Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəhim Sultanməmməd oğlu Sultanov (20 iyun 1912, Ərdəbil – 2000, Bakı) — şərqşünas alim, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Yaxın Şərq dilləri kafed

Rəhim Sultanov

  • Ana Səhifə
  • Vikipediya
  • Rəhim Sultanov

Rəhim Sultanməmməd oğlu Sultanov (20 iyun 1912, Ərdəbil – 2000, Bakı) — şərqşünas alim, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Yaxın Şərq dilləri kafedrasının müdiri, professor (1972), Azərbaycan SSR əməkdar elm xadimi (1982). "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

Rəhim Sultanov
Rəhim Sultan oğlu Sultanov
Doğum tarixi 20 iyun 1912(1912-06-20)
Doğum yeri
  • Ərdəbil, Mərkəz bəxşi[d], Ərdəbil şəhristanı, Ərdəbil ostanı, İran
Vəfat tarixi 2000(2000) (87–88 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • Bakı
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1982

Mündəricat

Həyatı

Rəhim Sultanməmməd oğlu Sultanov 1912-ci il iyunun 20-də Ərdəbil yaxınlığında Kəhrəlan kəndində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. 1939-cu ildə ADU-nun kimya fakültəsini bitirmişdir.

İkinci dünya müharibəsi illərində İranda fəaliyyəti

Fars dilini mükəmməl bilən Rəhim Sultanov İkinci dünya müharibəsi illərində Qızıl Ordu sıralarında hərbi tərcüməçi və jurnalist işləmişdir.

Həmin illərdə Təbrizdə nəşr olunan Vətən Yolunda (qəzet) Qızıl Ordu qəzetində, Məşhəddə nəşr olunan Əxbar-e taze-ye ruz qəzetində, Tehranda nəşr olunan Dust-e İran qəzeti və eyniadlı jurnalda çalışaraq, antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərmişdir.

Pedaqoji və yaradıcılıq fəaliyyəti

1950–60-cı illərdə Şərqşünaslıq fakültəsinin dekanı olmuşdur. 1950-ci ildən ömrünün axırına qədər Yaxın Şərq dilləri kafedrasının müdiri olmuşdur.

Fars dili tarixi, müasir fars dili və onun tədris metodikası üzrə tədqiqatların, ali və orta məktəblər üçün fars dili dərsliklərinin müəllifi olmuşdur.

Elmi və pedaqoji kadrlar hazırlanmasında xidmətləri vardır.

1987-ci il dekabrın 23-də Şərqşünaslıq fakültəsinin Elmi Şurasının qeniş iclasında onun anadan olmasının 75, elmi-pedaqoji və ictimai fəaliyyətinin 55 illiyi qeyd olunmuşdur.

Nəsirəddin Tusinin "Əxlaqi-Nasiri", Nizamülmülkün "Siyasətnamə", Sədinin "Gülüstan", Caminin "Baharıstan", "Qabusnamə", "Kəlilə və Dimnə" və digər klassik əsərləri Azərbaycan dilinə tərcümə etmişdir.

2000-ci ildə Bakıda vəfat etmişdir.

Əsərləri

  • Sədi yaradıcılığında "Gülüstan [red. H. Əlizadə]. Bakı: Azərnəşr, 1961.
  • Fars dili tədrisinin metodikası. [red. T. Rüstəmova]; Azərb. SSR Ali və Orta İxtisas Təhsili Nazirliyi, S. M. Kirov ad. ADU. Bakı, 1973.
  • Nizami əsərləri dili lüğətinin tərtib prinsipləri. Bakı, 1982.

Şəxsi həyatı

Qardaşları alimlər Məmmədağa Sultanov və Qədir Sultanov idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəhim Sultanov haqqında məlumat. Rəhim Sultanov nədir? Rəhim Sultanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Monoteizm

  • Fevral 27, 2026

    II Muaviyə

  • Fevral 27, 2026

    Sinaqoq

  • Fevral 27, 2026

    Google Bard

  • Fevral 27, 2026

    Homo gautengensis

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst