Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xaqani Şirvani (təq. 1121, Şirvan, İran – təq. 1199, Təbriz, İran) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir.

Xaqani Şirvani

  • Ana Səhifə
  • Vikipediya
  • Xaqani Şirvani

Xaqani Şirvani (təq. 1121, Şirvan, İran – təq. 1199, Təbriz, İran) — klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair-filosof, nasir.

Xaqani Şirvani
fars. خاقانی‎
Xaqani Şirvaninin Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanan portreti
Xaqani Şirvaninin Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanan portreti
Doğum adı İbrahim ibn Əli
Doğum tarixi təq. 1121(1121)
Doğum yeri
  • Şirvan, İran
Vəfat tarixi təq. 1199(1199) (77–78 yaşında)
Vəfat yeri
  • Təbriz, İran
Dəfn yeri
  • Şüəra məqbərəsi
Vətəndaşlığı Şirvanşahlar dövləti
Milliyyəti fars
Atası Əbülhəsən Əli[d]
Fəaliyyəti şair, yazıçı
Əsərlərinin dili farsca və ərəbcə
Janr poeziya
Vikimənbənin loqosu Xaqani Şirvani Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Şirvani Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Mündəricat

Həyatı

Şairin adı İbrahim, atasının adı Əli idi. Orta əsr mənbələrində o, belə təqdim edilir: Əbu Bədil Əfzələddin İbrahim ibn Əli Nəccar ibn Osman ibn İbrahim Həqaiqi Həssanul-Əcəm Xaqani Şirvani. Burada Həqaiqi, Həssanul-Əcəm və Xaqani onun təxəllüsü, Əfzələddin ləqəbi, Əbu Bədil kunyəsi və Şirvani mənsub olduğu yerin adı-nisbəsidir.

Xaqani Şirvanda dülgər ailəsində anadan olmuşdur. İlk təhsilini əmisindən almış və dövrünün müxtəlif elmlərinə dərin maraq göstərmişdir. Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət tapır. Saray çəkişmələri nəticəsində şair həbs edilir. Həbsdə olduğu dövrdə o "Həbsiyyə" şeirlərini yazır. Daha sonralar Xaqani Yaxın Şərq ölkələrində səfərdə olmuş və təəssüratlarını poetik əsərlərdə vermişdir. Şair ömrünün son illərini Təbrizdə keçirmişdir. Xaqani 1199-cu ildə vəfat etmiş və Təbrizin Şairlər qəbiristanlığında dəfn edilmişdir.

Yaradıcılığı

N. Babayev — Xaqani Şirvaninin portreti, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divani, "Töhfətül-İraqeyn" poemasından, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanındakı şeirlər qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə "Şiniyyə" və "Mədain xərabələri" qəsidələri, "Həbsiyyə" şeirləri və "Töhfətül-İraqeyn" poeması daxildir.

İslam Şərqinin bir çox elmlərinə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə yox, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.

Azərbaycan ədəbiyyatında ilk epistolyar məsnəvi sayılan "Töhfətül-İraqeyn" ("İki İraqın töhfəsi") (1156) poemasında da Xaqani bir sıra simvol və eyhamların köməyi ilə özü ilə mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olmuşdur. Bu baxımdan istər Xaqani, istərsə də Nizami yaradıcılığına dialektik inkişaf meyili xasdır. Bu şairlər təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyil nümayiş etdirirlər. Xüsusən Nizami yaradıcılığı bu baxımdan bütövlükdə dünya ədəbiyyatlarında özünəməxsus mərhələ təşkil edir. Xaqani Şirvani Şamaxıdakı saray mühitinin əzici təsirinə dözməmiş, Məkkəyə ziyarətə getdikdən sonra bir daha saraya qayıtmayaraq Təbrizdə məskən salmış və orada da vəfat etmişdir.

Xaqani həm də Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdən biri kimi tanınır. Onun qəzəl və rübailərində Azərbaycan poeziya məktəbinin ən yaxşı ənənələrinin əsası qoyulmuşdur. Xaqani yaradıcılığında Azərbaycan poetik məktəbinin öz əksini tapmış özəlliklərindən biri də türklüyə dərin məhəbbətdir. Sonralar Nizami yaradıcılığında bu xüsusiyyət özünün zirvəsinə çatmışdır.

Xaqaniyə ithaf əsərlər

  • "Xaqani" mənzum dramı (1955) — şair: Məmməd Rahim
  • "Sözün xaqanı" roman (2020) — şair, yazıçı: Sona Abbasəliqızı

Filmoqrafiya

  1. Xaqani (film, 1980)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xaqani Şirvani haqqında məlumat. Xaqani Şirvani nədir? Xaqani Şirvani nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Səs

  • Fevral 24, 2026

    Şyokino

  • Fevral 24, 2026

    Baykal

  • Fevral 23, 2026

    Mercedes-Benz S-Class

  • Fevral 23, 2026

    25 yanvar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst