Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İzmit ― Türkiyənin Kocaeli vilayətində şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir.

İzmit

  • Ana Səhifə
  • Vikipediya
  • İzmit

İzmit ― Türkiyənin Kocaeli vilayətində şəhər. 2008-ci il məlumatına əsasən əhalisinin sayı 373 034 nəfərdir.

İzmit
İzmit
40°46′18″ şm. e. 29°56′59″ ş. u.HGYO
Ölkə
  •  Türkiyə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 100 ± 1 m
Saat qurşağı
  • UTC+03:00
Əhalisi
Əhalisi
  • 376.056 nəf. (2022)
Rəsmi dili
  • türk dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +90 262
Poçt indeksi 41000
Nəqliyyat kodu 41
Digər
izmit.gov.tr
Xəritəni göstər/gizlə
İzmit xəritədə
İzmit
İzmit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Araşdırmalar nəticəsində məlum olub ki, insanlar İzmit və ətraflarında təxminən eramızdan əvvəl 3000-ci ildən bəri yaşayırlar. Qədim dövrlərdə İzmitin yerləşdiyi yer Bitiniya adlanan bölgədə idi. İzmitin eramızdan əvvəl 12-ci əsrə qədərki dövrləri onun qaranlıq dövrləridir. Eramızdan əvvəl 12-ci əsrdə frigiyalılar burada məskun idilər, lakin siyasi təşkilat qura bilmədiklərindən burada uzun müddət hökmranlıq edə bilmədilər. Bitiniya padşahının ölümündən sonra onun yerinə böyük oğlu Nikomed gəldi. Nikomed qarət nəticəsində indiki İzmitin yerləşdiyi bölgədə Astakozla üzbəüz yeni daha təhlükəsiz şəhər qurdu. Nikomedia adlanırdı və Bitiniyanın paytaxtı oldu. Strabonun əsərində ( Coğrafiya , XII, 52-53) Nikomediya kimi qeyd olunan şəhərin adı türk mənbələrində Harizmi Nikumudiya, Şerif el-İdrisi Nikumudiyye və İbnül-İbruziyyə kimi qeyd olunur. İlk dövr Osmanlı qaynaqlarından Aşıkpaşazadədə və Neşridə İznikmid, XV-ci əsrin sonlarına aid bir vəqf kitabında İznikumid, eləcə də Matrakçı Nasuhun əsərində İznikumid adı ilə qeydə alınmışdır. Nəhayət, XIX əsrin ortalarına doğru İzmid və XX əsrin əvvəllərində indiki kimi İzmit adlanmışdır.

Böyük sənaye müəssisələri ilə yanaşı, mədəniyyət, turizm, incəsənət və ticarət şəhəri olmaqla Türkiyənin mühüm mərkəzlərindən biridir. Sahili, təbii gözəllikləri, böyük alış-veriş mərkəzləri, Olimpiya Buz Zalı, Beynəlxalq sərgi mərkəzi, Kocaeli yarmarkası, sekapark (mərkəzi park) Şəhər Meşəsi, gəzinti yerləri, üzgüçülük hovuzu, balıq restoranları, keyfiyyətli turizm obyektləri ilə İzmit məşhurdur. Şəhərə xas bir desert olan “pişmaniye” ilə dünya miqyasında tanınır.

İzmitin müasir dövrdə böyüməsi, əsasən, sürətli sənayeləşməsi İstanbul ilə Ankara arasındakı magistral və dəmir yolu xəttindəki mövqeyi ilə əlaqədardır. Türkiyənin kağız sənayesinin mərkəzidir və ölkənin tələbatının təxminən yarısını ödəyir. Böyük neft emalı zavodu var. Digər sənaye sahələrinə sement, fosfat, tekstil, neft-kimya və şinlər daxildir. İzmit limanı həm daxili, həm də beynəlxalq daşımalara xidmət edir. Şəhər böyük şəhərlərlə avtomobil yolu ilə bağlıdır.

  1. https://www.lexpera.com.tr/resmi-gazete/metin/gun-isigindan-daha-fazla-yararlanmak-amaciyla-butun-yurtta-uygulanan-ileri-saat-uygulamasinin-devam-3.
  2. "Arxivlənmiş surət". 10 may 2023 tarixində . İstifadə tarixi: 10 may 2023.
  3. "Arxivlənmiş surət". 11 may 2023 tarixində . İstifadə tarixi: 11 may 2023.
  4. "Arxivlənmiş surət". 15 mart 2023 tarixində . İstifadə tarixi: 11 may 2023.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İzmit haqqında məlumat. İzmit nədir? İzmit nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Merkuri (mifologiya)

  • Fevral 27, 2026

    Çaxırlı (İmişli)

  • Fevral 27, 2026

    İrakli

  • Fevral 24, 2026

    Siyasi elm

  • Fevral 27, 2026

    Şanlıurfa ili

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst