Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, Şuşa, Abşeron və İsm

Qəşəm Aslanov

  • Ana Səhifə
  • Vikipediya
  • Qəşəm Aslanov

Qəşəm Novruz oğlu Aslanov (10 aprel 1934, Kəsəmən, Basarkeçər rayonu – 19 noyabr 1984, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, Şuşa, Abşeron və İsmayıllı rayon partiya komitələrinin birinci katibi, SSRİ Jurnalistlər İttifaqının üzvü (1966).

Qəşəm Aslanov
Azərbaycan Kommunist Partiyası Abşeron Rayon Komitəsinin birinci katibi
dekabr 1983 – 19 noyabr 1984
ƏvvəlkiTamara Hümbətova
SonrakıZöhrab Məmmədov
Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibi
1975 – dekabr 1983
ƏvvəlkiTamara Hümbətova
Sonrakıİmran Mehdiyev
Azərbaycan Kommunist Partiyası Şuşa Şəhər Komitəsinin birinci katibi
1972 – 1975
SonrakıƏhəd Kərimov
Şəxsi məlumatlar
Doğum tarixi 10 aprel 1934(1934-04-10)
Doğum yeri
  • Kəsəmən, Basarkeçər rayonu, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 19 noyabr 1984(1984-11-19) (50 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi avtomobil qəzası[d]
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1959)
Təhsili
  • BDU Filologiya fakültəsi
Fəaliyyəti jurnalist, dövlət xadimi
Uşaqları
  • Rövşən Aslanov[d],
  • Xəzər Aslanov

Mündəricat

Həyatı

Qəşəm Aslanov 10 aprel 1934-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində anadan olub.

1949-cu ildə yeddiillik məktəbi bitirdikdən sonra Xanlar Pedaqoji Texnikumuna daxil olub.

1954-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika ixtisasına qəbul olub və 1959-cu ildə universiteti bitirib.

1955-ci ildə Qaraiman kənd məktəbinə dərs hissə müdiri göndərilib. Bundan sonra öz kəndlərində müəllim və dərs hissə müdiri işləyib.

15 oktyabr 1959-cu ildə Basarkeçər rayon komsomol komitəsinin birinci katibi, 1962-ci ildə rayonlararası "Sevan" qəzetində redaktor vəzifələrində çalışıb.

1962-ci ildə Basarkeçər rayon partiya komitəsinin katibinin ideoloji iş üzrə müavini seçilib. 1966-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunub.

1966–1968-ci illərdə Moskvada Ali Partiya məktəbində oxuyub.

1968-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində inspektor, 1970–1972-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru, 1972–1975-ci illərdə Şuşada birinci katib, 1975–1984-cü illərdə Abşeron və İsmayıllı rayonlarında birinci katib vəzifəsində işləyib.

"Saymazovun salamı", "Qeyrətin nağılları" adlı kitabları çap olunub, "Eloğlu" imzası ilə şeirlər yazıb.

1984-cü ildə avtomobil qəzasında həlak olub. Son mənzili Fəxri Xiyabandır.

Ailəsi

Xəzər Aslanovun atasıdır.

Əsərləri

  • Qəşəm Aslanov. Saymazovun salamı (Miniatür və hekayələr), redaktoru İsmayıl İsmayılov // "Hayastan", Yerevan, 1968, 104 səh. 7000 nüsxə.
  • Qəşəm Aslanov. Məğlub ölüm (povest, hekayə, miniatür və məqalələr) // Tərtib edəni Qeyrət Qəşəmoğlu, redaktoru və öz sözün müəllifi Almaz Ülvi // Bakı, "Azərbaycan" nəşriyyatı, 1997, 168 səh. 1000 nüsxə.
  • Qəşəm ASLAN. Seçilmiş əsərləri (povest, hekayə, miniatür və məqalələr). Redaktoru və ön söz filologiya elmləri doktoru Almaz Ülvinindir // Bakı, "Nurlan", 2013. 252 səh. 500 nüsxə.

Haqqında yazılanlar

Vikisitatda Qəşəm Aslanov ilə əlaqədar sitatlar var.
  • Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999.
  • Almaz Ülvi, "Göyçə mahalı Kəsəmən" I kitab. Bakı, "CBS", 2011.
  • Almaz ÜLVİ. Qəşəm Aslan — fitrətən fazil şəxsiyyət, gözəl publisist, düşündürücü yazıçı // "Bütöv Azərbaycan" qəzeti, 1 – 7 may 2013, səh. 1, 2 və 13.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəşəm Aslanov haqqında məlumat. Qəşəm Aslanov nədir? Qəşəm Aslanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 19, 2026

    Adrian divarı

  • Fevral 23, 2026

    Bursa

  • Fevral 11, 2026

    İraq

  • Fevral 24, 2026

    Salyan rayonu

  • Fevral 24, 2026

    Səlcuqlular

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst