Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Blokçu (və ya blok qurucu) — voleybolda mövqe, voleybolçu ampluası. Çox vaxt mərkəz oyunçusu da adlanır. Buna səbəb bu mövqe sahiblərinin tez-tez mərkəzdən hücu

Blokçu (voleybol)

  • Ana Səhifə
  • Vikipediya
  • Blokçu (voleybol)

Blokçu (və ya blok qurucu) — voleybolda mövqe, voleybolçu ampluası. Çox vaxt mərkəz oyunçusu da adlanır. Buna səbəb bu mövqe sahiblərinin tez-tez mərkəzdən hücuma çəkilməsidir. Bu mövqenin sahibləri nə qədər hündürboy olsa bir o qədər xeyirdir.

3 nömrəli xana blokçunun mövqeyidir

Mündəricat

Haqqında

Blokçu anpluasına sahib voleybolçunun əsas məqsədi adından məlum olduğu kimi blok qurmaqdır. Ancaq blok qurmaq yalnız blokçuya məxsus xüsusiyyət deyil. Liberodan başqa digər mövqelərin sahibləri də (toppaylayıcı, diaqonal, hücumçu) blok qura bilər və oyun zamanı əmələ gələn ikili, üçlü bloklar rəqibin zərbəsinin qarışısını almaq üçün ən gözəl variantlardandır.

Blok nədir

İkili blok 4-cü zonadan hücumun qarşısını alır

Blok — voleybol toruna yaxın oyunçunun rəqib tərəfdən gələn topun tor üzərindən təmasla qarşısını almaq üçün tullanaraq edilən hərəkətdir. Voleybolda rəqibin servisinə blok qadağandır. Blok növləri aşağıdakılardır:

  1. Blok təşəbbüsü — topa toxunmadan edilən blok hərəkətidir.
  2. Tamamlanmış blok — blokçunun topa dəydiyi anda blok tamamlanmışdır.
  3. Kollektiv blok —yuxarıda bəhs edildiyi kimi iki və ya üç oyunçu tərəfindən edilən güclü blokdur.

İcazə verilən və verilməyən bloklar

Təmasları tək bir hərəkət zamanı olması şərti ilə bir və ya bir neçə blokçu topa sıra ilə (tez və davamlı olaraq) təmas edə bilər. Blok zamanı blok quran əllərini (və ya qollarını) torun üzərindən rəqib tərəfə keçirə bilər. Ancaq bu müddətdə o, topa toxunmaq üçün rəqibin hücum etməsini mütləq gözləməlidir. Ayrıca blok təması komandaya bir vuruş olaraq əlavə edilmir. Belə ki, voleybolda hər komandanaya topu rəqib meydançaya göndərməsi üçün ən çoxu üç vuruşa icazə verilir və blok zamanı topa toxunma bu vuruşlardan sayılmır. Blokdan sonrakı ilk vuruş blok zamanı topa toxunan da daxil olmaqla komandanın hər hansı bir oyunçusu tərəfindən edilir.

Blok xətaları

Aşağıdakı qaydalar çərçivəsində edilmiş bloklar xətalı bloklar sayılır:

  • Blokçu rəqibinin hücum vuruşundan əvvəl ya da eyni vaxtda rəqibinin boşluğundakı topa dəyərsə.
  • Arxa zona oyunçusu və ya libero bir bloku tamamlayar ya da tamamlanmış bloka qoşularsa.
  • Rəqibin servisinə blok qurularsa.
  • Top blok xaricinə göndərilərsə.
  • Antinaların çölündən rəqibin boşluğunda blok qurularsa.
  • Libero oyunçusu fərdi ya da kollektiv bloka təşəbbüsün edərsə.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Blokçu (voleybol) haqqında məlumat. Blokçu (voleybol) nədir? Blokçu (voleybol) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Təbiətşünaslıq

  • Fevral 27, 2026

    Nargis (jurnal)

  • Mart 01, 2026

    Ziqfrid xətti

  • Fevral 27, 2026

    İbn Rüstə

  • Fevral 27, 2026

    Sevan (Ermənistan)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst