Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xumar Rza qızı Zülfüqarova (15 noyabr 1927, Bakı – 2 iyul 2017, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı.

Xumar Zülfüqarova

  • Ana Səhifə
  • Vikipediya
  • Xumar Zülfüqarova

Xumar Rza qızı Zülfüqarova (15 noyabr 1927, Bakı – 2 iyul 2017, Bakı) — Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan Dövlət Rəqs Ansamblının yaradıcısı.

Xumar Zülfüqarova
Doğum tarixi 15 noyabr 1927
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 2 iyul 2017 (89 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vəfat səbəbi insult
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Rza Əfqanlı
Fəaliyyəti rəqqasə, baletmeyster
Fəaliyyət illəri 1945–2017
Təhsili Bakı Xoreoqrafiya Məktəbi
Mükafatları
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19791979 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959
  • "Şöhrət" ordeni — 20092009

Mündəricat

Həyatı

Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olmuşdur. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir. 1945–1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966–1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978–1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin "Koroğlu" operası əsasında rəqs qurmuş, Qara Qarayevin "Yeddi gözəl" baletində çıxış etmiş, kinofilmlərdə rol almışdır. "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm", "Leyli və Məcnun" operalarında rəqqasə qismində mahircəsinə çıxış etmişdir. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olmuş, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ etmişdir. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycan Respublikasının xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələri olub.

25 iyun 2017-ci ildə görkəmli sənətkar insult keçirmiş, 2 iyul 2017-ci ildə 89 yaşında vəfat etmişdir.

Xatirəsi

2017-ci ilin noyabrında Azərbaycan Dövlət Teatr Muzeyində Xumar Zülfüqarovanın 90 illik yubileyi qeyd olunmuşdur.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 2 aprel 1979
  • "Şöhrət" ordeni — 14 dekabr 2009

Filmoqrafiya

  • Arşın mal alan (film, 1965)
  • Fətəli xan (film, 1947)
  • Məmlük (film, 1958)

Həmçinin bax

  • Azərbaycan baleti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xumar zülfüqarova sözünün mənası, xumar zülfüqarova haqqında məlumat. xumar zülfüqarova nədir? xumar zülfüqarova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Əkin qazı

  • Mart 06, 2026

    Mercedes-Benz M-Class

  • Fevral 27, 2026

    Qasım xanlığı

  • Mart 01, 2026

    Arzuxan Əlizadə

  • Fevral 27, 2026

    Sulak çayı

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst