Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu nəslin ən qədim məlum olan nümayəndəsi XIX əsrdə Naxçıvanın Şahtaxtı kəndində yaşamış Məşədi Qulu olub. Məşədi Qulunun dörd oğlu olub: Məşədi Ənnağı, Məşədi

Rasizadələr

  • Ana Səhifə
  • Vikipediya
  • Rasizadələr

Rasizadələr — Azərbaycanın tanınmış soylarından biri.

Rasizadələr
Əcdadı Molla Abdulla Rasizadə (1843–1900)
Dövr XX əsr Azərbaycanda
Mənşəyi Naxçıvan şəhəri (Naxçıvan MSSR)
Təbəəliyi Naxçıvan, Azərbaycan, Rusiya, İran, Türkiyə, ABŞ, Almaniya
Hərbi fəaliyyəti İkinci dünya müharibəsinin Qafqaz və Krım cəbhələri (1941-1945)

Mündəricat

Soyun yaranması

Bu nəslin ən qədim məlum olan nümayəndəsi XIX əsrdə Naxçıvanın Şahtaxtı kəndində yaşamış Məşədi Qulu olub. Məşədi Qulunun dörd oğlu olub: Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli. Rasizadə soyadının ilk daşıyıcısı isə Şahtaxtı kəndinin din xadimi Hacı Molla Abdulla olub. Hacı Molla Abdulla Rasizadənin uşaqları: Xurşid, Fatimə, Səlimə, Şeyx Məhəmməd, Hüseyn Cavid, Əlirza, Molla Əhməd, Ələsgər.

Hacı Molla Abdulla Rasizadə ruhani ailəsində doğulmuşdur. Atası aşıq şerini və klassik şeri sevər, məclislərdə onları muğamat üstundə oxuyar, bəzən özü də bədahətən şer deyərmiş. Bu qabiliyyət irsən Abdullaya da sirayət etmişdi. O zamanlar molla Abdulla (1843-1900), güclü səsə malik və savadlı bir insan olaraq, Qurandan surələri çox gözəl oxuyardı və ona görə ətrafdaki Rusiya və İran şəhərlərində dini tədbirlərə dəvət edilirdi. Buna görə də ona Rasi-zadə soyadı verilmişdir: fars dilində "rasidən" sözü uzada-uzada oxumaq deməkdir, hansı ki yəhudi soyadı Kantora uyğun olaraq, sonralar Əlirza Rasizadənin ədəbi və partiya ləqəbi olub. ("Cantor" latın dilində "kilsədə oxuyan" deməkdir). 1877-ci ildə Abdulla Rasi-zadə doğma kəndi Şahtaxtıdan Naxçıvan şəhərinə köçüb və orada onun üç oğlu doğulub: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr.

Dövrünün tanınmış ruhanisi olan Hacı Molla Abdulla 1877 ildə ailəsi ilə birlikdə Naxçıvana köçmüşdür. Şeri, musiqini yaxşı bildiyinə və məlahətli səsinə görə onu rövzəxan kimi tez-tez Bakı, Şamaxı, Gəncə, İrəvan və Nuxaya (Şəkiyə), habelə İran şəhərlərinə dəvət etmişlər. Seyid Əzim Şirvani "Hacı Molla Abdulla Şahtaxtılıya" adlı mənzum məktubunda onun rövzəxanlıq məharətini yüksək qiymətləndirmiş, "avazeyi-fəzli" nin "İraqü İsfahanı doldurduğunu" xüsusi vurğulamışdır. Hacı Molla Abdulla Hüseyn Cavidin dünyagörüşü və bədii istedadının formalaşmasına, onda şerə-sənətə meylin oyanmasına güclü təsir göstərmişdir. Şair, məhz atasının vəsiyyəti ilə Türkiyəyə gedərək, orada təhsil almışdır.

Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin təkamülündə üç cərəyan ilə və həmçinin ictimai-siyasi fikrin üç istiqaməti ilə eyniləşdirilirldi, çünki Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rus təhsilini alıb, müvafiq (islam, türk və rus) təsirinin təbliğçisi olublar. Demək olar ki, bu üç qardaş arasında mürəkkəb münasibətlər XX əsrin Azərbaycan cəmiyyətindəki üç sinfi ideologiyalara uyqun olaraq özünü müvafiq təmsil edib. Tarixçi professor Əli Rasizadə (Əlirzanın nəvəsi) hətta Azərbaycan tarixində bu üç qardaşın sinfi mövqelərini müqayisə edərək belə yazır: "Əgər 1920-ci ildə Əlirza Rasizadənin ideyaları qalib gəlib, 70 ildən sonra 1991-ci ildə Hüseyn Cavidin ideyaları baş tutdu, amma bu hələ tarixin son sözü deyil — hər şey ona doğru gedir ki, onların yerinə şeyx Məhəmməd Rəsizadənin ideologiyası gələ bilər".

Tanınmış nümayəndələri

  • Molla Abdulla Rasizadə (1843–1900) — Rasizadə soyadının ilk daşıyıcısı: Naxçıvan ziyalısı və din xadimi. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin atası.
  • Şeyx Məhəmməd Rasizadə (1878–1939) — Naxçıvanda din xadimi, müəllim və şair. Hüseyn Cavidin böyük qardaşı və Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadənin babası.
  • Hüseyn Cavid Rasizadə (1882–1941) — Azərbaycan şairi və dramaturqu, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi.
  • Əlirza Rasizadə (1884–1923) — Azərbaycan SSR yaranması dövrünün siyasi və dövlət xadimi, maarifçi, həcvyazan, marksist inqilabçı və Naxçıvan MSSR-in qurucularından biri. Hüseyn Cavidin kiçik qardaşı.
  • Mişkinaz Cavid Rasizadə (1902–1976) — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı.
  • Tahir Rasizadə (1907–1942) — kənd təsərrüfatı mütəxəssisi (aqronom), müəllim və şair. Azərbaycan Respublikasının baş naziri Artur Rasi-zadənin atası.
  • Şamil Rasizadə (1916–1993) — dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1970–1984). Maarifçi və marksist inqilabçı Əlirza Rasizadənin oğlu.
  • Ərtoğrul Cavid Rasizadə (1919–1943) — musiqiçi, Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin oğlu, Turan Cavidin isə qardaşı.
  • Turan Cavid Rasizadə (1923–2004) — C. Cabbarlı adına Azərbaycan dövlət teatr muzeyinin direktoru, Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qızı.
  • Artur Rasizadə (1935) — dövlət xadimi: 1996–2018 illərdə Azərbaycan Respublikasının baş naziri. Tahir Rasizadənin oğlu.
  • Əli Rasizadə (1947) — SSRİ və ABŞ tarix professoru, XX əsrin tarixi və beynəlxalq münasibətləri üzrə çoxsaylı əsərlərin müəllifi, neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modeli olan "Rasizadə alqoritminin" müəllifi. Azərbaycan dövlət xadimləri Şamil Rasizadənin oğlu və Əlirza Rasizadənin nəvəsi.

Nəsil ağacı

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Molla Abdulla Rasizadə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xurşid
 
Fatimə
 
 
 
Məhəmməd
 
Ələsgər
 
Səlimə
 
Əhməd
 
 
 
Hüseyn
 
 
 
 
 
Əlirza
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gövhər
 
 
Zəhra
 
 
Şəfiqə
 
 
Nəzifə
 
Tahir Rasizadə
 
 
 
Əziz
 
Ərtoğrul
 
Turan
 
Şamil
 
Cəmilə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yasir
 
Rəna
 
Həmid
 
Artur
 
Tamilla
 
Cavid
 
 
 
 
 
Əlirza
 
Oqtay
 
Ülfət
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məhəmməd
 
Əbülfəz
 
Tahir
 
Nailə
 
Əziz
 
Cavid
 
Teymur
 
Cəmilə
 
Şamil
 
Vadim
 
Gabrielle
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rövşən
 
Rəşad
 
Tahir
 
Rəna
 
 
 
Aylin
 
Selin
 
Adem-Ali
 
Søren

Qalereya

Şeyx Məhəmməd Rasizadənin nəsli
  • Rasizadələrin XIX əsrdə Naxçıvanda tikilmiş ata-baba evi (hazırda Hüseyn Cavidin ev-muzeyidir)
    Rasizadələrin XIX əsrdə Naxçıvanda tikilmiş ata-baba evi (hazırda Hüseyn Cavidin ev-muzeyidir)
  • Şeyx Məhəmməd Rasizadə (1878-1939)
    Şeyx Məhəmməd Rasizadə (1878-1939)
  • Azərbaycanın baş naziri Artur Rasi-zadə (Bakı 2009)
    Azərbaycanın baş naziri Artur Rasi-zadə (Bakı 2009)
  • Arturun atası Tahir Rasizadə (1907-1942)
    Arturun atası Tahir Rasizadə (1907-1942)
  • Baş nazir Artur Rasi-zadə (solda) Rusiyanın baş naziri D.Medvedevi Bakıda qarşılayır (2016)
    Baş nazir Artur Rasi-zadə (solda) Rusiyanın baş naziri D.Medvedevi Bakıda qarşılayır (2016)
Hüseyn Cavid Rasizadənin nəsli
  • Hüseyn Cavid Rasizadə (1882-1941)
    Hüseyn Cavid Rasizadə (1882-1941)
  • 1937-ci ildə həbs olunmuş Hüseyn Cavid Rasizadə
    1937-ci ildə həbs olunmuş Hüseyn Cavid Rasizadə
  • Hüseyn Cavid sonuncu günlər öz ailəsi ilə (Bakı 1936): Mişkinaz-xanım, Ərtoğrul və Turan Rasizadələr
    Hüseyn Cavid sonuncu günlər öz ailəsi ilə (Bakı 1936): Mişkinaz-xanım, Ərtoğrul və Turan Rasizadələr
  • Ərtoğrul (Cavid) Rasizadə (1919–1943)
    Ərtoğrul (Cavid) Rasizadə (1919–1943)
  • Turan (Cavid) Rasizadə (1923-2004)
    Turan (Cavid) Rasizadə (1923-2004)
Əlirza Rasizadənin nəsli
  • Əlirza Rasizadə (1884-1923)
    Əlirza Rasizadə (1884-1923)
  • Onun həyat yoldaşı Səkinə Məmmədova (1900-1985)
    Onun həyat yoldaşı Səkinə Məmmədova (1900-1985)
  • Baş nazir müavini Şamil Rasizadə (1916-1993)
    Baş nazir müavini Şamil Rasizadə (1916-1993)
  • Şamil Rasizadənin həyat yoldaşı Bilqeyis Vəliyeva (1926-1981)
    Şamil Rasizadənin həyat yoldaşı Bilqeyis Vəliyeva (1926-1981)
  • Şamil Rasizadə ömrünün son illərində (Bakı 1990)
    Şamil Rasizadə ömrünün son illərində (Bakı 1990)
  • Oqtay (solda) və Əli Rasizadə qardaşları onların Moskva Dövlət Universitetində təhsil zamanında (Moskva 1974)
    Oqtay (solda) və Əli Rasizadə qardaşları onların Moskva Dövlət Universitetində təhsil zamanında (Moskva 1974)
  • Səkinə-xanım Rasizadə (solda) Məmmədovların ata evində: ortada oturan böyük qardaşı Heydər həyat yoldaşı Laçın-xanım ilə, sağda oturan kiçik qardaşı Əkbər, dayananlar Heydərin övladları Tatan, Şulan və ev qulluqçusu (Naxçıvan 1927)
    Səkinə-xanım Rasizadə (solda) Məmmədovların ata evində: ortada oturan böyük qardaşı Heydər həyat yoldaşı Laçın-xanım ilə, sağda oturan kiçik qardaşı Əkbər, dayananlar Heydərin övladları Tatan, Şulan və ev qulluqçusu (Naxçıvan 1927)
  • Azərbaycan SSR kənd təsərrüfatı naziri Şamil Rasizadənin ailəsi: qızı Ülfət (qucağında), ortada anası Səkinə-xanım, sağda həyat yoldaşı Bilqeyis-xanım, arxada duran oğlu Əli və onun kürəyində kiçik qardaşı Oqtay (Bakı 1965)
    Azərbaycan SSR kənd təsərrüfatı naziri Şamil Rasizadənin ailəsi: qızı Ülfət (qucağında), ortada anası Səkinə-xanım, sağda həyat yoldaşı Bilqeyis-xanım, arxada duran oğlu Əli və onun kürəyində kiçik qardaşı Oqtay (Bakı 1965)
  • Rasizadə-Kızılkayalar (İstanbul 2017): Əli Rasizadə (solda), onun həyat yoldaşı Nərminə-xanım (arxada), nəvələri Selin, Aylin, Adəm-Əli və qızı Cəmilə (sağda)
    Rasizadə-Kızılkayalar (İstanbul 2017): Əli Rasizadə (solda), onun həyat yoldaşı Nərminə-xanım (arxada), nəvələri Selin, Aylin, Adəm-Əli və qızı Cəmilə (sağda)
 Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rasizadələr haqqında məlumat. Rasizadələr nədir? Rasizadələr nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Quercus affinis

  • Fevral 27, 2026

    Kosmik uçuş

  • Fevral 27, 2026

    Pfortshaym

  • Fevral 27, 2026

    Alliqatorlar

  • Fevral 27, 2026

    Bəriabad

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst