Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qarabağlar türbəsi — Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.

Qarabağlar türbəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Qarabağlar türbəsi

Qarabağlar türbəsi — Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri Naxçıvan ərazisində, Qarabağlar kəndində yerləşən türbə.

Qarabağlar türbəsi
Ölkə  Azərbaycan
Rayon Kəngərli
Yerləşir Qarabağlar
Tikilmə tarixi XII-XIV əsrlər
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
UNESCO Ehtiyat Siyahısı
Rəsmi adı: The mausoleum of Nakhichevan
TipiMədəni
Kriteriyai,iv
Təyin edilib2001
İstinad nöm.1173
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.17
KateqoriyaTürbə
ƏhəmiyyətiDünya əhəmiyyətli
39°25′49″ şm. e. 45°11′32″ ş. u.HGYO
Xəritə
Qarabağlar türbəsi (Azərbaycan)
Nöqtə
Qarabağlar türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Zəngəzur sıra dağlarının ətəyində, Kəngərli rayonunun Qarabağlar kəndi yaxınlığında yerləşən Qarabağlar türbəsi Orta əsr memarlıq kompleksinin tərkib hissəsidir. Bu kompleksə türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları ibarətdir. Bu kompleksə daxil olan qoşa minarələr memarlıq xüsusiyyətlərinə görə XIII əsrlər üçün xarakterikdir. Bu iki minarəni bir-birinə bağlayan baştağın quruluşu isə XIV əsrə üçün xarakterikdir. Qoşa minarəli baştağın üzərində ərəb dilində “Bu binanın tikilməsini Cahan Quti Xatun əmr etdi” sözləri yazılmışdır. Gudi Xatun və ya Qutuy Xatun ola bilsin ki, Elxani hökmdarı Hülaku xanın (1217–1265) arvadı olmuş Qutuy Xatundur. Ona görə belə hesab etmək olar ki, Qarabağlar memarlıq kompleksinə daxilolan türbə Qoday xatunun şərəfinə inşa olunmuş, qoşa minarələri birləşdirən baştağ da o zaman tikilmişdir. Üslub və tikinti texnikası xüsusiyyətlərinə əsasən türbənin XIII əsrin sonunda inşa edildiyini Əbu Səid Bahadur xanın hakimiyyət illərində (1316–1335-ci illər) tamamlandığını demək olar.

Memarlıq xüsusiyyətləri

Qülləvari türbələrin əsas xüsusiyyətlərini Qarabağlar türbəsində də görmək olar. Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir. Sərdabə daxildən xaçvari, xaricdən isə onikiüzlü formada olub divarları daşdan, günbəzi isə kərpicdən inşa edilmişdir. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12 yarım silindrdən ibarətdir. Türbənin səthi firuzəyi rəngli kaşılarla həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Yarım silindrlərin üzərində içərisində ərəb əlifbası ilə “lə iləhə illəllah Məhəmmədən Rəsulallah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur)” kəliməsi həkk edilən kvadratlar dəfələrlə təkrar olunmuşdur. Sərdabənin planı Bərdə türbəsininki ilə eynidir. Ancaq Bərdə türbəsindən fərqli olaraq Qarabağlar türbəsinin dörd baştağının olmasıdır. İstər baştağların, istərsə də sərdabənin memarlıq həlli Azərbaycan xalqının dünyanın dörd tərəfinə sitayişi ilə bağlı qədim inanclarını özündə əks etdirir. Qarabağlar türbəsinin digər kitabələri ağ hərflərlə yazılmış, yerliyi isə göy kaşıdan tərtib edilmişdir. Ümumiyyətlə, belə yazı qurşaqlarının kontrast rənglərlə: ağ-qara, ağ-göylə işlənməsi bu kitabələrin uzaqdan da rahat oxunmasını təmin edir. Cənub və Qərb baştağlarda üslublaşdırılmış bitki, şərqdəkində isə həndəsi ornamentlər üstünlük təşkil edir. Baştağları bəzəyən sütun gövdələri və onların kubvari kapitelləri yığma mozaika ilə bəzədilmişdir. Şimal baştağ divarın içərisinə daxil edilmiş batıq forması ilə seçilir.

Poçt markası (2008).

Ansamblın saxlanmış digər tikilisi, baştağ vasitəsilə birləşdirilmiş, iki minarədir. Minarələrin təməli düzbucaqlı prizma şəklindədir. Düzbucaqlı kürsülükdən səkizüzlü prizmatik memarlıq elementi vasitəsi ilə silindirik gövdəyə keçid verilmişdir. Minarələrin fasadı firuzəyi kaşıların və bişmiş kərpiclərin müəyyən kompozisiyada yerləşdirilməsi ilə naxışlanmışdır. Minarələrə düzbucaqlı təməldən başlayaraq onların içərisini də əhatə edən dolama pilləkənlə qalxmaq mümkündür. Minarələrin yuxarısı, müəzzinlər üçün nəzərdə tutulmuş, məhəccərə alınmış kiçik meydança və konusvari örtüyə malikdir. Minarələr arasında görünən hörgü qalıqlarına əsasən demək olar ki, indiki baştağın yerində əvvəllər daha böyük baştağ olmuşdur.

XIX əsr müəlliflərinin verdiyi məlumata görə Qoşa minarəli baştağla türbə arasında vaxtilə Xanəgah olmuş, lakin günümüzə gəlib çatmamışdır. Qarabağlar tarix-memarlıq kompleksində 2018-ci ildə aparılan təmir-bərpa işləri zamanı Xanəgah da bərpa edilmişdir.

Qarabağlar türbəsinin fasad bəzəyi təkrarlanan "Allah" sözlərindən yığılmışdır

Komplesin əsasını təşkil edən türbəninin xarici səthinə xüsusi bədii görkəm verən büzmələnmiş səthi həm dövrün, həm də Yaxın Şərqin ən geniş yayılmış memarlıq üsullarından biri idi. Bu üsuldan Qarabağlar türbənin tikintisində istifadə olunması Azərbaycanın Yaxın və Orta Şərqin digər vilayətləri ilə sıx əlaqələrinin olduğunu göstərir.

Təbrizli Bədrəddin 1273–1274-cü illərdə Konyada Cəlaləddin Rumi türbəsini tikdirmişdir. Digər bir Təbrizli memar Əhmədşah Bağdadda 1356–1357-ci illərdə tikdiyi Mərcaniyə məscidinin günbəzin boynunun (baraban) işlənilməsində bu üsuldan müvəffəqiyyətlə istifadə etmişdir. Bu üsula sonralar 1535–1536-cı illərdə Ərdəbildə inşa olunan Osman Xan Sultan sarayının günbəzaltı boyunda rast gəlinir. Qarabağlar türbəsinin xarici səthinin dekorativ bəzəyi də Yaxın Şərqdə geniş yayılmış, XVIII əsrədək istifadə olunmuşdur.

Şəkillər

  • Türbə 2018-ci ildə
    Türbə 2018-ci ildə
  • Qarabağlar türbəsi, 2005-ci il
    Qarabağlar türbəsi, 2005-ci il
  • Qarabağlar türbəsi
    Qarabağlar türbəsi
  • Qarabağlar türbəsinin minarələri
    Qarabağlar türbəsinin minarələri

Ədəbiyyat

  1. Salamzadə Ə.V., Məmmədzadə K.M. Azərbaycan memarlığının Naxçıvan məktəbi.Bakı, 1985, 268 s.
  2. Vəli Baxşəliyev, Fizzə Quliyeva. Naxçıvanın tarixi abidələri. Bakı: Nurlan, 2017, 212 s.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qarabağlar türbəsi haqqında məlumat. Qarabağlar türbəsi nədir? Qarabağlar türbəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Pernis apivorus

  • Fevral 27, 2026

    Aysedora Dunkan

  • Fevral 27, 2026

    Əli Hilivi

  • Fevral 27, 2026

    Qalaktika

  • Fevral 27, 2026

    1987-ci il

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst