Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qəmər Əliqulu qızı Salamzadə (5 may 1908, Naxçıvan – 20 aprel 1994, Bakı) — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist.

Qəmər Salamzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Qəmər Salamzadə

Qəmər Əliqulu qızı Salamzadə (5 may 1908, Naxçıvan – 20 aprel 1994, Bakı) — Azərbaycanın ilk qadın kinorejissoru, ssenarist.

Qəmər Salamzadə
Qəmər Əliqulu qızı Salamzadə
Doğum tarixi 5 may 1908(1908-05-05)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 20 aprel 1994(1994-04-20) (85 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Həyat yoldaşı
  • Salam Salamzadə
Atası Əliqulu Qəmküsar
Fəaliyyəti kinorejissor, ssenarist
Fəaliyyət illəri 1930-cu ildən
Təhsili
  • Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti
Mükafatları "Əmək igidliyinə görə" medalı
IMDb ID10534181

Mündəricat

Həyatı

Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda maarifçi, teatr xadimi, şair Əliqulu Qəmküsarın ailəsində dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür.Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. İlk təhsailini Naxçıvanda qız məktəbində alıb. Tiflisdə rus dilində təhsilini davam etdirirb. Atası öləndən sonra isə Naxçıvana qayıdıb. Burada qız məktəbində təhsilini davam etdirib. Həmin illərdə qız məktəbində tamaşaya hazırlanan "Arşin mal alan" musiqili komediyasında dəfələrlə Telli rolunu oynayıb. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və müsamirələrdə iştirak edib. Hələ körpə ikən evlərində qırmızı cildli, qızıl xəttli "Molla Nəsrəddin" jurnalı görən, Naxçıvanın, Tbilisinin ədəbi mühitlərində böyüyən Qəmər xanım elə bir vaxtda özünə kinorejissorluq sənətini seçmişdi ki, hələ də Azərbaycanda qadınlar köhnəlik buxovundan bütövlükdə xilas olmamışdılar. Qəmər Salamzadə təhsilini Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirmişdir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində "Azərkino"da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik II kursu bitirdikdən sonra Qəmər xanımı geri çağırtdırır. Bakıya qayıdan tələbə Q.Salamzadə "Qızıl kol" bədii filmində (1930) rejissor assistenti, "Əlsiz adamlar"da (1932) rejissor assistenti, "Rəqs edən bağalar" da (1935) ikinci rejissor, "Dəcəl dəstə"də (1937) quruluşçu rejissor (A. Popovla birgə), "Səbuhi"də (1941) və "Bir ailə"də (1943) rejissor assistenti, "Ordenli Azərbaycan" sənədli filmində (1938) II rejissor, "DQMV qabaqcılları Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində"ndə (1940) və "Şəfa nəğməsi"ndə (1944) rejissor və digər filmlərdə işləmişdir. Vaxtilə Bakıda çıxan "Raboçi zritel" jurnalının (1930, N35) üz qabığında Qəmər xanımın şəkli verilmiş və bu sözlər yazılmışdır: "Azərkino"da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova". Qəmər Salamzadənin arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları bu xanımın geniş fəaliyyət göstərməsinə mane olub. Üzləşdiyi təzadlar onu da sarsıdıb. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də, son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirirdi. Qəmər Salamzadənin "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Beləliklə, "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın — Qəmər Salamzadə öz töhfəsini verə bilib. Atası kimi Qəmər xanımın da mədəniyyətə marağı güclü olub. Hələ Bakıda Pedaqoji İnstitutda oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra rollar yaratmışdır. Sonralar isə nəcib insanların köməyi sayəsində Qəmər xanıma etimad göstərilib. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olmuşdu.Qəmər xanım həyat yoldaşı, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamışdır. O, 1994-cü ildə 86 yaşında vəfat etmişdir. Bu gün fəxrlə deyə bilərik ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılmışdır.

Filmoqrafiya

  • Bir ailə (film, 1943)
  • Dəcəl dəstə (film, 1937)
  • Əlsiz adamlar (film, 1932)
  • Qızıl kol (film, 1930)
  • Ordenli Azərbaycan (film, 1938)
  • Rəqs edən bağalar (film, 1935)
  • Səbuhi (film, 1941)
  • Şəfa nəğməsi (film, 1944)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qəmər Salamzadə haqqında məlumat. Qəmər Salamzadə nədir? Qəmər Salamzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Vaccinium crassifolium

  • Mart 01, 2026

    Eqzos

  • Mart 01, 2026

    Bala Göyüşlü

  • Fevral 27, 2026

    Blackpink

  • Fevral 27, 2026

    Baloğlan Əşrəfov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst