Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi s

Dərələyəz mahalı

  • Ana Səhifə
  • Vikipediya
  • Dərələyəz mahalı

Dərələyəz mahalı — Şərur-Dərələyəz tarixi vilayətinin dağlıq hissəsini təşkil edir.

Mündəricat

Tarixi

Mahal şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. Ümumi sahəsi 2304 kv.km-dir. Ən qədim dövrlərdən azərbaycanlıların məskunlaşdığı Dərələyəz-Ələyəz dərəsi toponimi orta əsrlərdə inzibati-ərazi bölgüsü mənasında işlənməklə, geniş ərazini əhatə emişdir. XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsi altında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri də Dərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatə edirdi. Xalq bölgüsünə görə, 3 hissəyə ayrılırdı: Şərqi Dərələyəz, Qərbi Dərələyəz və Şərurun dağlıq hissəsi.

Türkmənçay müqaviləsindən (1828) sonra Rusiyanın tərkibinə daxil edilən Dərələyəz bölgəsi İran və Türkiyədən buraya köçürülən ermənilərin hesabına etnodemoqrafik dəyşikliklərə məruz qalmışdır. Köçürmələrə qədər bölgədəki ailələrin 94,1%-ni azərbaycanlılar, 5,8%-ni ermənilər təşkil edirdisə, köçürmələrdən sonra erməni ailələri 25,8%-ə çatmışdır. 1870-ci ildə Dərələyəz İrəvan quberniyasının tərkibndə yaradılan Şərur-Dərələyəz qəzasına daxil edilmişdir. 1897-ci il məlumatına görə, Dərələyəzin sahəsi 2972,3 km², əhalisi 76551 nəfər idi. Əhalinin 70,5%-i azərbaycanlı, 27,5%-i erməni olmuşdur. 1918–1920-ci illərdə Dərələyəzin azərbaycanlı əhalisi dəhşətli soyqırıma məruz qalmış, sağ qalanlar isə öz doğma yerlərini tərk etməyə məcbur edilmişlər. Sovet hakimiyyəti illərində Dərələyəz bölgəsi heç bir əsas olmadan, Azərbaycandan qoparılıb Ermənistana verilmişdir. Bütün 20 əsr boyu azərbaycanlılara qarşı aparılan soyqırım siyasəti nəticəsində onlar Qərbi Azərbaycandan (indki Ermənistan), o cümlədən Dərələyəzdən zorla deportasiya olunmuşlar.

Şərur-Dərələyəz mahalının yaşayış məntəqələri

Ermənistan SSR rayonlaşdırılan zaman Dərələyəz mahalı Keşişkənd və Soylan rayonlarına bölünmüşdür. Dərələyəz (dəyişdirilmiş adı Ayotsdzor) dağ silsiləsi Arpaçay ilə Naxçıvançay arasındadır. Şərqdə Zəngəzur zirvəsinə qovuşur. Uzunluğu 70 km, ən hündür zirvəsi Kükü dağıdır (h.3120 m).

Görkəmli şəxsiyyətləri

  • Həsən Mirzəyev — filologiya elmləri doktoru, dilçi-türkoloq, Əməkdar elm xadimi, professor.
  • Zeynal Həsənalıyev — tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı
  • Zəhmət Şahverdiyev — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, Tarix elmlərii doktoru, professor AMEA-nın müxbir üzvü, Azərbaycan respublikasının Əməkdar müəllimi
  • İsa Alıyev — İqtisadiyyat İnstitutunun direktoru, İ.e.doktoru.
  • Tofiq Yusif — şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Mətbuat Şurasının üzvü,"Qızıl Qələm" və "Məmməd Araz" mükafatları laureatı.
  • Zakir Şəhriyaz — şair, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl Qələm" və "Ustad sənətkar" mükafatları laureatı.
  • Maşallah Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı.
  • Alim Dərələyəzli (d.18 may, 1953, Gəncə) — şair-publisist.Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü."Qızıl Qələm" mükafatı laureatı. "Dərələyəz" qəzetinin redaktoru.
  • Vahid Əziz (tam adı:Cəfərov Vahid Əziz oğlu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974). 1945-ci il noyabrın 23-də Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur.
  • Vüqar Əsgərov — Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Xatirə Kitabı Redaksiyasının böyük redaktoru, Qızıl Qələm mükafatı laureatı.(Əsərləri: Azərbaycanın Milli Qəhrəmanları(2005, yenidən işlənmiş variantda 2010, Bir Ovuc Torpaqdır Yarama Məlhəm 2011, Sinəmdə Yurd Dağı Var 2012)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Dərələyəz mahalı haqqında məlumat. Dərələyəz mahalı nədir? Dərələyəz mahalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Neopifaqorçuluq

  • Fevral 27, 2026

    Aland adaları

  • Fevral 27, 2026

    61 (ədəd)

  • Fevral 27, 2026

    Çoxhədli

  • Fevral 27, 2026

    Qalvanik element

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst