Azərbaycanca (AZ) Azərbaycanca (AZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Monoteizm (yun. μόνος — tək, yun. θεός, Tanrı) — təktanrıçılıqla bağlı dini dünyagörüş və nəzəriyyə. İslam, Xristianlıq və Yəhudilik ən məşhur monoteist dinlərd

Monoteizm

  • Ana Səhifə
  • Vikipediya
  • Monoteizm

Monoteizm (yun. μόνος — tək, yun. θεός, Tanrı) — təktanrıçılıqla bağlı dini dünyagörüş və nəzəriyyə. İslam, Xristianlıq və Yəhudilik ən məşhur monoteist dinlərdir. Bunları "İbrahimi" monoteistik dinlər adlandırırlar, çünki rəvayətlərdə onların hamısının mənşəyi İbrahim peyğəmbərdən gəlir. Monoteizmə başqa baxışlar da vardır.


Din

Dini özünüdərkin növləri

Monoteizm  · Dualizm  · Politeizm  · Deizm · Teizm  · İtsizm · Panteizm · Pandeizm

İbtidai inanclar

Totemizm  · Animizm  · Fetişzm  · Şamanizm

Dünya dinləri

Buddizm · Bəhailik

İbrahimi dinlər

İudaizm · Xristianlıq · İslam

Dharma dinləri

İnduizm · Caynizm · Siqhizm · Buddizm

Ənənəvi Uzaq Şərq dinləri

Daoizm · Konfutsiçilik · Şintoizm

Digər dinlər

Tenqriçilik  · Zərdüştilik

Əsas anlayışlar

Tanrı · Ruh · Günah  · Sakrallıq · Ruh · İman  · Doqmat · Müqəddəs Kitablar  · Ölümdən sonrakı həyat  · İbadət  · Məbəd

Dinlərin siyahısı

g · m

İbrahimi təlimlərdə monoteizm

Təməlçi monoteistik dini təlimlərdə Tanrı insan tərəfindən dərk edilməyən şəxsiyyət kimi qəbul edilir. Onun zatı ya da mahiyyəti birdir. Tanrının konkret adları və sifətləri vardır. Onların çoxluğuna baxmayaraq, hamısı bir Tanrıya aiddir və başqa tanrıların mövcud olmasına işarət etmir. Bir olan Tanrı hər şeyin yaradıcısıdır və insan tərəfindən dərk edilə bilməz. O bütün varlığı idarə edir və hər şeyə qadirdir.

İbrahimi monoteisminə xas olan xüsusiyyətlər aşağıdakılardır:

  1. Bütün varlığı tanrı yoxluqdan Öz sözü ilə yaratmışdır;
  2. Tanrı yaratdığı maddi dünyada hər an mövcuddur və onu idarə edir. O təzahürlər vasitəsilə yox, hər an şəxsən kainatda mövcuddur və onu idarə edir.
  3. Monoteist təlimlərində şərti olaraq iki mərhələyə bölünür: a) Bütün dünyanın 6 günə yaradılılmış; b) Mövcud dünyada daim baş verən yaradılış. Hər bir canlının həyata gəlməsi, ağacların çiçək açması və s. hallar bunun örnəyidir.
  4. Tanrı dünyanı yoxdan öz kamil iradəsi ilə yaratmışdır. İbrahimi monoteizmində isə iddia edilir ki, Tanrı Öz sözünü müqəddəs kitablar vasitəsilə insanlara peyğəmbərlər vasitəsilə çatdırmışdır və orada yaradılışın necə baş verməsi haqqında məlumat vardır.
  5. Kainatın idarə edilməsində Tanrının heç bir yardımçıya ehtiyacı yoxdur. O özü, heç bir kömək olmadan bütün dünyanı idarə edir və hər bir prosesi nəzarət altında saxlayır. Onun razılığı olmadan heç nə baş verə bilməz. Tanrı tərəfindən yaradılan məlakələrin azad iradəyə malik olub-olmaması ilahiyyatçılar arasında mübahisəli məsələdir. Onlar bir-biri ilə onda razılaşırlar ki, mələklər özbaşına heç bir qərar qəbul edə bilməzlər və Tanrının iradəsini yerinə gətirirlər.
  6. Tanrının əzəli sifətləri (atributları) vardır. Onların vasitəsilə O dünyada təzahür olunur.
  7. Tanrı bütün insanlarla bilavasitə ünsiyyətə girmir. Onun sözü yalnız xüsusi insanlar – elçilər (peyğəmbərlər) tərəfindən insanlara çatdırılmışdır.
  8. Bütün ibadətlər yalnız Tanrıya edilməlidir. Ondan başqa heç bir ibadətə layiq varlıq yoxdur.
  9. Tanrı ilə insanların arasında heç bir vasitəçi varlıqlar və ya obyektlər yoxdur. Vasitəçiliyə hər bir iddia politeizmin əlaməti sayılır.

Başqa təlimlər

Monoteizmi başqa cür təqdim edən təlimlər də vardır. Onların çoxunda Tanrı birdir. Ancaq o dünyanı yoxdan deyil, artıq əzəldən mövcud olan yaradılmamış materiyadan yaratmışdır.

Qeyri-ibrahimi monoteistik təlimlərin baxışları aşağıda verilmiş kimidir:

  1. Bir olan Tanrı dünyanı yaradandan sonra onun inkişafını təmin edən prinsiplər və səbəb-nəticə ki qanunlar qoyaraq ondan aralanmış və artıq dünyanı bilavasitə idarə etmir. Bu kimi təlimləri deistik adlandırırlar.
  2. Bütün varlığın Tanrının hissələri olması və varlığın vəhdəti haqqında təlimlər də vardır. Onlar da bir olan Tanrı ideyası ilə çıxış edir, ancaq təməlçi dini təlimlərdən fərqli olaraq onu varlıqda görür. Onlara panteist deyirlər.
  3. Qeyri-ibrahimi inanclarda çoxlu tanrıların olmasına baxmayaraq, onları bir olan Tanrının təzahürləri ya da simvolları kimi təsəvvür edənlər də var (örnək üçün hind dinlərində). Bu kimi baxışların sonda bir Tanrıya bağlandığından, onları da monoteizmlə bağlayırlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Monoteizm haqqında məlumat. Monoteizm nədir? Monoteizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Latış dili

  • Fevral 18, 2026

    Makao

  • Fevral 23, 2026

    Split

  • Fevral 23, 2026

    Eldənizlər

  • Fevral 23, 2026

    Tənqid

Trend Mahnılar
  • Fevral 20, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst