Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qorxmaz Cahangir oğlu İmanov (17 aprel 1941, Bakı) — AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki.

Qorxmaz İmanov

  • Ana Səhifə
  • Vikipediya
  • Qorxmaz İmanov

Qorxmaz Cahangir oğlu İmanov (17 aprel 1941, Bakı) — AMEA-nın müxbir üzvü (2017), iqtisad elmləri doktoru, professor, İspaniya Kral Akademiyasının akademiki.

Qorxmaz İmanov
Qorxmaz Cahangir oğlu İmanov
Doğum tarixi 17 aprel 1941(1941-04-17) (84 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşaqları
  • Tahir İmanov,
  • Cabir İmanov
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru
Elmi adı
  • professor
İş yeri
  • AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu
Təhsili
  • Bakı Dövlət Universiteti
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları

Azərbaycan SSR Dövlət Mükafatı Laureatı, 1984.

Akademik N.P.Fedorenko adına Beynəlxalq Mükafatın Laureatı, 2015

Mündəricat

Həyatı

Qorxmaz İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində anadan olub. 1958-ci ildə Bakı şəhər 199 saylı orta məktəbi bitirmişdir. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib, iqtisadçı diplomu almışdır. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının Mərkəzi iqtisadi-riyaziyyat institunun aspiranturasında təhsil alıb, 1968-ci ildə həmin institutda iqtisad elmləri namizədi alimlik dissertasiyası müdafiə etmişdir. 1968-ci ilin yanvar ayından 1969-cu ilin mart ayına qədər Azərbaycan SSR EA Kibernetika institutunda kiçik elmi işçi işləmişdir. 1969–1971-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutunda baş müəllim və dosent vəzifələrində çalışmışdır. 1971-ci ilin sentyabrında yenidən Azərbaycan EA Kibernetika institutuna baş elmi işçi vəzifəsinə gəlmişdir. 1975-ci ildə SSRİ EA Mərkəzi iqtisadi-riyaziyyat institunda iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. 1974-cü ilin avqust ayından 1987-ci ilin dekabrına qədər Kibernetika institutunda laboratoriya və sonra şöbə müdiri vəzifəsində çalışmışdır. 1983-cü ildə iyun ayından professor elmi adına və 1984-cü ildə elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. 1987–1993-cü illərdə Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi–tədqiqat İqtisadiyyat institutunun müdiri vəzifəsində çalışmışdır. 1993–1998-ci illərdə Rusiya Elmlər Akademiyasının Bazar problemləri institutunda çalışmışdır. 1999–2000-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində çalışmışdır. 2001-ci ildən hal-hazırkı dövrə qədər AMEA Kibernetika İnstitutunda, əvvəllər baş elmi işçi və laboratoriya rəhbəri vəzifəsində çalışır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin müxbir üzvü seçilmişdir.

260-dan artıq elmi əsərləri, o cümlədən 120-dən artıq xaricdə məqaləsi nəşr etdirilmişdir. 33 fəlsəfə doktoru, 3 elmlər doktoru yetişdirmişdir. Bundan başqa 13 monoqrafiyanın müəllifidir.

Ailəlidir. İki övladı var — Tahir və Cabir İmanovlar.

Əsas elmi nailiyyətləri

  • Sosial-iqtisadi sistemlərin planlaşdırma modellərin inteqrallaşdırılmış sistemi.
  • İqtisadi sistemlərin struktur-funksional modeli, xalq təsərrüfatı balanslarının inteqrallaşdırılmış sistemi.
  • Fazi iqtisadiyyat

Əsas elmi əsərlərin adları

  • İmanov Q. C. İqtisadiyyatın proqnozlaşdırma modelləri. Bakı, "Elm", 1988 (rus.).
  • İmanov Q. C. İqtisadi sistemlər modelləri. Bakı, "Elm", 1983 (rus).
  • İmanov Q. C. İttifaq respublikanın xalq təsərrüfat balansının inteqrallaşdırılmış sistemi, Moskva, SSRİ EA MİRİ, 1981 (rus).
  • İmanov Q. C., Həsənli Y. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının modelləri, 2001"Elm" (az).
  • İmanov Q. C., N. F. Tağıyev, F. C. Məmmədov. Müasir iqtisadiyyat. Neyron şəbəkələri. Fazi məntiq. Azərbaycan Respublikası, 2003 "Elm" (az).
  • G. C. İmanov. "Fuzzy estimation of quality of socioeconomic system, Real Academia de Ciencias Economicas y Financieras, Barcelona, Spain, 2013, 68 p.
  • Иманов К. Д., Акперов Р. М. "Нечеткие модели оценки качества социальных систем", Lambert Academic Publishing, 2013, 69 с.
  • G. C. İmanov. Fuzzy Approach to the Estimation to the Ecological Sustainability index and investments distribution, A. M. S. E journals, Series D, Computer Science and statistics, p. 14, 2011
  • Economy and society, Eserp, School of Business and Social Sciences, Scientific Collection of Economic, Legal and Social Sciences, Barcelona, Spain, 2015, 140 p., Jose Daniel Barquero Cabrero.
  • Models estimation of national social and human capital qualities, Decision making and knowledge decision support systems, eds. Gil-Lafuente, Zopounidis, Springer, Switzerland, 2015, pp.11-18.
  • Models for Evaluating the Quality of the National Sustainable Development Strategy(in Russian). LAP Lambert Academic Publishing, Germany, 2016, 115 p.
  • Fuzzy Models in Economics. Springer Nature Switzerland AG, 2021, 113 p.

Kitabları

  • Fuzzy estimation of quality of socioeconomic system
  • Нечеткие модели оценки качества социальных систем
  • Проблемы экономической неопределенности и FUZZY модели
  • Nuevos mercados para la recuperacion economica: Azerbaiyan

Həmçinin bax

  • AMEA-nın İdarəetmə Sistemləri İnstitutu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, qorxmaz i̇manov sözünün mənası, qorxmaz i̇manov haqqında məlumat. qorxmaz i̇manov nədir? qorxmaz i̇manov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    İranlı

  • Fevral 27, 2026

    Starboy

  • Mart 01, 2026

    Ağcaqala nahiyəsi

  • Fevral 27, 2026

    İttihad (qəzet)

  • Mart 01, 2026

    Hacılar (Bərdə)

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst