Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rabitə Bakı — Azərbaycanın Bakı şəhərini təmsil edən qadınlardan ibarət voleybol klubu idi. 2004-cü ildən yaranan komanda 2008-ci ildən etibarən Voleybol üzrə A

Rabitə Bakı

  • Ana Səhifə
  • Vikipediya
  • Rabitə Bakı

Rabitə Bakı — Azərbaycanın Bakı şəhərini təmsil edən qadınlardan ibarət voleybol klubu idi. 2004-cü ildən yaranan komanda 2008-ci ildən etibarən Voleybol üzrə Azərbaycan Superliqasında mübarizə aparırdı. Komanda tez-tez heyətini dəyişdirdiyindən hər mövsüm Rabitədə fəqli-fərqli voleybolçuları görmək olardı. Yerli voleybolçulara üstünlük verməyən klubda dünyanın hər yerindən ən tanınmış simaları görmək mümkün idi. Komandanın əvvəlki heyətinə baxdıqda onlarla dünya çempionu, olimpiya çempionu və mükafatçıları görmək mümkündür. 8 qat Azərbaycan çempionu, 2011-ci və 2013-cü illərin Çempionlar Liqasının finalçısı, 2014-cü ildə isə üçüncüsü, 2011-ci il klublararası Dünya Çempionatının qalibi və 2012-ci ildə isə finalçı olub.

Rabitə Bakı
Loqonun şəkli
Ölkə
  •  Azərbaycan
Şəhər Bakı
Ləqəb(lər) Rabitəçilər
Rəng(lər) Qırmızı-sarı
    -    
Yaranma tarixi 14 dekabr 2001
Meydança Sərhədçi İdman Olimpiya Mərkəzi
Tutumu 2500
Prezidenti Cəlil Cəfərov
Baş məşqçisi Eldar Yusubov
Liqa Voleybol üzrə Azərbaycan Superliqası
2012-2013 Çempion
Ev
Səfər
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

2001-ci ilin 14 dekabrında əsası qoyulan Rabitə Voleybol Klubunun Rabitə Bakı komandası 2004-cü ildə yaradılmışdı. Klub ölkə çempionatında ilk gümüş medalını 2005-ci ildə qazanıb. 2007-ci ildə ilk dəfə qızıl medalı qazanıb. Həmin ildən etibarən komanda hər il ölkə çempionatının qalibi olub. Rabitə həmçinin 2011-ci ildə Azərbaycan Kubokunun qalibi olub.

"Rabitə" həmçinin qitəmiqyaslı yarışlarda da iştirak edib. 2008-ci ildə Avropa Voleybol Konfederasiyasının Çağırış Kubokunun 1/8 final mərhələsinə qədər irəliləyib, bu mərhələdə mübarizəni dayandırıb. Bir il sonra həmin yarışda 1/4 final mərhələsinə yüksələ bilib. 2010-cu ildə Rabitənin CEV Kuboku turnirdə çıxışı daha uğurlu alınıb. Bakıda keçirilən turnirin "dördlər finalı"nda çıxış edən Rabitə yarımfinalda Yamamaya uduzaraq üçüncü yer uğrunda görüşə çıxmalı olub. Bu oyunda qalib gələrək bürünc medal qazanıb.

Klub üzvləri Prezidentin qəbulunda

2010-2011-ci illər mövsümü Rabitə üçün çox əlamətdar olub. Çempionlar Liqasında debüt edən Rabitə qrup mərhələsini birinci yerdə bitirərək növbəti mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələlərdə Çexiyanın VK Modranska Prostejov və Polşanın Bank Fakro Mujşina klublarına qalib gələrək turnirin "dördlər finalı"na çıxıb. Yarımfinal oyununda İtaliyanın Skavolini Pezzaro klubuna 3-1 hesabı ilə qalib gələrək ilk dəfə iştirak etdiyi turnirin final oyununa vəsiqə qazanıb. Final oyununda Türkiyənin Vakıfbank klubuna məğlub olaraq gümüş medal qazanıb. Bu nəticə ilə Rabitə həmin il Qətərin paytaxtı Dohada keçirilən FİVB Klublararası Dünya Çempionatına vəsiqə qazanıb və bütün rəqiblərini məğlub edərək qalib olub.

Rabitə 2011-2012 mövsümündə də CEV Çempionlar Liqası turnirində yenidən iştirak edib. Qrup mərhələsini Fənərbaxçadan sonra ikinci yerdə tamamlayaraq 1/8 final mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə Polşanın Atom Sopot klubuna qalib gələrək son təsnifat mərhələsinə vəsiqə qazanıb. Rabitənin bu mərhələdə rəqibi Fənərbağça klubu olub. Hər iki oyunda rəqibinə məğlub olan Rabitə mübarizəni dayandırıb və Bakıda keçirilən "dördlər finalı"na vəsiqə qazana bilməyib.

2012-2013 mövsümündə Rabitə Çempionlar Liqasının qrup mərhələsini birinci yerdə tamamlayıb. Növbəti mərhələdə Rabitənin rəqibi Fransanın Kann klubu olub, səfərdə 3-1, evdə isə 3-0 hesabı ilə qalib gələn Rabitə 1/3 final mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə Rabitə Rusiyanın Dinamo Kazan klubu ilə qarşılaşıb, Rabitə hər iki oyunda 3-1 hesabı ilə qalib gələrək "dördlər finalı"na vəsiqə qazanıb. Türkiyənin İstanbul şəhərində keçirilən "dördlər finalı"nda ilk oyunda İtaliyanın Yamamay klubuna tay-brekrə qalib gələrək final oyununa vəsiqə qazanıb. Final oyununda rəqib Vakıfbank klubu olub, 2011-ci ildə olduğu kimi bu dəfə də Rabitə rəqibinə məğlub olaraq ikinci yeri tutub.

2013-14 mövsümündə Rabitə yenə çempionlar liqasındakı uğurlu çıxışı ilə yadda qalıb. Qrup mərhələsini uğurla adlayan çempionlarımız bu dəfə "dördlər finalı"na ev sahibliyi etdi. Turnirin yarımfinalında Dinamoya bu səfər məğlub olan Rabitə üçüncülük matçında Əczacıbaşı Vitrayı məğlub edərək bürünc medalların sahibi olub.

Heyəti

Bu məqalə Rabitə Bakının son mövsümdəki heyəti haqqındadır. Klubun əvvəlki heyətlərinə baxmaq üçün Rabitənin mövsümlər üzrə heyətləri səhifəsinə baxın.

2014-15 mövsümü üçün

  • Baş məşqçi : Serbiya Zoran Qayiç
  • Köməkçi məşqçi : Azərbaycan Vasif Talıbov
Nömrə Oyunçunun adı Mövqeyi Boyu(metr) Çəkisi(kq) Doğum tarixi Hücum yüksəkliyi (sm)
1 Azərbaycan Vilma Alişanova Hücumçu 1.91 72 1991 321
4 Azərbaycan Yoana Mahmudova Hücumçu 1.85 72 1990 327
5 Serbiya Nataşa Krsmanoviç Blokçu 1.88 73 1985 305
6 ABŞ Tetori Dikson Blokçu 1.93 90 1992 308
7 Azərbaycan Silva Əzimli Diaqonal 1.92 80 1991 317
8 Puerto-Riko Aurea Kruz Hücumçu 1.80 63 1982 310
9 Dominikan Respublikası Brenda Kastillo Libero 1.67 55 1992 245
13 Tailand Nutsara Tomkom Toppaylayıcı 1.69 57 1985 289
14 Azərbaycan Bəyaz Əliyeva Libero 1.76 60 1990 255
16 ABŞ Foluke Akinradevo Blokçu 1.91 79 1987 331
17 Polşa Katarjina Skovronska Diaqonal 1.89 75 1983 314
18 Macarıstan Dora Horvat Hücumçu 1.88 75 1988 302

Nailiyyətlər

2004-2013-cü illər ərzində Azərbaycan Respublikasının Çempionatları (Yüksək Liqa):

  • 2004-2005-ci illər mövsümü – II yer
  • 2005-2006-cı illər mövsümü – II yer
  • 2006-2007-ci illər mövsümü – I yer
  • 2007-2008-ci illər mövsümü – I yer
  • 2008-2009-cu illər mövsümü – I yer
  • 2009-2010-cu illər mövsümü – I yer
  • 2010-2011-ci illər mövsümü – I yer
  • 2011-2012-ci illər mövsümü – I yer
  • 2012-2013-cü illər mövsümü - I yer
  • 2013-2014-cü illər mövsümü - I yer

23-27 sentyabr 2005-ci il tarixlərində Bakı şəhərində Böyük Vətən Müharibəsindəki Qələbənin 60 illiyinə həsr olunmuş Müstəqil Dövlətlər Birliyi üzvü olan dövlətlərin V Beynəlxalq İdman Oyunlarında qızıl medallar.

19-24 iyun 2006-cı il tarixlərində Minsk şəhərində Müstəqil Dövlətlər Birliyinin "Dostluq, sülh və sağlamlıq" devizi altında VI Beynəlxalq İdman Oyunlarında gümüş medallar.

2007/2008-ci voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi "CHALLENGE CUP" turnirinin 1/8 final mərhələsi.

2008/2009-cu voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi "GM CAPITAL CHALLENGE CUP WOMEN 2008-2009" turnirində 1/4 final mərhələsi.

2009/2010-cu voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi "CEV CUP WOMEN 2009-2010" turnirində 3-cü yer.

2010/2011-ci voleybol mövsümündə Avropa Voleybol Konfederasiyasının təşkil etdiyi "CHAMPIONS LEAGUE" turnirində 2ci yeri tutub və Beynəlxalq Voleybol Federasiyasının təşkil etdiyi Klublararası Dünya Çempionatına vəsiqə qazanıb.

2011 FIVB Dünya Klublarası Çempionu

2011/2012-ci il Çempionlar Liqasının 1/4 final mərhələsi

2012 FIVB Dünya Klublarası Çempionatın gümüş mükafatçısı

2012/2013-ci il Çempionlar Liqası gümüş mükafatçı

2013/2014-cü il Çempionlar Liqası bürünc mükafatçı

Avropa kuboklarındakı nəticələri

son yenilənmə: 9 dekabr 2010-cu il

Turnir O Q M S
Çempionlar Liqası 5 3 2 13-7
CEV kuboku 10 5 5 21-18
Çelenc Kuboku 12 6 6 23-20
CƏMİ 27 14 13 57-45

CEV turnirlərindəki oyunları

Mövsüm

CEV turnirlərindəki oyunları

Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Qızıl set Nəticə
2007/2008 CEV kuboku 1/16 final Sloveniya Hit Nova Gorica (s)0:3 (e)2:3 0-2
2007/2008 Çağırış kuboku II mər Kipr AEL Limassol (e)3:0 (s)3:2 2-0
1/8 final Yunanıstan Olympiakos Pireo (s)0:3 (e)0:3 0-2
2008/2009 Çağırış kuboku II mər Finlandiya Viesti Salo (s)2:3 (e)3:0 1-1
1/16 final Türkiyə Karşıyaka İzmir (s)3:0 (e)3:0 2-0
1/8 final Almaniya Dresdner SC (s)1:3 (e)3:0 1-1
1/4 final İspaniya CV Albacete (e)1:3 (s)1:3 0-2
2009/2010 CEV Kuboku 1/16 final Polşa Impel Gwardia (s)3:1 (e)3:1 2-0
1/8 final Fransa Rocheville Le Cannet (s)1:3 (e)3:0 1-1
1/4 final Türkiyə Eczaçıbaşı İstanbul (e)3:0 (s)1:3 1-1
1/2 final İtaliya Yamamay (e)2:3 0-1
3- cü yer Rusiya Uraloçka (e)3:1 1-0
2010/2011 CEV Çempionlar Liqası Qrup mər Rumıniya Dinamo Romprest (s)3:0 (e)3:0 2-0
Qrup mər İtaliya Scavolini Pesaro (e)3:1 (s)2:3 1-1
Qrup mər Polşa Aluprof Bielsko-Biała (s)2:3 (e)3:0 1-1
1/6 final Çexiya Modřanská Prostějov (s)2:3 (e)3:0 (e)1:0 2-1
1/3 final Polşa Muszyna (s)3:0 (e)3:0 2-0
1/2 final İtaliya Scavolini Pesaro (n)3:1 1-0
Final Türkiyə Vakıfbank İstambul (s)0:3 0-1
2011/2012 CEV Çempionlar Liqası Qrup mər Fransa ASPTT Miluza (e)3:0 (s)3:0 2-0
Qrup mər Almaniya Dresdner SC (s)3:0 (e)3:0 2-0
Qrup mər Türkiyə Fənərbaxça İstambul (s)0:3 (e)3:1 1-1
1/8 final Polşa Atom Trefl Sopot (s)1:3 (e)3:1 (e)1:0 2-1
1/4 final Türkiyə Fənərbaxça İstambul (e)0:3 (s)0:3 0-2
2012/2013 CEV Çempionlar Liqası Qrup mər Çexiya Agel Prosteyov (s)3:0 (e)3:0 2-0
Qrup mər İtaliya Villa Cortese (e)3:1 (s)3:1 2-0
Qrup mər Polşa Atom Trefl Sopot (s)3:0 (e)3:1 2-0
1/6 final Fransa RC Cannes (s)3:0 (e)3:1 2-0
1/3 final Rusiya Dinamo Kazan (e)3:1 (s)3:1 2-0
1/2 final İtaliya Yamamay Busto Arsizio (n)3:2 1-0
Final Türkiyə Vakıfbank İstambul (s)0:3 0-1
2013/2014 CEV Çempionlar Liqası Qrup mər Rusiya Omiçka Omsk (e)3:2 (s)3:2 2-0
Qrup mər Fransa Béziers Volley (s)3:0 (e)3:1 2-0
Qrup mər Almaniya Dresdner SC (s)3:0 (e)3:0 2-0
1/2 final Rusiya Dinamo Kazan (e)3:2 0-1
3-cü yer Türkiyə Eczaçıbaşı (e)3:0 1-0
2014/2015 CEV Çempionlar Liqası Qrup mər Polşa Chemik Police (s)0:3 (e)2:3 0-2
Qrup mər Rusiya Dinamo Kazan (e)3:2 (s)0:3 1-1
Qrup mər Çexiya Agel Prosteyov (s)2:3 (e)3:1 1-1
2014/2015 CEV Kuboku Çelenc Raund Fransa Béziers Volley (s)3:1 (e)3:0 2-0
1/2 final Rusiya Dinamo Krasnodar (s)1:3 (e)0:3 0-2
2016/2017 CEV Çempionlar Liqası Qrup mər Polşa Chemik Police (e)0:3 (s)1:3 0-2
Qrup mər İtaliya Liu Jo Nordmeccanica Modena (e)1:3 (s)0:3 0-2
Qrup mər İtaliya Imoco Volley (s)0:3 (e)0:3 0-2

CEV turnirlərindəki oyunları

Mövsüm

CEV turnirlərindəki oyunları

Mövsüm

Poçt markası üzərində

Vikixəbərdə "Rabitə Bakı"nın qələbəsi poçt markası üzərində əbədiləşdirilib mövzusunda xəbər var.

"Rabitə Bakı" voleybol klubunun 2011-ci il FIVB klublararası dünya çempionu olması münasibətilə Azərbaycan Respublikası Rabitə Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən 26 dekabr 2011-ci ildə Azərbaycanın poçt markası dövriyyəyə buraxılmışdır.

Poçt markası çərçivəli dişi 14,0 olan ofset, təbaşirli, yapışqanlı marka kağızında çap olunmuşdur. Rəssamı X. Mirzəyev olan həmin markanın ölçüsü 40 x 28 mm, tirajı isə 15 000 ədəddir. Suvenir səhifəsinin ölçüsü isə 102 x 110 mm-dir. Qiyməti 1 manat olan markanın üzərində "Rabitə Bakı" voleybol klubunun 2011-ci il FIVB klublararası dünya çempionatında mükafatlandırma mərasimindən sonra çəkilmiş komanda şəkili yerləşdirilmişdir. Suvenir səhifəsinin üzərinə isə "Rabitə Bakı" voleybol klubunun 2011-ci il FIVB klublararası dünya çempionatında keçirdiyi oyunlardan epizodlar və klubun emblemi həkk olunmuş, azərbaycan və ingilis dillərində böyük hərflərlə FIVB Klublararası Dünya Çempionu (FIVB Clubs World Champions) və 2011 sözləri yazılmışdır. Marka ilə bağlı əsas diqqət çəkən məqamlardan biri isə, markanın üzərində buraxılış ilinin göstərilməməsidir. Bu marka Azərbaycan poçt markalarının kataloquna daxil olan sayca 1014-cü poçt markadır.

Həmçinin bax

  • Rabitə Bakı-2

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, rabitə bakı sözünün mənası, rabitə bakı haqqında məlumat. rabitə bakı nədir? rabitə bakı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    DHCP

  • Mart 01, 2026

    Ellinizm fəlsəfəsi

  • Fevral 27, 2026

    Bristol

  • Mart 01, 2026

    Nayl Horan

  • Fevral 25, 2026

    Qəşəm Aslanov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst