Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Qalenit

  • Ana Səhifə
  • Vikipediya
  • Qalenit

Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Qalenit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
PbS
Strunz təsnifatı II/B.11
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya
Bərklik 2,75 ± 0
Sıxlıq 7,5 ± 0,1 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Növ müxtəliflikləri

Selenli qalenit; svinçak – narındənəli bütöv sıx kütlələr.

Xassələri

Rəng – qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,4–7,6; Sərtlik – 2–3; Ayrılma – kub üzrə tam mükəmməl; Sınıqlar – pilləvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, heksaoktaedrik, hərdənbir oktaedrik, bəzən skelet formalı, İkiləşmə: təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: dənəvər kütlələr, druzalar.

Mənşəyi və yayılması

Skarn yataqlarında, bəzən püruzlar şəklində qələvi süxurlarda və peqmatitlərdə qeyd olunur. Qalenitin mineraloji əhəmiyyət daşıyan aqreqatlarına vulkanik qazlardan əmələ gələn məhsullar içərisində rast gəlinir. Geniş yayıldığı hidrotermal yataqlarda başqa sulfidlərlə birlikdə damarlar, metasomatik filiz cisimləri və püruzlar əmələ gətirir.

Mühüm sənaye əhəmiyyətli toplularına polimetal və kolçedan-polimetal yataqlarında rast gəlinir. Sfaleritlə birlikdə karbonat süxurlarında iri filiz cisimləri əmələ gətirir. Nadir hallarda fosforit və pirit konkresiyalarında müşahidə edilir.

Birlikdə rast gəldiyi minerallar: sfalerit, pirit, xalkopirit, tetraedrit, tennantit, pirrotin, kalsit, dolomit, kvars. Mineralın tapıldığı yerlər: Missisipi çayı vadisində bir sıra yataqlar (ABŞ); Sullivan (Kanada); Broken-Xill (Avstraliya); Sumeb (Namibiya); Dalneqorski (Rusiya); Madan (Bolqarıstan); Prşibram (Çexiya); Olkuş (Polşa) və b. Azərbaycanda Filizçay, Katex, Katsdağ, Mehmana, Dağkəsəmən, Ağdərə, Gümüşlük yataqlarında və bir çox başqa filiz obyektlərində geniş yayılmışdır.

Tətbiqi

Əsas qurğuşun filizidir. Qalenitdən qurğuşunla yanaşı gümüş də alınır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qalenit haqqında məlumat. Qalenit nədir? Qalenit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sadiq Qütbzadə

  • Fevral 27, 2026

    Thymus carnosus

  • Fevral 27, 2026

    Navarra krallığı

  • Fevral 27, 2026

    Oda

  • Fevral 27, 2026

    Nüvə enerjisi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst