Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Şamil oğlu Rasizadə (ing. Alec Rasizade; 21 may 1947, Naxçıvan) — Azərbaycanəsilli Sovet və ABŞ tarix professoru, XX əsrin dünya tarixi və beynəlxalq münasi

Əli Rasizadə

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Rasizadə

Əli Şamil oğlu Rasizadə (ing. Alec Rasizade; 21 may 1947, Naxçıvan) — Azərbaycanəsilli Sovet və ABŞ tarix professoru, XX əsrin dünya tarixi və beynəlxalq münasibətlər üzrə çoxsaylı əsərlərin müəllifidir. Neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modeli olan "Rasizadə alqoritminin" ixtiraçısıdır. Azərbaycan dövlət xadimləri Şamil Rasizadənin oğlu və Əlirza Rasizadənin nəvəsidir.

Əli Rasizadə
Əli Rasizadə 2022-ci ildə Bakı bulvarında
Əli Rasizadə 2022-ci ildə Bakı bulvarında
Doğum tarixi 21 may 1947(1947-05-21) (78 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı ABŞ ABŞ, Azərbaycan Azərbaycan
Atası Şamil Rasizadə
Elm sahəsi XX əsrin tarixi
Elmi dərəcəsi tarix elmləri doktoru (1990)
Elmi adı professor
İş yerləri Bakı Dövlət Universiteti, SSRİ Elmlər Akademiyası, Kolumbiya Universiteti
Alma-mater Kolumbiya Universiteti (New York)
Təhsili Azərbaycan Dövlət Universiteti, Moskva Dövlət Universiteti
Elmi rəhbəri Tadeuş Svetoxovski
Tanınır Rasizadə alqoritmi ilə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən illəri

Əli Rasizadə 1947-ci il Mayın 21-də Naxçıvan şəhərində dövlət xadimi Şamil Rasizadənin ailəsində anadan olub. Bakının 6 nömrəli orta məktəbini bitirdikdən sonra, 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1969-cu ildə onu fərqlənmə ilə bitirmişdir. 1969–1970-ci illərdə SSRİ-nin Moskva hava hücumundan müdafiə dairəsinin raket hücumundan müdafiə qüvvələrində xidmət edib. 1970–1974 illərində Moskva Dövlət Universitetinin tarix fakültəsində ABŞ tarixi üzrə aspiranturanı bitirib və, "Truman Doktrini" mövzusunda dissertasiyanı müdafiə edərək, oradaca tarix elmləri namizədi elmi dərəcəsini alıb. Aspiranturanı bitirdikdən sonra SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunda işə dəvət olunub, lakin Moskvada yaşamaq qeydiyyatı olmadan, Bakıya dönməli oldu.

Sovet dövrü

Bakıya qayıdaraq, 1974–1980 illərində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində əvvəlcə dosent, sonra isə ümumi tarix kafedrası professoru vəzifəsində çalışıb. Orada Avropa və Amerikanın yeni və müasir tarixi üzrə mühazirələr oxumuşdur, Azərbaycanda ilk olaraq Amerikaşünaslıq məktəbini qurub, birinci milli Amerikaşünas kadrları hazırlamişdır. Universitetdən əlavə, Əli Rasizadə paralel olaraq Bakı Ali Partiya Məktəbində, Azərbaycan Dövlət Pedaqoji İnsitutunda və Xarici Dillər İnsitutunda Qərbin müasir tarixi və beynəlxalq münasibətlər üzrə mühazirə kursları aparırdı.

Lakin, totalitar Sovet rejimin ali məktəblərindəki tədris prosesində burjua təbliğinin tam qadağan olduğundan, ABŞ alimləri və diplomatları ilə ünsiyyət aparmasına görə, nəhayət tələbə və həmkarlarının tez-tez dövlət təhlükəsizlik orqanlarına xəbərçilik etməsi ilə əlaqədar, Əli Rasizadə elmi iş imkanlarından məhrum olunub, onun dərs dediyi Amerika və Avropa ölkələrinə elmi və təcrübə ezamiyyətlərinə getməyə imtina edilirdi. Ona görə də o, universitetdə müəllimlik işini qoyub, 1981-ci ildə elmi iş aparmaq üçün Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna keçdi.

1980-ci illərdə bu institutda işlədiyi dövrdə, onun direktorları (əvvəlcə akademik Ziya Bünyadov, sonra isə Aida İmanquliyeva) Əli Rasizadənin elmi işləri üçün ən əlverişli şərait yaratmışdırlar. 1983-cü ildə, Azərbaycan Elmlər Akademiyasının prezidenti akademik Həsən Abdullayevin təşəbbüsü ilə, Əli Rasizadə Moskvadaki SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun doktoranturasına göndərilir və oradaca 1990-cı ildə "NATO sistemində Türkiyə" mövzusunda tarix elmləri doktoru dissertasiyasını müdafiə etmişdir.

1983–1990 illərində Moskvada olarkən, həmin institutun direktoru akademik Primakovun tövsiyəsi ilə, Əli Rasizadə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Xarici işlər nazirliyinin müşavirlər qrupunun tərkibində işləmişdir. 1989–1991 illərində, o zaman baş verən Yenidənqurmanın fəal iştirakçısı olaraq, SSRİ Konstitusiyasını nəzərdən keçirmək üçün SSRİ Ali Soveti nəzdində yaradılmış mütəxəssislər işçi qrupun tərkibində yeni İttifaq müqaviləsi layihəsi üzərində çalışmışdır.

Amerika dövrü

Kitablarından biri (London 2004)

1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində, Əli Rasizadə Cənubi Florida Universitetinin dəvəti ilə Moskvadan ABŞ-ın Tampa şəhərinə köçür və orada "adjunct professor" vəzifəsində "Yenidənqurma və SSRİ-nin dağılması" mövzusunda mühazirə kursu oxumuşdur. Eyni zamanda 1990-cı illər ərzində, Fulbright təlim proqramları professoru vəzifəsində, Əli Rasizadə müxtəlif ABŞ universitetlərində həmin mövzuda mühazirə kursları oxumuşdur: Kaliforniya Universitetinin Los Anceles və Berkli bölmələrində, Stanford, Harvard, Johns Hopkins və Braun universitetlərində. 1995-ci ildə həmin mövzuda New Yorkdaki Kolumbiya Universitetində Əli Rasizadə doktorluq (PhD) dissertasiyasını müdafiə etmişdir. Nəticədə o, "associate professor of history" vəzifəsini tutaraq elmi işlərini davam etdirmək üçün 1996-cı ildə Kolumbiya Universitetinin Harriman adına Sovetşünaslıq Institutuna işə düzəldi və orada akademik fəaliyyətini davam etdi.

2000-ci ildə Əli Rasizadə Vaşinqtondaki Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "senior research fellow" vəzifəsinə dəvət olundu, orada ABŞ dövlət və ictimai orqanları üçün analitik arayışlar hazırlamaqla məşğul oldu. Amma, elmi işlərinin davam etdirilməsi naminə, 2004-cü ildə Vaşinqtonda yerləşən ABŞ Milli Elmlər Akademiyasının nəzdindəki Historical Research Center akademik mərkəzinə keçib, orada "senior associate" vəzifəsində çalışmışdır. Məhz bu illərdə onun Azərbaycan, Rusiya, Qafqaz və Orta Asiyanın postsovet tarixi üzrə ən fundamental əsərləri yazılmışdır. Bu təşkilatın 2013-cü ildə bağlandığından sonra, təqaüdə çıxıb, hazırda Vaşinqtonun ətraflarındaki Silver Spring adlı bir qəsəbədə yaşayır. Professor Rasizadə postsovet ölkələrində ekspert kimi vaxtaşırı akademik, təhsil, sosial, analitik və qanunvericilik tədbirlərində, müzakirələrdə, panellərdə, həmkarlar rəylərində, müsahibələrdə, verilişlərdə və dinləmələrdə iştirak edir. Əli Rasizadə həmçinin öz sahəsində dünyanın bir sıra aparıcı elmi jurnallarının məşvərət və ya redaksiya heyətlərinin üzvüdür.

Əhəmiyyətli tədqiqatlar

Professor Rasizadə XX əsrin tarixinə dair 200-dən çox elmi əsərin müəllifidir. Onun Sovetşünaslığa verdiyi töhfələrini dörd əsas kateqoriyaya bölmək olar: Xəzər neft bumu, Rusiya, Azərbaycan və Orta Asiyada Yenidənqurma tarixi. Bu kateqoriyaların hər biri üzrə elmi tapıntılar aşağıdakı tezislərdə ümumiləşdirilə bilər:

1) O, 100-illik hasilatdan sonra Xəzər neft ehtiyatları ilə bağlı faktiki məlumatlara əsaslanaraq, Qərb siyasi və akademik dairələrində hökm sürən eyforiyanın əksinə olaraq, Azərbaycan hökuməti və beynəlxalq neft konsorsiumu tərəfindən şişirdilmiş proqnozlara rəğmən, 2000-2020-ci illərdəki Xəzər neft bumunun sonunu və bütün sonrakı iqtisadi nəticələrini dəqiq proqnozlaşdırmışdır.

2) SSRİ-nin dağılmasından sonra Rusiyada baş verən hadisələri ümumiləşdirərək, o, Putinin hakimiyyətə gəlməsinin tarixən qaçılmaz olduğunu, Marksın Bonapartizm nəzəriyyəsinin təcəssümü olduğunu yazırdı. Bu nəzəriyyəyə əsasən, inqilabi dəyişikliklərlə xaosun həddinə çatdırılan cəmiyyət nizam-intizamı, qanunçuluğu və qanunsuz əldə edilmiş əmlakın legitimləşdirilməsini qətiyyətlə təmin edə bilən bir diktatoru hakimiyyətə gətirir. Bundan əlavə, o, SSRİ-nin dağılmasını çoxmillətli Rusiya imperiyasının süqutunun ilk mərhələsi olaraq, ardınca isə Rusiya Federasiyasının dağılmasını hesab edir və beləliklə digər çoxmillətli dövlətlərin tarixi taleyini təkrarlayacağını gözləyir.

3) Rasizadənin fikrincə, klassik bir neft dövləti olan Azərbaycan, neft bumu bitdikdən sonra müsəlman ölkələri arasındaki onun tarixi cəhətdən qanuni və iqtisadi cəhətdən təbii yerinə qayıtmağa məhkumdur. Bu, onun sosial-siyasi sistemi, milli ideologiyası, daxili korrupsiyası, İslam mədəniyyəti, adət-ənənələri və həyat tərzi, eləcə də sənaye bazasının və texniki bacarıqlarının olmaması ilə müəyyən edilir. Beləliklə, birinci (1900-1920) və ikinci (2000-2020) Bakı neft bumları bu ölkənin sovet sosialist bir respublikasından üçüncü dünya ölkəsinə gedən tarixi, məntiqi və təbii yolundan sadəcə sapmalar idi.

4) Orta Asiya ilə bağlı onun nəşrlərində əsas arqument ABŞ hökumətinin bu ölkələrə Avropa tipli demokratik sistem tətbiq etmək cəhdlərindən əl çəkməsi tövsiyəsidir, çünki müsəlman ölkələrində demokratiya qaçılmaz olaraq İslamizmin və ya İslamofaşizmin qələbəsinə gətirib çıxarır və bunu ABŞ-ın İslam dünyasının digər ölkələrinə müdaxiləsi tarixi inandırıcı şəkildə sübut edir. Hərbi müdaxilə və demokratiyanın tətbiqi əvəzinə, Rasizadə islamçıların özlərinin sərt metodları ilə ölkələrində nizam-intizamı və regionda sülhü qoruya bilən yerli Amerikapərəst tiranları dəstəkləməyi tövsiyə edir.

Rasizadə alqoritmi

Professor Rasizadənin ən böyük nailiyyəti və ona ümumdünya şöhrət qazandırmış "Rasizadə alqoritmi" adlı neft bumunun başa çatdıqdan sonra sosial-iqtisadi tənəzzül prosesinin tipoloji modelidir. O, 2008-ci ildə neftin dünya qiymətlərinin zirvəsində bu nəzəriyyəni ümumiləşdirmişdir və sonrakı illərin hadisələri onun tam düzgünlüyünü sübut etdilər. Bu alqoritm rifahı xammal ixracından asılı olan dövlətlərdə sənayesizləşmə, yoxsullaşma, deqradasiya və həyat səviyyəsinin aşağı düşməsi prosesində biri qaçılmaz olaraq digərinə gətirib çıxaran hadisələrin təbii ardıcıllığını izah edən tipoloji bir modeldir. Rasizadə alqoritmi (və ya Rasizadə paradoksu) belə ölkələrin inkişaf (və ya deqradasiya) perspektivlərini qiymətləndirmək üçün dünyanın aparıcı universitetlərinin tədris proqramlarına daxil edilib.

Alqoritm ilk dəfə nəzəri olaraq onun müəllifi tərəfindən 2008-ci ilin qlobal iqtisadi böhranı ərəfəsində "Contemporary Review" Oksford elmi jurnalında, dünya neft və qaz qiymətlərinin yüksəlişinin zirvəsində heç kimin bu qiymətlərin ucuzlaşmasını gözləmədiyi bir zamanda dərc edilmişdir. Bundan əvvəl neft bumu nəticəsində ixrac edilən faydalı qazıntıların qiymətlərinin qalxmasının milli valyutanın real məzənnəsinin möhkəmlənməsinə və onların ixracatçılarının iqtisadi inkişafına təsiri yalnız "Holland sindromu" nəzəriyyəsi ilə təsvir edilirdi. Bu termin ilk dəfə 1977-ci ildə "The Economist" London jurnalı tərəfindən istifadə edilmişdir. Bununla belə, "Holland sindromu" nəzəriyyəsi dünya bazarında neftin qiyməti aşağı düşməyə başlayandan sonra hadisələrin sonrakı gedişatını təsvir etmirdi: neft bumu başa çatdıqdan sonra bu, neftdən asılı ölkələr üçün necə nəticələnəcək?

2008-ci ilin sonunda məhz belə də oldu: neftin qiyməti ilin ortasındakı 147 dollardan ilin sonunda 75 faiz ucuzlaşaraq 32 dollara düşdü. İxrac edən ölkələrdə çaxnaşma və iqtisadi böhranlar başladı — heç kim bunu gözləmirdi və buna hazır deyildi. Məhz bu məqamda Əli Rasizadənin hələ 2008-ci ilin yayında, neftin qiymətinin pik həddə çatdığı və onun düşməsindən əsər-əlamət qalmadığı bir zamanda onun yazdığı məqalə nəşr olundu. Məqalənin ortaya çıxması o qədər vaxtında idi ki, orada tərtib edilmiş payız alqoritmi elmi ədəbiyyatda nəzəriyyənin müəllifindən sonra "Rasizadə alqoritmi" kimi götürüldü. O, XXI əsrin əvvəllərindəki Xəzər neft bumu nümunəsindən istifadə edərək, onun əvvəlki işlərinin nəticələrini nəzəri cəhətdən ümumiləşdirmiş və elm aləmində təqdim etmişdir.

Ümumi şəkildə alqoritm belə bir domino effekti kimi görünür: neft və qaz hasilatının və ya qiymətlərinin aşağı düşməsi > xəzinəyə neft dollarları axınının sinxron azalması > yerli valyutanın devalvasiyası > dövlət büdcəsinin gəlir və xərclərinin dollar hesablanmasında azalması > dövlət aparatında ştatların, idarə və təşkilatların ixtisarı > əhalinin alıcılıq qabiliyyətinin düşməsi > məhsullar, mallar, xidmətlər və daşınmaz əmlak qiymətlərinin dollar ekvivalentində azalması > idxalın və gömrük yığımlarının azalması > özəl sektorunda ümumi müflisləşmə və işçilərin kütləvi ixtisarı > vergi bazasının sıxılması > büdcə işçilərin maaşları və sosial müavinətlərin kəsilməsi > kütləvi işsizlik və əhalinin yoxsullaşması > ölkənin üçüncü dünya dövlətləri arasındaki qanuni yerinə düşməsi.

Əsas elmi əsərləri

  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = World Affairs (Delhi), Summer 2011, volume 15, issue 2, pages 139–164.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = Mediterranean Quarterly (Duke University Press), Summer 2011, volume 22, number 3, pages 72–94.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = Journal of South Asian and Middle Eastern Studies (Villanova University Press), Summer 2011, volume 34, number 4, pages 1–22.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh with the end of oil boom. = Iran and the Caucasus (Leiden: Brill), 2011 double issue, volume 15, numbers 1–2, pages 299–317.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = Journal of Balkan and Near Eastern Studies (London: Taylor & Francis), June 2011, volume 13, number 2, pages 215–231.
  • L'imbroglio du Karabakh: une perspective azérie (translated into French by B.Eisenbaum). = Les Cahiers de l'Orient (Paris), Hiver 2011, numéro 101, pages 83–95.
  • A propos of the Georgian war: reflections on Russia's revanchism in its near abroad. = Journal of Balkan and Near Eastern Studies (London: Taylor & Francis), March 2009, volume 11, number 1, pages 9–27.
  • Putin’s place in Russian history. = International Politics (London: Palgrave-Macmillan), September 2008, volume 45, number 5, pages 531–553.
  • Putin’s mission in the Russian Thermidor. = Communist and Post-Communist Studies (Amsterdam: Elsevier publishers for the University of California), March 2008, volume 41, number 1, pages 1–25.
  • Putin’s mission in the Russian Thermidor. = World Affairs (Delhi), Winter 2007, volume 11, number 4, pages 142–176.
  • The great game of Caspian energy: ambitions and the reality. = Journal of Southern Europe and the Balkans (London: Taylor & Francis), April 2005, volume 7, number 1, pages 1–17.
  • Azerbaijan descending into the Third World after a decade of independence. = Journal of Third World Studies (Association of Third World Studies), Spring 2004, volume 21, number 1, pages 191–219.
  • Azerbaijan after Heydar Aliev. = Nationalities Papers (London: Taylor & Francis), March 2004, volume 32, number 1, pages 137–164.
  • The new ‘great game’ in Central Asia after Afghanistan. = September 11 and World Politics (edited by G.Bacik & B.Aras). Fatih University Press, Istanbul, 2004, chapter 8: pages 127–143.
  • Azerbaijan after the first decade of capitalism (in English and Russian). = Central Asia and the Caucasus (Eastview Press, Sweden), number 3 (21) 2003, pages 99–108 in its English edition & number 3 (27) 2003, pages 116–128 in its Russian edition: Десятилетие развития капитализма в Азербайджане.
  • Azerbaijan in transition to the "new age of democracy". = Communist and Post-Communist Studies (Los Angeles: Pergamon Press for the University of California), September 2003, volume 36, number 3, pages 345–372.
  • Entering the old ‘great game’ in Central Asia. = Orbis (Philadelphia: Pergamon Press for Foreign Policy Research Institute), Winter 2003, volume 47, number 1, pages 41–58.
  • Azerbaijan after a decade of independence: less oil, more graft and poverty. = Central Asian Survey (London: Taylor & Francis), December 2002, volume 21, number 4, pages 349–370.
  • Azerbaijan descending into the Third World after a decade of independence. = Comparative Studies of South Asia, Africa and the Middle East (Duke University Press), 2002 double issue, volume 22, numbers 1–2, pages 127–139.
  • US gaze on oil bonanza: perception and reality in Azerbaijan. = Indian Journal of Asian Affairs (Jaipur), December 2002, volume 15, number 2, pages 17–32.
  • Na Afghanistan het nieuwe Grote Spel in Centraal-Azië (translated into Dutch by G.J.Telkamp). = Internationale Spectator (The Hague: Netherlands Institute of International Relations), October 2002, volume 56, number 10, pages 494–500.
  • Dictators, Islamists, big powers and ordinary people: the new ‘great game’ in Central Asia. = Internationale Politik und Gesellschaft (Bonn: F.Ebert Stiftung), July 2002, number 3, pages 90–106.
  • The Caspian energy legend and the "great game" of concomitant pipelines. = Iranian Journal of International Affairs (Tehran), Spring-Summer 2002, volume 14, numbers 1–2, pages 22–45.
  • The mythology of munificent Caspian bonanza and its concomitant pipeline geopolitics. = Central Asian Survey (London: Taylor & Francis), March 2002, volume 21, number 1, pages 37–54.
  • The mythology of munificent Caspian bonanza and its concomitant pipeline geopolitics (in English and Russian). = Central Asia and the Caucasus (Eastview Press, Sweden), number 4 (10) 2001, pages 16–28 in its English edition & number 4 (16) 2001, pages 19–33 in its Russian edition: Миф об углеводородном изобилии Каспия и геополитическая стратегия "трубы."
  • The hollows and pitfalls behind big oil prospects in Azerbaijan (in English and Russian). = Central Asia and the Caucasus (Eastview Press, Sweden), number 1 (7) 2001, pages 152–164 in its English edition & number 1 (13) 2001, pages 178–193 in its Russian edition: Нефть Азербайджана—мышеловка для Запада?
  • Mythology of the munificent Caspian bonanza and its concomitant pipeline geopolitics. = Comparative Studies of South Asia, Africa and the Middle East (Duke University Press), 2000 double issue, volume 20, numbers 1–2, pages 138–152.
  • Azerbaijan, the US and oil prospects on the Caspian Sea. = Journal of Third World Studies (Association of Third World Studies), Spring 1999, volume 16, number 1, pages 29–48.
  • Azerbaijan and the oil trade: prospects and pitfalls. = The Brown Journal of World Affairs (Brown University Press), Summer-Fall 1997, volume 4, number 2, pages 277–294.
  • Perestroika and breakup of the USSR (PhD dissertation). USF dissertation series: University of South Florida Press, Tampa, 1995, 257 pages.
  • Türkiye açisindan Truman Doktrini ve Stalin diplomasisinin hatalari (translated into Turkish by M.Ahmedov). = Belleten (Ankara: Türk Tarih Kurumu), April 1991, volume 55, number 212, pages 239–255.
  • Турция в системе НАТО (докторская диссертация). Издательство Наука (АН СССР), Москва, 1990, 389 стр.
  • Турецкий аспект доктрины Трумэна и ошибки сталинской дипломатии. = Народы Азии и Африки (Москва: АН СССР), 1989, номер 4, стр. 40–50.
  • Попытки Турции присоединиться к НАТО в 1949–1951 годах. = Турция: история и современность (под ред. В.И.Данилова). Издательство Наука (АН СССР), Москва, 1988, стр. 143–151.
  • Восемь лет Третьей pеспублики в Турции. = Современная Турция (ежегодник). Издательство АН Аз.ССР, Баку, 1988, стр. 5–16;
  • Развитие военного производства в Турции. = Ibidem, стр. 116–163.
  • Участие Турции в Корейской войне. = Военно-исторический журнал (Москва: Министерство обороны СССР), 1985, номер 2, стр. 14–21.
  • План Маршалла в Турции. = Народы Азии и Африки (Москва: АН СССР), 1984, номер 3, стр. 103–106.
  • Соглашение 1980 года о военно-экономическом сотрудничестве между США и Турцией. = Современная Турция (ежегодник). Издательство АН Аз.ССР, Баку, 1983, стр. 20–48.
  • Contemporary concepts of American foreign policy (in Azeri). = Proceedings of Azerbaijan State University (Baku), 1980, number 3, pages 38–59.
  • Турецкий "нейтралитет" в ходе второй мировой войны. = Учёные записки АГУ (Баку), 1975, номер 5, стр. 42–48.
  • Установление военно-политического союза США и Турции в 1947–1952 годах (автореферат кандидатской диссертации). Издательство МГУ, Москва, 1974, 24 стр.
  • Доктрина Трумэна как начало нового этапа во внешней политике США. = Вопросы всемирной истории (под ред. Н.В.Сивачёва). Издательство МГУ, Москва, 1973, стр. 85–110.

Məqalələr və məruzələr

  • Book review: Let Our Fame be Great, by Oliver Bullough (London: Penguin Books, 2011, 512 pages). = Debatte: Journal of Contemporary Central and Eastern Europe (London: Taylor & Francis), December 2011, volume 19, issue 3, pages 689–692.
  • Nagorno-Karabakh: an apple of discord between Armenia and Azerbaijan. = Contemporary Review (Oxford) in two parts: 1) June 2011, volume 293, number 1701, pages 166–175; 2) September 2011, volume 293, number 1702, pages 295–306.
  • Azerbaijan in transition from communism to the Third World (keynote lecture at the symposium "The Caucasus since the Georgian-Russian War of 2008" on 29 April 2011 at the University of California in Berkeley). = Working Papers of the Berkeley Armenian Studies Program (University of California Press), 2011 issue, pages 21–33.
  • Azerbaijan's chances in the Karabakh conflict. = Harvard International Review (Boston: Harvard University Press), 18 January 2011.
  • Russian irredentism after the Georgian Blitzkrieg. = Contemporary Review (Oxford), Spring 2009, volume 291, number 1692, pages 11–25.
  • Reclaiming the Russian North of Kazakhstan. = The European Courier (online), 27 December 2008: .
  • The struggle for Crimea. = The European Courier (online), 13 December 2008: .
  • Russian revanchism in the aftermath of Georgian Blitzkrieg. = The European Courier (online), 5 December 2008: .
  • The end of cheap oil. = Contemporary Review (Oxford), Autumn 2008, volume 290, number 1690, pages 273–284.
  • Putin’s mission in the Russian Thermidor. = Welt Trends: Zeitschrift für internationale Politik (Potsdam), May-June 2008, number 60, pages 53–60.
  • Putin’s foreign policy legacy. = The European Courier (online), 3 March 2008: .
  • The "sick man of Europe" resurges. = Contemporary Review (Oxford), Autumn 2007, volume 289, number 1686, pages 273–287.
  • The historic significance of Putin’s revanchism. = Contemporary Review (Oxford), Summer 2006, volume 288, number 1681, pages 137–156.
  • Chechnya: the Achilles heel of Russia. = Contemporary Review (Oxford) in three parts: 1) April 2005, volume 286, number 1671, pages 193–197; 2) May 2005, volume 286, number 1672, pages 277–284; 3) June 2005, volume 286, number 1673, pages 327–332.
  • The mystery of the Caspian oil boom. = Contemporary Review (Oxford) in two parts: 1) September 2004, volume 285, number 1664, pages 129–135; 2) October 2004, volume 285, number 1665, pages 199–205.
  • Georgia meets the test of its independence. = Contemporary Review (Oxford), March 2004, volume 284, number 1658, pages 139–148.
  • Turkmenbashi and his Turkmenistan. = Contemporary Review (Oxford), October 2003, volume 283, number 1653, pages 197–206.
  • Caspian Basin oil: just a pipe dream? = Foreign Service Journal (Washington), April 2003, volume 80, number 4, pages 43–47.
  • The specter of a new ‘great game’ in Central Asia. = Foreign Service Journal (Washington), November 2002, volume 79, number 11, pages 48–52.
  • The new ‘great game’ in Central Asia after Afghanistan. = Alternatives: Turkish Journal of International Relations (Istanbul), Summer 2002, volume 1, number 2, pages 125–134.
  • Azerbaijan in the morning after independence: less oil, more graft and poverty (summary of a lecture). = Caucasus and Central Asia (University of California at Berkeley), Summer 2002, issue 2, pages 16–20.
  • Washington and the ‘great game’ in Central Asia. = Contemporary Review (Oxford), May 2002, volume 280, number 1636, pages 257–270.
  • The Bush administration and the Caspian oil pipeline. = Contemporary Review (Oxford), July 2001, volume 279, number 1626, pages 21–25.
  • Caspian pipeline: difficulties lie ahead. = Review of International Affairs (Belgrade), March 2001, number 1103, pages 17–23.
  • Behind a democratic façade, polling computers pave the way for dynastic succession in Azerbaijan. = Kayhan International (Tehran), 22 January 2001.
  • Napoleon complex: Putin plans his Russian counterrevolution. = Washington Times, 30 March 2000.
  • The next Iran. = Washington Post, 28 September 1998.
  • Azerbaijan in transition from communism to the Third World (text of a lecture). = Caucasus and Central Asia (University of California at Berkeley), Summer 1997.
  • The conflict over Nagorno-Karabakh: an Azeri perspective. = The Washington Report on Middle East Affairs, April-May 1993, pages 12–14.
  • Halfway from Moscow to Ankara (in Engish). = The New Times (Moscow), February 1993, number 8, pages 6–8.
  • Азербайджан: новые политические ориентиры (in Russian and English). = Азия и Африка сегодня (Moscow), January 1993, number 1, pages 16–22 in its Russian edition & February 1993, number 2, pages 5–9 in its English edition: Azerbaijan: the new political guidelines.
  • Republic of Georgia (an encyclopedia entry). = The New Book of Knowledge (New York: Grolier Encyclopedia), 1993–2008;
  • Republic of Azerbaijan (an encyclopedia entry). = Ibidem, 1993–2008.
  • United States policy towards Azerbaijan. = Central Eurasia (Washington: FBIS Report), December 1992, pages 129–136.
  • Правление Народного Фронта в Азербайджане. = Новое время (Москва), октябрь 1992, номер 40, стр. 13–17.
  • The forgotten truths about the Upper Karabakh. = Kayhan International (Tehran), 22 October 1992.
  • Нужна ли России империя? (Размышления историка). = Гласность (Москва: Самиздат), 1989, номер 4, стр. 74–91.
  • Турция на перепутье (in Azeri and Russian). = Azerbaijan Kommunisti (Baku), October 1988, number 10, pages 85–99 in its Azeri edition & number 10, pages 78–92 in its Russian edition.
  • Школа американистики в Азербайджане. = Учёные записки АГУ (Баку), 1978, номер 4, стр.70–98.
  • Turkey and NATO in a historical perspective (in Azeri). = Azerbaijan Kommunisti (Baku), December 1973, number 12, pages 83–90.

Seçilmiş nəşrlər

  • 2001-2011-ci illərdə "Contemporary Review" (Oxford) rüblük jurnalında dərc olunmuş 15 siyasi esse.
  • Putin’s place in Russian history. = International Politics (London: Palgrave-Macmillan), September 2008, volume 45, number 5, pages 531-553.
  • Putin’s mission in the Russian Thermidor. = Welt Trends: Zeitschrift für internationale Politik (Potsdam), May-June 2008, number 60, pages 53–60.
  • Putin’s mission in the Russian Thermidor. = Communist and Post-Communist Studies (Amsterdam: Elsevier publishers for the University of California), March 2008, volume 41, number 1, pages 1-25.
  • Putin's mission in the Russian Thermidor. = World Affairs (Delhi), Winter 2007, volume 11, number 4, pages 142-176.
  • Türkiye açısından Truman Doktrini ve Stalin diplomasisinin hataları (translated into Turkish by M.Ahmedov). = Belleten (Ankara: Türk Tarih Kurumu), April 1991, volume 55, number 212, pages 239-255.
  • The new ‘great game’ in Central Asia after Afghanistan. = Alternatives: Turkish Journal of International Relations (Istanbul), Summer 2002, volume 1, number 2, pages 125–134.
  • Dictators, Islamists, big powers and ordinary people: the new ‘great game’ in Central Asia. = Internationale Politik und Gesellschaft (Bonn: F.Ebert Stiftung), July 2002, number 3, pages 90-106.
  • Entering the old ‘great game’ in Central Asia. = Orbis (Philadelphia: Pergamon Press for Foreign Policy Research Institute), Winter 2003, volume 47, number 1, pages 41-58.
  • Na Afghanistan het nieuwe Grote Spel in Centraal-Azië (translated into Dutch by G.J.Telkamp). = Internationale Spectator (The Hague: Netherlands Institute of International Relations), October 2002, volume 56, number 10, pages 494-500.
  • A propos of the Georgian war: reflections on Russia's revanchism in its near abroad. = Journal of Balkan and Near Eastern Studies (London: Taylor & Francis), March 2009, volume 11, number 1, pages 9-27.
  • L'imbroglio du Karabakh: une perspective azérie (translated into French by B.Eisenbaum). = Les Cahiers de l'Orient (Paris), Hiver 2011, numéro 101, pages 83–95.
  • Azerbaijan descending into the Third World after a decade of independence. = Comparative Studies of South Asia, Africa and the Middle East (Duke University Press), 2002 double issue, volume 22, numbers 1-2, pages 127—139.
  • Azerbaijan after a decade of independence: less oil, more graft and poverty. = Central Asian Survey (London: Taylor & Francis), December 2002, volume 21, number 4, pages 349-370.
  • Azerbaijan after Heydar Aliev. = Nationalities Papers (London: Taylor & Francis), March 2004, volume 32, number 1, pages 137-164.
  • The mythology of munificent Caspian bonanza and its concomitant pipeline geopolitics. = Central Asian Survey (London: Taylor & Francis), March 2002, volume 21, number 1, pages 37-54.
  • Mythology of the munificent Caspian bonanza and its concomitant pipeline geopolitics. = Comparative Studies of South Asia, Africa and the Middle East (Duke University Press), 2000 double issue, volume 20, numbers 1-2, pages 138–152.
  • The great game of Caspian energy: ambitions and the reality. = Journal of Southern Europe and the Balkans (London: Taylor & Francis), April 2005, volume 7, number 1, pages 1-17.
  • Azerbaijan in transition to the "new age of democracy". = Communist and Post-Communist Studies (Los Angeles: University of California), September 2003, volume 36, number 3, pages 345—372.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = Journal of Balkan and Near Eastern Studies (London: Taylor & Francis), June 2011, volume 13, number 2, pages 215-231.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh with the end of oil boom. = Iran and the Caucasus (Leiden: Brill), 2011 double issue, volume 15, numbers 1-2, pages 299-317.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = World Affairs (Delhi), Summer 2011, volume 15, issue 2, pages 139–164.
  • Azerbaijan's prospects in Nagorno-Karabakh. = Mediterranean Quarterly (Duke University Press), Summer 2011, volume 22, number 3, pages 72-94.
  • Azerbaijan and the oil trade: prospects and pitfalls. = The Brown Journal of World Affairs (Brown University Press), Summer-Fall 1997, volume 4, number 2, pages 277—294.
  • Azerbaijan, the US and oil prospects on the Caspian Sea. = Journal of Third World Studies (Association of Third World Studies), Spring 1999, volume 16, number 1, pages 29-48.
  • US gaze on oil bonanza: perception and reality in Azerbaijan. = Indian Journal of Asian Affairs (Jaipur), December 2002, volume 15, number 2, pages 17–32.
  • Book review: Let Our Fame be Great, by Oliver Bullough (London: Penguin Books, 2011, 512 pages). = Debatte: Journal of Contemporary Central and Eastern Europe (London: Taylor & Francis), December 2011, volume 19, issue 3, pages 689-692.

Qalereya

  • Doktorantura illəri: SSRİ Elmlər Akademiyasında (Moskva 1983)
    Doktorantura illəri: SSRİ Elmlər Akademiyasında (Moskva 1983)
  • Amerikaya mühacirət ərəfəsində öz iş otağında (Bakı 1991)
    Amerikaya mühacirət ərəfəsində öz iş otağında (Bakı 1991)
  • Həyat yoldaşı Nərminə xanımla (Bakı 2019)
    Həyat yoldaşı Nərminə xanımla (Bakı 2019)
Vikianbarda Əli Rasizadə ilə əlaqəli mediafayllar var.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Rasizadə haqqında məlumat. Əli Rasizadə nədir? Əli Rasizadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Vyetnam dili

  • Fevral 27, 2026

    Nəcməddin Hacıyev

  • Fevral 10, 2026

    Atlantik okeanı

  • Fevral 27, 2026

    Vladimir Nabokov

  • Fevral 27, 2026

    İrena Sendler

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst