Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq, Şərur-Dərələyəz qəzası – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türko

Həsən Mirzəyev

  • Ana Səhifə
  • Vikipediya
  • Həsən Mirzəyev

Həsən Mirzə və ya Həsən İbrahim oğlu Mirzəyev (26 noyabr 1927, Qovuşuq, Şərur-Dərələyəz qəzası – 25 fevral 2015, Bakı) — filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor. Azərbaycan Aşıqlar Birliyinin üzvü (2008–2015)

Həsən Mirzəyev
Şəxsi məlumatlar
Doğum tarixi 26 noyabr 1927(1927-11-26)
Doğum yeri
  • Qovuşuq, Şərur-Dərələyəz qəzası, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 25 fevral 2015(2015-02-25) (87 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Naxçıvan Müəllimlər İnstitutu,
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti universitet müəllimi[d], dilçi, türkoloq
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri doktoru
Elmi adı
  • professor
Təltifləri "Əmək veteranı" medalı "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar elm xadimi — 2007
hasanmirza.az

Mündəricat

Həyatı

H. Mirzəyev 1927-ci il noyabr ayının 26-da Dərələyəz mahalındakı Qovuşuq kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1948–1950-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, 1951–1955-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alıb.

H. Mirzəyev əmək fəaliyyətinə 1950-ci ildə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. 1955-ci ildə o, ali təhsilini başa vurduqdan sonra rayon xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin müəllimi, 1957–1959-cu illərdə isə məktəb direktoru işləyib. H. Mirzəyev 1959–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturada oxuyub, aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək həmin institutda çalışıb. O, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.

H. Mirzəyev 1965-ci ildə namizədlik, 1988-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib və 1990-cı ildə professor elmi adını alıb.

Azərbaycan filologiya elminin inkişafında H. Mirzəyevin özünəməxsus yeri var. O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı. Alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. H. Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı və 10-a yaxın dərs vəsaiti işıq üzü görüb. O, eyni zamanda, mütəmadi surətdə bədii yaradıcılıqla məşğul olurdu.

Azərbaycan Respublikası Milli Məclisinin I çağırışında 22 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmişdir. Həsən Mirzəyev 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

25 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. Həsən Mirzəyev İkinci Fəxri xiyabanda dəfn edilmişdir.

Həsən Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin qayınatasıdır.

Əsərləri

  1. "Azərbaycan dilində sadə feillər". Bakı, 1984, 126 səh. (K. A. Məmmədova ilə birlikdə).
  2. "Hanı o səndəki el, Dərələyəz" Bakı. Elm 2007. 800 səh. şəkilli

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həsən mirzəyev sözünün mənası, həsən mirzəyev haqqında məlumat. həsən mirzəyev nədir? həsən mirzəyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Marlen Ditrix

  • Fevral 27, 2026

    Eldar İsmayıl

  • Fevral 27, 2026

    Vasili Severgin

  • Fevral 27, 2026

    Vitali Vulf

  • Mart 01, 2026

    Mosul Atabəyləri

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst