Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının s

Qovuşuq (Dərələyəz)

  • Ana Səhifə
  • Vikipediya
  • Qovuşuq (Dərələyəz)

Qovuşuq — Dərələyəz mahalında kənd.

Qovuşuq
39°52′46″ şm. e. 45°25′35″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.720 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 180 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Qovuşuq xəritədə
Qovuşuq
Qovuşuq

Mündəricat

Tarixi

Qovuşuq - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 10 km şimal-şərqdə, Alagöz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qovşuq, erməni mənbələrində Qavuşuq, Kavuşuq formasında qeyd edilmişdir.

Tarixi mənbələrdə X əsrdən adı çəkilir və XVII əsrdə yenidən bərpa edilmişdir.

Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 190 nəfər, 1897-ci ildə 232 nəfər, 1904-cü ildə 172 nəfər, 1914-cü ildə 190 nəfər, 1916-cı ildə 376 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur.

İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir.

Burada 1922-ci ildə 138 nəfər, 1926-cı ildə 260 nəfər, 1931-ci ildə 325 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayının axırlarında Qovuşuq kəndinin sakinləri Ermənistan dövləti tərəfindən zorla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Toponim qıpçaq türk tayfasından olan qov etnoniminə -uş və -uq şəkilçilərinin artırılması ilə düzəlmişdir.

Qov türk etnonimi Sabirabad, Tovuz rayonlarındakı Qovlar, Xanlar rayonundakı Qovlarsan toponimlərində öz əksini tapır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Yermon qoyulmuşdur.

Coğrafiyası və iqlimi

Əhalisi

1988-ci ilə qədər azərbaycanlılar

1941/45-də həlak olanlar

Abbasov Həsən D… oğlu, Abdullayev Ağəli Süleyman oğlu, Bayraməliyev Heydar İbrahim oğlu, Bağırov Lətif Bağır oğlu, Əsgərov Məmməd Xəlil oğlu, Rüstəmov Kamil İsmayıl oğlu, Muradov Surxay Məmməd oğlu, Muradov Mirzə Camal (Zaman) oğlu, Məmmədov Ağabəy Əsəd oğlu, Məmmədov Həsən Əsəd oğlu, Məmmədov Sarı Alı oğlu, Namazov Mahmud Əli oğlu, Nəcəfov Salman Şirin oğlu, Hümbətov Abdulla Əkbər oğlu, Hümbətov Firudin Ələkbər oğlu, Xudaverdiyev Vəli Rəhim oğlu,

Görkəmli şəxsiyyətləri

  • Həsən Mirzəyev - filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar elm xadimi, professor.
  • Vüqar Əsgərov - AMEA "Respublika Xatirə Kitabı" redaksiyasının böyük redaktoru, yazıçı, publisist.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qovuşuq (dərələyəz) sözünün mənası, qovuşuq (dərələyəz) haqqında məlumat. qovuşuq (dərələyəz) nədir? qovuşuq (dərələyəz) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Gavurqala

  • Fevral 27, 2026

    Hidrazin

  • Fevral 27, 2026

    Bülbülə gölü

  • Fevral 27, 2026

    Gəray Gəraybəyli

  • Mart 06, 2026

    Xumar Zülfüqarova

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst