Yarəli və ya Abrek Əli Hilivi (Abrek Əlixan ; ləzg. Ярали Хьиливи; 1802, Hil, Quba xanlığı) — ləzgi abrek, 1837-ci il Quba üsyanının rəhbəri, Hacı Məhəmmədin dostu və sağ əli. Ləzgilərin Hil soyunun nümayəndəsi.
| Əli Hilivi | |
|---|---|
| ləzg. Ярали Хьиливи | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1802 (223–224 yaş) |
| Doğum yeri | |
| Dini | sünnilik |
| Hərbi xidmət | |
| Döyüşlər |
|
Bioqrafiya
Abrek Əli Hilivi 1802-ci ildə Hil kəndində anadan olmuşdur. "Vikeh Hirgal" ləqəbi ilə tanınırdı. Quba üsyanı zamanı o, cəsur hərəkətləri ilə məşhurlaşmışdır: kazakları əsir götürüb və Qubanın mühasirəsi zamanı şəhərə ilk girənlərdən biri olmuşdur. Əli üsyançı qüvvələrin məğlubiyyətinin qaçılmaz olduğunu başa düşəndə həbsdən qaçaraq Quba əyalətinin yuxarı mahallarında, Cənubi Dağıstanda və Şəki vilayətində yerləşdi. Qazıqumuq xanı Mirzə xanın xəyanətinə görə abrek və onun dəstəsi dağlara çəkilməyə məcbur oldu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Hilivi haqqında məlumat. Əli Hilivi nədir? Əli Hilivi nə deməkdir?