Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951, Bədəlan, Masallı rayonu – 26 aprel 2021, Bakı) — Azərbaycanlı müğənni Azərbaycan Respublikasının əməkdar artisti

Baloğlan Əşrəfov

  • Ana Səhifə
  • Vikipediya
  • Baloğlan Əşrəfov

Baloğlan Xanoğlan oğlu Əşrəfov (8 oktyabr 1951, Bədəlan, Masallı rayonu – 26 aprel 2021, Bakı) — Azərbaycanlı müğənni Azərbaycan Respublikasının əməkdar artisti (2007).

Baloğlan Əşrəfov
Baloğlan Xanoğlan oğlu Əşrəfov
Ümumi məlumatlar
Doğum tarixi 8 oktyabr 1951(1951-10-08)
Doğum yeri
  • Bədəlan, Masallı rayonu, Azərbaycan
Vəfat tarixi 26 aprel 2021(2021-04-26) (69 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi Koronavirus xəstəliyi
Dəfn yeri
  • Bədəlan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1971–2021
Janrlar muğam, estrada[d]
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20072007

Mündəricat

Həyatı

Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968-ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir.

1971-ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub. 1974-cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olub və diplomu ona Şövkət Ələkbərova təqdim edib. 1978-ci ildə ADU-nun filologiya fakültəsini qurtarıb, 5 il Azərbaycan dili və ədəbiyyat müəllim işləmişdir.

İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərində çıxışlar etmişdir.

1989-cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında dəfələrlə solo konsertlər vermişdir.

Baloğlan Əşrəfov oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki özü bəstələyib. Dünyanın bir sıra ölkələrində — Türkiyə, İraq, İran, Almaniya və MDB-nin bütün böyük şəhərlərində solo konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı təmsil edib.

"Səsi quran sədasıdır" kitabında digər sənətkarlar ona öz rəylərini vermişlərdir. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Nədəndir" "Tanrıdan diləyim ol" və s. kompakt audio və videodisklərini təqdim edib.

Sənətkar 26 aprel 2021-ci ildə 69 yaşında covid-19 xəstəliyindən vəfat etmişdir. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.

Mahnıları

  • "Nədəndir"
  • "Çağır məni"
  • "İtən eşqim"
  • "Ay gözəlim bir dayan"
  • "Mən səndən ayrılmazdım"
  • "Gecələr"
  • "Oxu sətir sətir məni"
  • "Qayıtma"
  • "Gəlin köcər yar"
  • "Get məndən uzağ gəz"
  • "Aytac qızım"
  • "Əllərim əlimə dəymir nə vaxtdır"
  • "Sən özgəni mən özgəni sevə bilmərik"
  • "Anam mənim"
  • "Anacan həyatım mənim"
  • "Uçan quşlar"
  • "Qızıl gülümün rəngi niyə saraldı"
  • "Nə bənövşə nə qızıl gül"
  • "Yalan dünya"
  • "Azərbaycan torpağı"
  • "Nələr gördüm dünyada"
  • "Gözlərim gəzir səni"
  • "Bu qız nə gəşəndir"
  • "Altımış yaş nədir hələm"
  • "İntizaram"
  • "Niyə hamı mənə biganə olub"
  • "Sabah o qızın toyudur"
  • "Mənim alagöz yarım"
  • "Yuxuma gəl"
  • "Mən o sevgilinəm sən o deyilsən"
  • "Ey sarıvan"
  • "Təranə"
  • "Sona qızım"
  • "Darıxmağa qoyma məni"
  • "Gəlməməliydim"
  • "Qarabağ vətəndir"
  • "Məndə varam dünyada"
  • "Birin bilib o birini bilmirsən"
  • "Gəlirəm yoluma cıx"
  • "Sənin bircə baxışını"
  • "İstəmirəm gedəsən"
  • "Halalın olsun"
  • "O günlər"
  • "Canım məhəbbət"
  • "Kimə gərəkdir"
  • "Musafirim"

Titulları və mükafatları

  • "İstedadlar axtarırıq" konsert müsabiqəsinin laureatı — 1982
  • Azərbaycanın əməkdar artisti — 2007

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baloğlan Əşrəfov haqqında məlumat. Baloğlan Əşrəfov nədir? Baloğlan Əşrəfov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    24 iyun

  • Fevral 27, 2026

    Məşədi Əzizbəyov

  • Fevral 27, 2026

    Peyğəmbərlər

  • Fevral 24, 2026

    Milet məktəbi

  • Fevral 27, 2026

    Elektrik mühəndisliyi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst