Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

V Henri and Monmutlu Henri (ing. Henry V of England; ing. Henry of Monmouth) (16 sentyabr 1386 – 31 avqust 1422, Vensen qəsri[d]) — İngiltərə kralı. Nisbətən qı

V Henri

  • Ana Səhifə
  • Vikipediya
  • V Henri

V Henri and Monmutlu Henri (ing. Henry V of England; ing. Henry of Monmouth) (16 sentyabr 1386 – 31 avqust 1422, Vensen qəsri[d]) — İngiltərə kralı. Nisbətən qısa olan səltənətinə baxmayaraq onun Yüzillik müharibə dönəmində Fransa üzərində qazandığı hərbi uğurlar İngiltərəni Avropanın ən mühüm hərbi güclərindən birinə çevirdi.

V Henri
ing. Henry V
Şəxsi məlumatlar
Doğum tarixi 16 sentyabr 1386(1386-09-16)
Vəfat tarixi 31 avqust 1422(1422-08-31) (35 yaşında)
Vəfat yeri
  • Vensen
Vəfat səbəbi dizenteriya
Dəfn yeri
  • Vestminster abbatlığı
Təhsili
  • Kuins kolleci[d]
Atası IV Henri
Anası Mariya Bohun
Həyat yoldaşı
  • Valualı Ketrin (1420)
Uşağı
  • VI Henri
Hərbi xidmət
Döyüşlər
  • Azenkur döyüşü

Təltifləri Knight of the Garter — 1399
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Atası IV Henrinin səltənəti illərində Uels torpaqlarında çıxan üsyanın yatırılmasında, eləcə də aristokrat Persi ailəsinin siyasi nüfuzunun azaldılmasında iştirak etdi və beləcə, hərbi təcrübə qazanmağa başladı. Atasının səhhətinin pisləşməsinin ardından Henrinin İngiltərənin idarəçiliyindəki nüfuzu artmağa və bu səbəblə ata-oğul arasında siyasi gərginlik yaranmağa başladı. Atasının 1413-cü ildə vəfatı ilə Henri ölkənin idarəsini tamamilə ələ aldı və sələflərindən fərqlənməyərək Fransa krallığı üzərindəki taxt iddiasını davam etdirdi.

Yüzillik müharibə çərçivəsindəki ilk hərbi uğuru isə 1415-ci ildə Azenkur döyüşündə qazandığı məşhur qələbəsi oldu. Fransadakı siyasi bölünmədən məharətlə istifadə edən V Henri krallığın böyük hissəsini işğal etdi və Normandiya uzun illərdən sonra ingilislərin əlinə keçdi. Fransa kralı VI Çarlzla aylarca davam edən müzakirələrin ardından 1420-ci ildə tərəflər arasında Troya sülhü bağlandı. Sülhə əsasən, V Henri kralın qızı Valualı Ketrinlə evlənərək Fransa taxt-tacının varisi elan olundu. İngiltərə və Fransanı vahid bir krallıq halında birləşdirməyi planlaşdıran V Henrinin bu arzusuna ömrü vəfa etmədi. 2 il keçmədən V Henri gözlənilməz şəkildə vəfat etdi və hələ 9 aylıq olan oğlu İngiltərə kralı elan olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, V Henri haqqında məlumat. V Henri nədir? V Henri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Qraflıq (ABŞ)

  • Fevral 24, 2026

    Nizami Gəncəvi

  • Fevral 23, 2026

    Şumer

  • Fevral 25, 2026

    100.5 FM

  • Fevral 24, 2026

    Nümayəndəli demokratiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst