4.05 "I Do, I Don't" |
| 1997–1998 | Breaker High | Sean Hanlon | Teleserial |
| 1998 | Nothing Too Good for a Cowboy | Tommy | Televiziya filmi |
| 1998–1999 | Young Hercules | Hercules | Teleserial |
| 1998–1999 | Hercules: The Legendary Journeys | Zylus | 5.17 "The Academy" |
| 2005 | I'm Still Here: Real Diaries of Young People Who Lived During the Holocaust | Ilya Gerber | Sənədli film |
Mükafat və nominasiyalar

| İl | Mərasim | Kateqoriya | Yaradıcılıq | Nəticə |
|---|---|---|---|---|
| 2001 | Chicago Film Critics Association Awards | Ən ümidverici və ifa | The Believer və Murder by Numbers | Namizəd |
| 2001 | Independent Spirit Awards | Ən yaxşı kişi rolu | The Believer | Namizəd |
| 2001 | Russian Guild of Film Critics Awards | Ən yaxşı xarici aktyor | The Believer | Qazandı |
| 2004 | ShoWest Awards | Sabahın kişi ulduzu | The Notebook | Qazandı |
| 2004 | en:Teen Choice Awards | The Notebook | Qazandı | |
| 2004 | Teen Choice Awards | Seçim film: Kimya (Reyçel Makadams ilə birgə) | The Notebook | Qazandı |
| 2004 | Teen Choice Awards | Seçim film: rəqs səhnəsi (Reyçel Makadams ilə birgə) | The Notebook | Qazandı |
| 2004 | Teen Choice Awards | Seçim film: Dram aktyoru | The Notebook | Qazandı |
| 2004 | Teen Choice Awards | Seçim film: Liplok (Reyçel Makadams ilə birgə) | The Notebook | Qazandı |
| 2004 | Teen Choice Awards | Seçim film: Sevgi səhnəsi (Reyçel Makadams ilə birgə) | The Notebook | Qazandı |
| 2005 | MTV Movie Awards | Ən yaxşı öpüş (Reyçel Makadams ilə birgə) | The Notebook | Qazandı |
| 2006 | Chicago Film Critics Association Awards | Ən yaxşı aktyor | Half Nelson | Namizəd |
| 2006 | Independent Spirit Awards | Ən yaxşı kişi rolu | Half Nelson | Qazandı |
| 2006 | National Board of Review Awards | Ən yaxşı kişi rolu | Half Nelson | Qazandı |
| 2006 | Satellite Awards | Ən yaxşı aktyor - kinofilm | Half Nelson | Namizəd |
| 2006 | Toronto Film Critics Association Awards | Ən yaxşı aktyor | Half Nelson | Namizəd |
| 2007 | Academy Awards | Ən yaxşı aktyor | Half Nelson | Namizəd |
| 2007 | Chicago Film Critics Association Awards | Ən yaxşı aktyor | en:Lars and the Real Girl | Namizəd |
| 2007 | Satellite Awards | Ən yaxşı aktyor – Musiqili rəsm və komediya janrı | en:Lars and the Real Girl | Qazandı |
| 2007 | Screen Actors Guild Awards | Aparıcı kişi rolu üzrə | Half Nelson | Namizəd |
| 2007 | Teen Choice Awards | Seçim film: Triller aktyor | Fracture | Namizəd |
| 2008 | Golden Globe Awards | Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya komediya | en:Lars and the Real Girl | Namizəd |
| 2008 | Screen Actors Guild Awards | Aparıcı kişi rolu üzrə | Lars and the Real Girl | Namizəd |
| 2010 | Chicago Film Critics Association Awards | Best Actor | Blue Valentine | Namizəd |
| 2010 | Golden Globe Awards | Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya dram | Blue Valentine | Namizəd |
| 2010 | Satellite Awards | Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya komediya | Blue Valentine | Namizəd |
| 2011 | Broadcast Film Critics Association Awards | Ən yaxşı aktyor | Blue Valentine | Namizəd |
| 2011 | Detroit Film Critics Society Awards | İkinci plan üzrə ən yaxşı aktyor | Crazy, Stupid, Love. | Namizəd |
| 2011 | Satellite Awards | Ən yaxşı aktyor – Ən yaxşı rəsm | Drive | Qazandı |
| 2012 | Broadcast Film Critics Association Awards | Ən yaxşı aktyor | Drive | Namizəd |
| 2012 | Broadcast Film Critics Association Awards | Ən yaxşı rol (shared with entire cast) | The Ides of March | Namizəd |
| 2012 | Golden Globe Awards | Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya dram | The Ides of March | Namizəd |
| 2012 | Golden Globe Awards | Ən yaxşı aktyor – Ən yaxşı rəsm və ya komediya | Crazy, Stupid, Love. | Namizəd |
| 2012 | Independent Spirit Awards | Ən yaxşı kişi rolu | Drive | Namizəd |
| 2012 | MTV Movie Awards | Ən ürəkbulandırıcı səhnə üzrə performans | Drive | Namizəd |
| 2012 | MTV Movie Awards | Best Kiss (Emma Stoun ilə birgə) | Crazy, Stupid, Love. | Namizəd |
| 2012 | MTV Movie Awards | Ən yaxşı performans | Drive | Namizəd |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rayan Qoslinq haqqında məlumat. Rayan Qoslinq nədir? Rayan Qoslinq nə deməkdir?
