Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Pirit

  • Ana Səhifə
  • Vikipediya
  • Pirit

Pirit (kükürd kolçedanı, dəmir kolçedanı) — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn.

Pirit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
FeS2
Strunz təsnifatı II/C.05
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya
Bərklik 6
Zolaq rəngi qara
Sıxlıq 5,025 ± 0,07 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Növ müxtəliflikləri

Kobaltpirit, nikelli pirit, mərgümüşlü pirit.

Xassələri

Rəng – açıq bürüncü-sarı, tez-tez oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9–5,2; S – 6–6,5; Ayrılma – {100} və {111} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; termoelektrik xassəsi var; bəzən detektor xassələri təzahür edir; Morfologiya – kristallar: heksaedrik, pentaqon-dodekaedrik, hərdənbir oktaedrik, bəzən burulmuş; heksaedr üzləri üzrə kobud, başqa üzlər üzrə isə nazik ştrixlərin olması ilə səciyyələnir; İkiləşmə: {110} və {111} üzrə təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, müxtəlif süxurlarda püruzlar, böyrək- və salxımvari aqreqatlar; konkresiyalar, sekresiyalar, stalaktitlər, bəzən – druzalar, pirrotin, maqnetit, hematit və üzvi qalıqlar üzrə psevdomorfozalar, markazit üzrə paramorfozalar, isti bulaqların çöküntülərində qabıq, qaysaq və nazik təbəqələr.

Mənşəyi və yayılması

Ən geniş yayılmış sulfid olub, müxtəlif genetik tipli filiz və süxurlarda rast gəlir. Piritin ən iri yığınları hidrotermal-çökmə və hidrotermal-metasomatik kükürd kolçedanı, mis-kolçedan və kolçedan-polimetal obyektlərində yerləşir. Kobaltpirit isə geniş miqyasda Mərkəzi Afrikanın stratiform tipli mis yataqlarında yayılmışdır. Skarnlar və maqnetit filizləri üzrə inkişaf edən sulfidlərlə sıx assosiasiyada kontakt-metasomatik yataqlarda rast gəlir. Daş kömürlər içərisində, həmçinin çökmə mənşəli dəmir, manqan və alüminium filizlərində və çökmə süxurlarda qeyd olunur. Aksessor mineral kimi püskürmə süxurlarda müşahidə edilir. Meteoritlərdə də aşkar olunmuşdur. Birlikdə rast gəldiyi minerallar: xalkopirit, sfalerit, qalenit, pirrotin, markazit, barit, siderit, kvars. Mineralın tapıldığı yerlər: çoxsaylıdır: Rio-Tinto (İspaniya); Möqqen, Rammelsberq (Almaniya); Sulitelma (Norveç); Falun (İsveç); Kalatinski, Deqtyarski, Blyava və Uralın digər kolçedan yataqları (Rusiya); Jayrem (Qazaxıstan); Yaponiya; Zair; Zambiya və dünyanın bir çox başqa yerləri. Azərbaycanda kolçedan, polimetal, qızıl, dəmir, mis — və molibden-porfir və b. filiz yataqları və təzahürlərində (Çıraqdərə, Toğanalı, Filizçay, Katex, Katsdağ, Paraqaçay, Gədəbəy, Bittibulaq, Daşkəsən, Dağkəsəmən, Qızılbulaq, Vejnəli və s.) geniş yayılmışdır.

Tətbiqi

Sulfat turşusu almaq üçün xammaldır; kobaltpirit kobalt mənbəyidir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pirit haqqında məlumat. Pirit nədir? Pirit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Biznes maqnatı

  • Fevral 27, 2026

    Henk Şreyder

  • Fevral 27, 2026

    Ağcabədi

  • Fevral 27, 2026

    Flektiv dillər

  • Fevral 27, 2026

    Quercus

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst