Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Dubin-Conson sindromu — genetik patologiya olub ilk dəfə bir-birindən müstəgil olaraq Dubun və Conson tərəfindən 1954-cü ildə təsvir edilmişdir. Dubin-Conson si

Dubin-Conson sindromu

  • Ana Səhifə
  • Vikipediya
  • Dubin-Conson sindromu

Dubin-Conson sindromu — genetik patologiya olub ilk dəfə bir-birindən müstəgil olaraq Dubun və Conson tərəfindən 1954-cü ildə təsvir edilmişdir. Dubin-Conson sindromu ömürlük yüngül sarılıqla müşayiət olunan və çox az rast gəlinən qaraciyər patologiyasıdır. Bu xəstəlik zamanı natamam bilirubin mübadiləsi qeyd olunur və xəstənin qanında davamlı hiperbilirubinemiya müəyyən edilir. Yəni bu zaman qanda bilirubin normadan yüksək olur və beləliklə də dəri və selikli qişalarda toplanaraq sarılıq yaradır. Adətən qanda ümumi bilirubinin miqdarı 34–85 mkmol/l olur (Norma: <17 mkmol/l). Bəzən qanda ümumi bilirubin 340–430 mkmol/l-ə qədər yüksələ bilər.

Dubin-Conson sindromu
XBT-10-KM E80.6
XBT-9 277.4
OMIM 237500
DiseasesDB 3982
MedlinePlus 000242
MeSH D007566

Hiperbilirubinemiyalar birləşmiş və sərbəst olmaqla iki hissəyə bölünürlər. Dubin-Conson sindromu birləşmiş hiperbilirubinemiya hesab edilir. Bilirubinin suda həll olunma qabilyyəti aşağı olduğu üçün o xüsusi proteinə birləşdirilərək qaraciyərdə öd daxilinə nəql edilir. Odur ki, normada qanda birləşmiş bilirubin sərbəst bilirubinə nisbətən çox olur. Öz növbəsində birləşmiş hiperbilirubinemiyalar zamanı qanda birləşmiş bilirubin üstünlük təşkil edir. Sərbəst bilirubindən fərqli olaraq birləşmiş bilirubin daha az toksikdir. Odur ki, Dubin-Conson sindromu orqanizm üçün ciddi bir problem törətmir.

Dubin-Conson sindromu alkoqol qəbulu, hamiləlik, infeksiyalar, kotraseptivlərin istifadəsi və digər hepatotoksik faktorların təsiri ilə ağırlaşa bilər. Bilirubinin qanda çox yüksək miqdarda olması baş beyin və digər orqanları zədələyə bilər.

Mündəricat

Əlamətləri

Yüngül sarılıq davamlı sarılıq Dubin-Conson sindromunun yegənə alamətidir. Sarılıq bir çox hallarda yetkinlik dövrünə qədər olmaya bilər. Dubin-Conson sindromunun kardinal əlamətlərindən biri qaraciyərin öz normal çəhrayı rənginin qaraya çevrilməsidir. Bunun səbəbi hepatositlərdə tünd qranulyar piqmentin toplanmasıdır.

Səbəbi

Dubin-Conson sindromu MRP2 adlanan gendə baş verən mutasiya nəticəsində meydana çıxır. Bu gendə olan mutasiya birləşmiş bilirubinin ekskresiyasını, yəni qaraciyər hüceyrələrindən xaric edilərək öd yollarına atılmasını çətinləşdirir. Bəzi mütəxəssilər digər genlərində rolunun ola biləcəyini güman edirlər. Dubin-Conson sindromunun kardinal əlamətlərindən biri qaraciyərin öz normal çəhrayı rənginin qaraya çevrilməsidir. Bunun səbəbi hepatositlərdə tünd qranulyar piqmentin toplanmasıdır.

Müayinəsi

Dubin-Conson sindromunun diaqnostikası üçün bilirubin, sidik testləri və qaraciyər biopsiyası təklif edilə bilər.

Müalicəsi

Dubin-Conson sindromunu genetik patologiya olduğu üçün tam aradan qaldırmaq mümkün deyil. Yalnız bəzi hallarda qanda bilirubinin miqdarını azaltmaq üçün Fenobarbital istifadə edilir. Qaraciyərdə funksional pozğunluqlar yarandığı hallarda hepatoprotektiv müalicə tətbiq edilə bilər. Adətən Dubin-Conson sindromu xoş gedişə malikdir və xəstənin ömrünü qısaltmır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dubin-Conson sindromu haqqında məlumat. Dubin-Conson sindromu nədir? Dubin-Conson sindromu nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Harun peyğəmbər

  • Fevral 27, 2026

    VII Kleopatra

  • Fevral 27, 2026

    Xırmandalı tayfası

  • Fevral 27, 2026

    Hraçya Açaryan

  • Fevral 27, 2026

    Macarıstan–Xorvatiya uniyası

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst