Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür.

Qamışlıq pişiyi

  • Ana Səhifə
  • Vikipediya
  • Qamışlıq pişiyi

Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür.

Qamışlıq pişiyi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Sümüklü balıqlar
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Klad:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Lavrazioterilər
Klad:
Scrotifera
Qranddəstə:
Ferungulata
Mirdəstə:
Ferae
Klad:
Pan-Carnivora
Klad:
Carnivoramorpha
Klad:
Yırtıcıkimilər
Dəstə:
Yırtıcılar
Yarımdəstə:
Pişikkimilər
Fəsilə:
Pişiklər
Yarımfəsilə:
Kiçik pişiklər
Cins:
Pişik
Növ:
Qamışlıq pişiyi
Beynəlxalq elmi adı
Felis chaus
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  183802
NCBI  61376
EOL  328671
FW  

Mündəricat

Qısa təsviri

Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir. Göz bəbəyi çatdaqşəkilli, şaqulidir. Burnu çəhrayıdır. Pəncələrin yasdıqları çılpaqdır, üzərində xəz yoxdur, qara rənglidir. Cinsi demorfizm nəzərə çarpır – erkəklər dişilərdən fərqlənir. Ömrünün uzunluğu 15 ildir..

Yayılması

Kiçik və orta Asiya, Cənubi Qafqaz, Hindistan, Çinə doğru ərazilərdə yayılmışdır. Azərbaycanda yayılma ərazisi Samur-Dəvəçi düzənliyini, Quba-Qusar rayonunun dağətəyi yerlər, Xəzər dənizinin sahillərini əhatə edir. Kür, Araz, Alazan çaylarının sahillərində də rast gəlinir.

Yaşayış yeri və həyat tərzi

Soyuq hava şəraitinə qarşı davamsızdır. Bəzən insanların yaşayış yerlərinə yaxın məskunlaşır. Cütləşmə fevral-mart aylarında baş verir və pişiklər üçün xarakterik olan erkək fərdlərin bərk qışqırıqları ilə müşahidə olunur. Hamiləlik dövrü 66 gün davam edir. May ayında 2 - 5 bala doğulur. Yarım ildən sonra cinsi yetişkənliyə çatır. Heyvanlar cütləşmə dövründə insanlar üçün təhlükəli ola bilər. Qidasının tərkibi məskunlaşma zonasından asılıdır. Əsasən, qunduz, gəmiricilər (tarla siçanları, siçanlar və ərəbdovşanları) və suda üzən quşlarla qidalanır. Tısbağa, ilan, kərtənkələ yeyir.

Məhdudlaşdırıcı amillər

Yaşayış yerlərinin deqradasiyası sayında kəskin azalmaya səbəb olmuşdur

Qorunması üçün qəbul edilmiş tədbirlər

İUCN siyahısına salınmışdır. Xüsusi mühafizə tədbirləri mövcud deyil.

Qorunması üçünt məsləhət görülmüş tədbirlər

əsas yaşayış biotopları olan qamışlıq ərazilərdə brakonyarlər və çobanlar tərəfindən yanğınlar törədilməsinin qarşısını almaq məqsədilə mühafizə tədbirlərinin gücləndirilməsi

Yarımnövləri

  • Felis chaus chaus, Türkiyə, Qafqaz, İordaniya, Livan, Suriya, İsrail, İraq, İran, Pakistan, Afghanistan, Rusiya , Mərkəzi Asiya
  • Felis chaus affinis, Kashmir , Nepal, Butan
  • Felis chaus fulvidina Tayland, Laos, Kamboca və Vyetnam
  • Felis chaus furax
  • Felis chaus kelaarti, Şri Lanka
  • Felis chaus kutas, Hindistan, Pakistan
  • Felis chaus maimanah
  • Felis chaus nilotica, Misir
  • Felis chaus oxiana
  • Felis chaus prateri, Qərbi Hindistan

Ədəbiyyat

  • Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013.
  • Аzərbaycan faunası. Məməlilər (Mammalia). Bakı: Elm, 1978. с.159-161. 2.
  • Громов И.М., Ербаева М.А. Млекопитающие фауны России и сопредельных территорий. Зайцеобразные и грызуны. Ред. А.А. Аристов, Г.И. Баранова. СПб: ЗИН РАН. 1995. c. 522. 3.
  • Животный мир Азербайджана, 2000. c. 584 - 587. 4.
  • Насибов С.Б., Гидаятов Ю.Х. 1985. Распространение и численность камышового кота на Большом и Малом Кавказе в пределах Азербайджана. Баку. c. 120-131.

Həmçinin bax

Çöl pişiyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qamışlıq pişiyi haqqında məlumat. Qamışlıq pişiyi nədir? Qamışlıq pişiyi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nazim Axundov

  • Fevral 27, 2026

    Yuyçzülyü Naqay

  • Fevral 27, 2026

    Alessandriya

  • Fevral 23, 2026

    Ribonuklein turşusu

  • Fevral 11, 2026

    Alp dağları

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst