Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Petrovaradin (serb. Петроварадин, mac. Petervarad), Serbiyada Dunay çayı sahilində Novi Sad şəhərinin qarşısında yer alan qəsəbədir. Tarixi bir yer olaraq eyni

Petrovaradin

  • Ana Səhifə
  • Vikipediya
  • Petrovaradin

Petrovaradin (serb. Петроварадин, mac. Petervarad), Serbiyada Dunay çayı sahilində Novi Sad şəhərinin qarşısında yer alan qəsəbədir. Tarixi bir yer olaraq eyni adda bir də qalası vardır. Novi Sad ilə birgə genişləndirilmiş Novi Sad şəhəri bələdiyyə quruluşunu yaradır.

Petrovaradin
Петроварадин
45°15′ şm. e. 19°52′ ş. u.HGYO
Ölkə  Serbiya
Region Voyevodina
Tarixi və coğrafiyası
Sahəsi
  • 27,2 km²
Mərkəzin hündürlüyü 85 m
Saat qurşağı
  • UTC+01:00
Rəqəmsal identifikatorlar
Poçt indeksi 21131
Nəqliyyat kodu NS
Digər
petrovaradinfortress.com
Xəritəni göstər/gizlə
Petrovaradin xəritədə
Petrovaradin
Petrovaradin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Bölgədəki məskunlaşma tarixi Mis dövrünə (e.ə. 4500-cü illər) qədər davam edir. Keltlərin eramızdan əvvəl 4-cü əsrdə məskunlaşdığı bölgə eramızdan əvvəl I əsrdə Roma hakimiyyəti altına girdi. İlk qala burada Keltlər tərəfindən inşa edilmişdir. Roma dövründə qala daha da böyütüldü və "Cusum" adı ilə Pannoniya əyalətinə bağlandı. Qala eramızın V əsrində Hun hücumları ilə dağıdıldı. Hücumlar nəticəsində şəhər sıra ilə Ostroqotlar, Gepidlər və Lanqobardların hakimiyyəti altına keçdi. V əsrin sonlarında Bizanslılar tərəfindən bərpa edilən Cusum Petrikon və ya Petrikov adlandı. Daha sonra avarlar, franklar, xorvatlar, slavyanlar, bolqarlar və sonra yenidən Bizans hakimiyyətinə keçdi. Bolqarlar dövründə voyevoda sermon idarəsi altında Petrik adlandırıldı. Şəhər XII əsrdə Macarıstan krallığı tərəfindən fəth edildi.

1526-cı il 27 iyul tarixində Parqalı İbrahim Paşa tərəfindən Petrovaradinin mühasirəsi nəticəsində Osmanlı İmperiyasına qatıldı. Osmanlı hakimiyyəti dövründə "Varadin" olaraq bilinən ərazi, ekspedisiyalar üçün əhəmiyyətli bir gediş nöqtəsi olaraq xidmət etdi. 1687-ci ildə Osmanlıların məğlubiyyəti ilə Habsburqların rəhbərliyinə keçdi. Qala 19 sentyabr 1694-cü ildə Sürməli Əli Paşanın komandanlığı altında Osmanlı ordusu tərəfindən mühasirəyə alındı. Lakin Osmanlı ordusunun 23 günlük mühasirəsi nəticəsiz qaldıqda Osmanlı ordusu Belqrada geri çəkildi.

1716-cı ildə sədrəzəm silahdar Əli Paşanın vəfat etdiyi Petrovaradin müharibəsi burada baş vermişdi. Petrovaradin, Habsburq tabeliyində sərhəddəki hərbi müdafiə sisteminin bir hissəsi oldu. 1881-ci ildə Avstriya-Macarıstan İmperiyasında muxtar Xorvat-Slavyan krallığı idarəsinə keçdi. Daha sonra 1918-ci ildə Yuqoslaviya Krallığının nəzarətinə keçdi. İkinci Dünya müharibəsi sırasında isə qurulan Xorvatiya Müstəqil Dövlətinin nəzarəti altına keçdi. Müharibədən sonra Voyevodina muxtar bir vilayət oldu və daha sonra Yuqoslaviya ərazisinin bir hissəsi oldu.

Nüfuzu

2011-ci ildə aparılmış ümumi siyahıyaalmaya görə, bələdiyyədə 33,865 nəfər, qəsəbə mərkəzində isə 14.298 nəfər yaşayır.

Qalereya

  • Mərkəz
    Mərkəz
  • Petrovaradində bir küçə
    Petrovaradində bir küçə
  • Çimərlik
    Çimərlik
  • Petrovaradin müharibəsindən bir abidə
    Petrovaradin müharibəsindən bir abidə

Həmçinin bax

  • Petrovaradin müharibəsi
  • Serbiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Petrovaradin haqqında məlumat. Petrovaradin nədir? Petrovaradin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Cəlaləddin Təbrizi

  • Fevral 28, 2026

    Topqapı muzeyi

  • Fevral 27, 2026

    Bədxassəli şiş

  • Fevral 27, 2026

    Callitriche marginata

  • Fevral 27, 2026

    Abel Tasman

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst