Cəlaləddin Məhəmməd Təbrizi (Təbriz – 1524) — Keçəçilər ailəsinə mənsub Səfəvi dövlət xadimi. I Təhmasibin ilk vəziri.
| Cəlaləddin Məhəmməd Təbrizi | |
|---|---|
| fars. جلال الدین محمد تبریزی | |
| 1523 – 1524 | |
| Monarx | Şah İsmayıl Xətai |
| Əvvəlki | Mirzə Şah Hüseyn |
| Sonrakı | Cəfər Savcı |
| Şəxsi məlumatlar | |
| Doğum yeri | Təbriz |
| Vəfat tarixi | 1524 |
| Fəaliyyəti | siyasətçi |
| Atası | Məhəmməd Zəkəriyya Keçəçi |
Həyatı
Təbriz şəhərində, məşhur Keçəçilər nəslində doğulmuşdu. Atası Məhəmməd Zəkəriyya Keçəçi Şah İsmayılın ilk vəziri olmuşdur. Lakin Şah İsmayılın ölümündən sonra Div Sultan Rumlu tərəfindən öldürülmüşdür. İsgəndər bəy Münşi hadisəni belə nəql edir:
Süleyman şanlı xaqanın vəfatı və hümayun cənnətməkan şahın cülusundan sonra Xacə Cəlaləddin Məhəmməd Keçəçi o həzrətin əmriylə vəzarət rütbəsi ilə şərəfləndi. Vəzirlik dövründən heç bircə il keçməmişdi ki, iqtidar sahibli vəkil Div Sultan Rumlu onunla yola getmədi, aralarında dava-dalaş tozu yüksəldi, onun tutulub yandırılması haqda fərman verildi. Xacəni kətana büküb yandırdıqları vaxt öz halına münasib bu beyti dedi:
Bəla küncündə əyləşdim və əndamım alovlandı,
Kim əyləşsə bəla küncündə əyləşsin gərək böylə
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəlaləddin Təbrizi haqqında məlumat. Cəlaləddin Təbrizi nədir? Cəlaləddin Təbrizi nə deməkdir?