Qafar Kəndli və ya Qafar Herisçi (1923, Təbriz – 24 may 1997, Bakı) — Azərbaycan ədəbiyyatşünası, xaqanişünas alim, filologiya elmləri doktoru.
| Qafar Kəndli | |
|---|---|
| |
| Doğum tarixi | 1923 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 24 may 1997 (73–74 yaşında) |
| Vəfat yeri | |
| Uşağı |
|
| Təhsili |
|
| Fəaliyyəti | ədəbiyyatşünas, publisist |
Azərbaycan Demokrat Firqəsinin üzvü olub və "21 Azər" hərəkatında fədai kimi iştirak edib. Azərbaycan Milli Hökuməti dövründə mətbuatda məqalələri ilə çıxış edib. Milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Qafar Kəndli Azərbaycan SSR-yə mühacirət edib. ADF Mərkəzi İcraiyyə heyətinin üzvü olub. Bakı Ali Partiya Məktəbində və Nizami adına Ədəbiyyat İnstitunda təhsil alıb. "Xaqani Şirvani (həyatı, dövrü və mühiti)", "Sadıq bəy Əfşar", "Hacı Zeynalabdin Şirvani" əsərlərini yazıb. Nəsirəddin Tusinin "Tənsuqnameyi-elxani" əsərini və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsərini Azərbaycan dilinə tərcümə edib. 1980-ci ildən 1997-ci ilədək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
Həyatı
İlk illəri
Qafar Əli oğlu Herisçi 1923-cü ildə Təbriz şəhərində anadan olub. Özünə "Kəndli" təxəllüsü götürüb. Azərbaycan Demokrat Firqəsinə üzv olub və "21 Azər" hərəkatında fədai kimi iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Azərbaycan Milli Hökuməti dövründə mətbuatda məqalələri ilə çıxış edib. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.
1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarının və fədai qüvvələrinin şah qoşunlarına qarşı müqavimət göstərməmələri və döyüş meydanlarını tərk etmələri haqda qərar verib. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan dayanmadı. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər.
Sonrakı illəri

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Qafar Kəndli Azərbaycan SSR-yə mühacirət edib. ADF Mərkəzi İcraiyyə heyətinin üzvü olub. Daha sonra isə bu vəzifədən istefa verib.
Bakı Ali Partiya Məktəbinə daxil olub və oranı 1949-cu ildə bitirib. 1951-ci ildə Nizami adına Ədəbiyyat İnstitunun aspiranturasına daxil olub. 1956-cı ildə "1941–1946-cı il Cənubi Azərbaycan ədəbiyyatı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1957–1962-ci illərdə Xaqani Şirvaninin "Töhfətül-İraqeyn" əsərinin elmi-tənqidi mətnini çapa hazırlayıb. 1962-ci ildən 1967-ci ilə qədər "Xaqani Şirvani (həyatı, dövrü və mühiti)" mövzusunda doktorluq dissertasiyası üzərində işləyib. 1972-ci ildə bu elmi işi müdafiə edərək professor adına layiq görülüb. 1968–1972-ci illərdə "Sadıq bəy Əfşar" və "Hacı Zeynalabdin Şirvani" mövzusunda monoqrafiya yazıb.
1973–1980-ci illərdə professor Qafar Kəndli "Zərdüşt, Avesta və Azərbaycan", "Xaqani Şirvaninin münşəatı", "İbn Sina və Azərbaycan ədəbiyyatı", "Nəsrəddin Tusi və Azərbaycan" kimi ümumilikdə 27 elmi məqalə yazıb. 1984-cü ildə Nəsirəddin Tusinin "Tənsuqnameyi-elxani" (Cavahirnamə) əsərini, 1987-ci ildə isə İsmayıl Şəms ilə birgə Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsərini Azərbaycan dilinə tərcümə edib. 1980-ci ildən 1997-ci ilədək AMEA Ədəbiyyat İnstitutunun "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.
1997-ci il iyulun 11-də dünyasının dəyişib və iyulun 12-də Bakıda dəfn olunub.
1997-ci ildə "Xaqani Şirvani" (həyatı, dövrü və mühiti) əsəri fars dilinə çevrilərək Tehranda çap olunub.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qafar Kəndli haqqında məlumat. Qafar Kəndli nədir? Qafar Kəndli nə deməkdir?
