Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Propofol, Diprivan (ing. propofol), qısamüddətli təsirə malik, vena daxili, yuxugətirici ağ-süd rəngli suspenziv anestetik preparat. Əsasən ümumi anesteziya zam

Propofol

  • Ana Səhifə
  • Vikipediya
  • Propofol

Propofol, Diprivan (ing. propofol), qısamüddətli təsirə malik, vena daxili, yuxugətirici ağ-süd rəngli suspenziv anestetik preparat. Əsasən ümumi anesteziya zamanı istifadə edilir. Propofol həm giriş (induksiya) və həm də bazis narkozu üçün, süni koma tələb olunan, süni tənnəfüsdə olan xəstələrə geniş tətbiq edilir.

Propofol
Kimyəvi quruluşun şəkli
Kimyəvi quruluşun şəkli
Kimyəvi birləşmə
Brutto-formulu C12H18O
CAS 2078-54-8
PubChem 4943
DrugBank APRD01201
Tərkibi
Təsnifatı
ATK N01AX10
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Şprisə yığılmş "yuxu südü"

Kimyəvi tərkib etibarilə barbituratlara aid olmasa da anestetik effektliliyinə görə onlardan heç də əskik deyildir. Əksinə propofol vasitəsilə narkoza giriş və ondan çıxış "yumuşaq", aydın və tezdir. Propofol sırf anestetik olub, analgetik effekti demək olar ki yoxdur. Buna görə də narkoz zamanı propofol analgetiklərlə (fentanil, suffentanil, rapifen, ultiva) kombinə olunmuş şəkildə istifadə edilir. Həkimlər öz aralarında zarafatla onu "yuxu südü" də adlandırırlar. Vena daxilinə yeridilməsi çox vaxt ağrılı olduğundan yerli anestetiklərlə: 1% ksilokain ya lidokain ilə qarışdırılmış şəkildə istifadə olunur. Yeridildikdən 30-60 saniyə ərzində anestetik effekt əldə edilir, 5-10 dəqiqə sürür. Bəzən təkrar inyeksiyadan sonra bu müddət 15-30 dəqiqəyədək sürə bilir. Giriş narkozu üçün propofol 2-2,5 mq/kq dozada, bazis narkoz üçün isə 4-8 mq/kq/saat dozada tətbiq edilir. Minimal dozalarda propofoldan sakitləşdirici və yuxugətirici məqsədlər üçün də istifadə edilir. Propofol preparatından stasionardan kənarda və ya renimasiya tədbirlərinin aparılması mümkün olmayan, xüsusən ev şəraitində istifadə yolverilməzdir. Propofolun təsirindən arteriyal təzyiqin kəskin düşməsi, bradikardiya, tənnəfüs və ürək fəaliyyətinin dayanması baş verə bilər ki, bunun üçün dozasının dəqiq hesablanması, tənnəfüsü və ürək fəalizzətini təmin etmək üçün tibbi ləvazimatların, dərmanların əl altında olması vacibdir. Buna misal olaraq məşhur pop ulduzu Maykl Ceksonun ev şəraitində sakitləşdirmək və yuxunu bərpa etmək üçün vurulmuş propofoldan sonra tənnəfüs və ürək fəaliyyətinin dayanması nəticəsində dünyasını dəyişməsini göstərmək olar. Sözsüz ki, stasionar şəraitdə onun həyatını xilas etmək mümkün olardı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Propofol haqqında məlumat. Propofol nədir? Propofol nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Le Monde

  • Fevral 27, 2026

    İzmit

  • Fevral 27, 2026

    Dmitri Lisaneviç

  • Fevral 27, 2026

    Acalypha cardiophylla

  • Fevral 27, 2026

    Şınıx

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst