Katex — Azərbaycan Respublikasının Balakən rayonunun Katex kənd inzibati ərazi dairəsində kənd.
| Katex | |
|---|---|
| |
| 41°38′40″ şm. e. 46°32′32″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Balakən rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 381 m |
| Saat qurşağı |
|
![]() Katex | |
Tarixi
XVII əsrdə Cənubi Dağıstandan gəlmiş avarların Katex adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Ərazi adını buradan axan Katex çayının adından almışdır.

Coğrafiyası və iqlimi
Katex çayı sahilində, Alazan-Əyriçay çökəkliyindədir.
Əhalisi
İqtisadiyyatı

Kənddə soyuducu anbar kompleksi var. Kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanmış, 17 avqust 2013-cü ildə açılışı olmuş və açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Katex kəndində kompleksə məxsus 50 hektar sahədə meyvə bağları da salınmışdır. Meyvə bağlarında xaricdən gətirilmiş alma sortları əkilmiş, damcı üsulu ilə suvarma sistemi qurulmuşdur.
Din
Kənddə Katex kəndi "Mərkəzi" məscidi və Katex kəndi Kombinat məscidi dini icmaları fəaliyyət göstərir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Katex haqqında məlumat. Katex nədir? Katex nə deməkdir?
