Artur Tahir oğlu Rasizadə (26 fevral 1935, Kirovabad) — Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Baş naziri (1996–2003, 2003–2018).
| Artur Rasizadə | |
|---|---|
| |
| 4 noyabr 2003 – 21 aprel 2018 (i. e. 31 oktyabr – 4 noyabr 2003) | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | İlham Əliyev |
| Sonrakı | Novruz Məmmədov |
| 26 noyabr 1996 – 4 avqust 2003 | |
| Əvvəlki | Fuad Quliyev |
| Sonrakı | İlham Əliyev |
| 4 avqust 2003 – 4 noyabr 2003 | |
| Baş nazir | İlham Əliyev |
| 3 may 1996 – 26 noyabr 1996 | |
| Baş nazir | Fuad Quliyev |
| 22 may 1991 – 16 may 1992 | |
| Baş nazir | Həsən Həsənov Feyruz Mustafayev (i. e.) |
| 15 fevral 1996 – 25 noyabr 1996 | |
| Prezident | Heydər Əliyev |
| 14 yanvar 1986 – 22 may 1991 | |
| Sədr | Həsən Seyidov Ayaz Mütəllibov Həsən Həsənov |
5 fevral 1991-ci ilədək Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 26 fevral 1935 (90 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, mühəndis, diplomat |
| Atası | Tahir Rasizadə |
| Uşağı | 1 |
| | |
| Təltifləri | |
Həyatı və fəaliyyəti
Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikasındandır.


1957-ci ilə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ "AzİNMAŞ"-da mühəndis vəzifəsində başlamış, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləmişdir.
1973–1975-ci illərdə "Azneftsənayemaş" birliyində baş mühəndis, 1975–1977-ci illərdə "İttifaqneftmaş" EİB rəisinin birinci müavini-baş mühəndis, 1977–1978-ci illərdə "AzİNMAŞ" Neft maşınqayırması ETİ-nin direktoru olmuşdur.
1978–1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981–1986-cı illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986–1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində çalışmışdır. 1992–1994-cü illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi, 1994-cü ildə "DEKA-B" şirkətində məsləhətçi, 1994–1996-cı illərdə İqtisadi İslahatlar Fondunda məsləhətçi vəzifəsində işləmişdir.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilmişdir.
1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, 1996–2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust–noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləmişdir.
2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək yenidən Azərbaycan Respublikasının Baş naziri olmuşdur.
11 fevral 1999-cu ildən İslah-əmək Müəssisələrinin və İstintaq Təcridxanalarının İşinin Təkmilləşdirilməsi Sahəsində Kompleks Tədbirlərin Həyata Keçirilməsi üzrə Prezident yanında Komissiyanın sədri olmuşdur.
Ailəsi
Artur Rasizadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, Azərbaycanlı ədib Hüseyn Cavidin qardaşı nəvəsidir.
Təltif və mükafatları
- "Heydər Əliyev" ordeni (20 fevral 2025) — Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə
- "İstiqlal" ordeni (23 fevral 2005) — Azərbaycanın iqtisadi inkişafındakı böyük xidmətlərinə görə
- "Şərəf" ordeni (25 fevral 2010) — Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün verdiyi böyük töhfələrə görə
- "Şöhrət" ordeni (25 fevral 2015) — Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafında töhfələrinə görə
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni (24 fevral 2020) — Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə
- "Xalqlar dostluğu" ordeni[rus.] (Belarus, 7 aprel 2015) — Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında ticari-iqtisadi və humanitar əlaqələrin inkişafına və möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli şəxsi töhfələrə görə
- "Fəxri legion" ordeni kavaleri (Fransa)
- "Şərəf nişanı" ordeni — 13 oktyabr 1980
- "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı[rus.] (Rusiya, 2003)
- Belarus Respublikası Milli Assambleyasının fəxri fərmanı — Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətli töhfələrə görə
- Elm və texnika sahəsində SSRİ Dövlət mükafatı (5 noyabr 1971) — kompleks qazma qurğularının və fontan əleyhinə avadanlıqların yaradılması və sənaye miqyaslı mənimsənilməsinə görə
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Artur Rasizadə haqqında məlumat. Artur Rasizadə nədir? Artur Rasizadə nə deməkdir?
