Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində

Doha

  • Ana Səhifə
  • Vikipediya
  • Doha

Doha — Qətərin paytaxtı.

Doha
الدوحة
25°17′10″ şm. e. 51°31′45″ ş. u.HGYO
Ölkə
  •  Qətər
Tarixi və coğrafiyası
Əsası qoyulub 1850
Sahəsi
  • 132.000.000 m²
Mərkəzin hündürlüyü 0 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 1.186.023 nəf. (2020)
Digər
visitqatar.com/fr-fr/abo…
Xəritəni göstər/gizlə
Doha xəritədə
Doha
Doha
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Doha

Mündəricat

Coğrafiyası

Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir. Doha ölkənin qədim şəhəri olub, yarımadanın şərqində dayaz buxta sahilində yerləşir. Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər sahilə xüsusi yaraşıq verir.

Tarixi

Əvvəllər şəhərin yerində əl-Bida adlanan kiçik yaşayış məntəqəsi olmuş, XVIII əsrdən etibarən bu məntəqə böyüməyə başlamışdır. Ötən əsrin 50-ci illərinin əvvəllərinə kimi şəhər nizamsız düzülmüş gil daxmalardan ibarət idi. 1960-cı illərdən başlayaraq qısa müddət ərzində ölkənin paytaxtı "neft dollarları" hesabına əsaslı surətdə dəyişmişdir. İndi nəinki köhnə şəhərdən, hətta onun keçmişi barədə təsəvvür yarada biləcək heç bir qədim tikili qalmamışdır. Yalnız yenidən qurulmuş əl-Küt qalası etnoqrafiya muzeyinə çevrilmişdir.

Memarlığı

Dəniz sahili boyunca gözəl memarlıq üslubu ilə yeni-yeni binalar tikilmişdir. Binalar hündür deyil və hiss olunur ki, şəhərin memarları "göydələnlərlə" şəhəri doldurmaq və onun formalaşmış memarlığını dəyişdirmək fikrində deyillər. Burada 12 mərtəbəli bina sanki göydələni xatırladır. Parlamentin iqamətgahı yerləşən Doha qəsri özünün böyüklüyü və möhkəmliyi ilə fərqlənir. Milli bank zərif İslam memarlıq ənənələrini xatırladır, arı şanına bənzədilən universitet binası insanı heyrətləndirir. Şəhər yalnız bəzi məhəllələrində sırf ərəb memarlıq üslubunu saxlamışdır, lakin onun irili-xırdalı yüzlərcə məscidi Dohanın şərtsiz müsəlman şəhəri olduğunu daim yada salır. Hər bir məscid yerləşdiyi məhəlləyə yaraşıq verir. Şəhərin son dərəcə təmizliyi və səliqə-səhmanı həm turistləri heyrətləndirir, həm də "yaşıllar partiyasının" hər bir üzvünün arzusuna müvafiq gəlir.

Əhalisi

Şəhər əhalisi sürətlə artdığından XXI əsrin əvvəlləri üçün şəhər əhalisinin sayı 400 min nəfərə çatmışdır. Bu da ölkə əhalisinin 50 faizini təşkil edir.

Sənayesi

Doha ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. İran körfəzi regionunda mühüm tranzit-ticarət mərkəzlərindən biri olan Dohada metal emalı müəssisələri, sement zavodları, istilik elektrik stansiyaları fəaliyyət göstərir.

Paytaxtda ölkənin və regionun ən böyük və müasir avadanlıqlarla təchiz olunmuş "Əl-Cəzirə" informasiya agentliyi və televiziya kanalı fəaliyyət göstərir.

Təhsil

Məktəbdə Qətər Universiteti və HEC Paris biznes məktəbinin kampusu yerləşir.

Həmçinin bax

  • Ahlibank

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Doha haqqında məlumat. Doha nədir? Doha nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 20, 2026

    Sakit okean

  • Fevral 23, 2026

    İctimai mülkiyyət

  • Fevral 23, 2026

    Çex dili

  • Fevral 23, 2026

    3 sentyabr

  • Fevral 23, 2026

    Kimyəvi formul

Trend Mahnılar
  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst