Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İttihad qəzeti (az.-əski. اتحاد‎) — siyasi, ictimai, ədəbi qəzet. İttihad Partiyasının rəsmi mətbu orqanı (1917–1920).

İttihad (qəzet)

  • Ana Səhifə
  • Vikipediya
  • İttihad (qəzet)

İttihad qəzeti (az.-əski. اتحاد‎) — siyasi, ictimai, ədəbi qəzet. İttihad Partiyasının rəsmi mətbu orqanı (1917–1920).

İttihad
az.-əski. اتحاد‎
Sahibi Ceyhun bəy Hacıbəyli, İttihad Partiyası
Təsisçi
  • Ceyhun bəy Hacıbəyli
Baş redaktor
  • Ceyhun bəy Hacıbəyli (1917–1918),
  • Camal əfəndi Nakaşidze[d] (1918–1919),
  • Qara bəy Qarabəyov (1919–1920)
Yaranma tarixi 4 (17) dekabr 1917
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 28 aprel 1920
Baş ofis
  • Bakı
Ölkə
  •  Rusiya Respublikası[d]
  •  AXC

Mündəricat

Yaradılması

Ceyhun bəy Hacıbəyli tərəfindən təsis edilmiş və ilk nömrəsi 1917-ci il dekabrın 4-də onun baş redaktorluğu ilə çıxmışdır. "Güc ittihaddadır" şüarı ilə çap olunurdu. 1918-ci ilin əvvəllərində Ceyhun bəy Hacıbəyli "Azərbaycan" qəzetinin rəhbərliyinə dəvət olunandan sonra "İttihad" 59-cu nömrəsindən etibarən Rusiyada Müsəlmanlıq Fırqəsinin rəsmi orqanına çevrilmişdi. Daşnakların azərbaycanlılara qarşı törətdikləri Mart soyqırımı nəticəsində nəşri müvəqqəti olaraq dayandırılan qəzet 1919-cu ilin fevralından partiya orqanı kimi yenidən çap olunmağa başladı.

Fəaliyyəti

"İttihad"ın 1918-ci il və 1919-cu ilin aprelinə qədərki nömrələri redaksiya heyətinin (heyəti-təhririyyə) rəhbərliyi ilə çıxırdı. 1919-cu ilin aprelində isə qəzetə "Acaralı Camal" təxəllüsü ilə Qafqaz "İttihad" Firqəsi Mərkəzi Komitəsinin üzvü Camal əfəndi Nakaşidze baş mühərrir təyin olundu. Lakin Camal əfəndi Nakaşidzenin partiyanın tərk etməsi onun qəzetin mühərrirliyindən də getməsi ilə nəticələndi. Bundan sonra qəzetə əvvəl qeyri rəsmi, 1920-ci ilin yanvarından isə Qafqaz "İttihad" Firqəsi II Qurultayının qərarına əsasən, partiyanın sədri Qara bəy Qarabəyov rəhbərlik etməyə başladı.

İlk vaxtlar gündəlik çıxan "İttihad" 1919–1920-ci illərdə ayda yalnız bir-iki dəfə çap olunurdu. "İttihad"ın əsas müəllifləri Ceyhun bəy Hacıbəyli, Qara bəy Qarabəyov, Axund Molla Ələkbər Abbasquluzadə, Ceyhun bəy Tağızadə, Ə.H.Cabbarlı, Məhəmməd Hadi, Mirzə Bala Məmmədzadə, Hacı Mir Mövsün Qasımzadə, Bəhlul Behcət, Məhəmməd ağa Şahtaxtlı və b. idi. "İttihad" geniş proqramla fəaliyyət göstərirdi. Səhifələrində firqənin siyasi mövqeyini, Qafqaz, Rusiya və İrandakı siyasi proseslərə aid məqalələr, sosial problemlərə dair yazılar, ictimai qüsurları tənqid edən felyetonlar, azadlığı tərənnüm edən şerlər, Bakı və qəzaların həyatına dair məlumatlar dərc olunurdu. Aprel işğalından (1920) sonra qəzetin nəşri dayandırılmışdır.

Ədəbiyyat

  • Göyüşov A., Azərbaycanda İttihadçılıq, B., 1997
  • Rüstəmova-Töhidi S., Azərbaycan dövrü mətbuatı, B., 1993
  • Mustafayev Q., XX əsrin əvvəllərində Azərbaycanda İslam ideologiyası və onun tənqidi, B., 1973

İstinadlar

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 72. ISBN 9952-417-44-4.

Həmçinin bax

  • İttihad fraksiyası
  • İttihad Partiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İttihad (qəzet) haqqında məlumat. İttihad (qəzet) nədir? İttihad (qəzet) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Koreya yarımadası

  • Fevral 27, 2026

    Matris

  • Fevral 27, 2026

    Cəməl döyüşü

  • Fevral 25, 2026

    Son istifadəçi

  • Fevral 27, 2026

    Amerika asiyalıları

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst