Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Çıraqqala — Azərbaycanın Şabran rayonunun 20-25 kilometrliyində, Bakı şəhərindən 150 km aralı Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zi

Çıraqqala

  • Ana Səhifə
  • Vikipediya
  • Çıraqqala

Çıraqqala — Azərbaycanın Şabran rayonunun 20-25 kilometrliyində, Bakı şəhərindən 150 km aralı Çaraq kəndi ərazisində yerləşən Çaraqqaya adlı sıldırım qayanın zirvəsində 1232 metr hündürlükdə yerləşən V-VI əsrlərə aid müdafiə qalası.

Çıraqqala
Ölkə  Azərbaycan
Yerləşir Şabran şəhərinin 20-25 km-liyində
Aidiyyəti Sasanilər imperiyası
Qafqaz Albaniyası
Tikilmə tarixi IV-VI əsrlər
Üslubu Alban memarlığı
Sasani memarlığı
Material kərpic, daş
Vəziyyəti xarabalıqları qalıb
UNESCO Ehtiyat Siyahısı
Rəsmi adı: The Caspian Shore Defensive Constructions
TipiMədəni
Təyin edilib2001
İstinad nöm.1573
DövlətAzərbaycan
RegionAvropa
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.4.7
KateqoriyaQala
ƏhəmiyyətiDünya əhəmiyyətli
41°05′16″ şm. e. 48°55′54″ ş. u.HGYO
Xəritə
Çıraqqala (Azərbaycan)
Nöqtə
Çıraqqala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Ümumi məlumat

Çıraqqala qalasının bərpa planı

Elə hesab edilir ki, Çıraqqala, əsasən istehkam qarovulxana məqsədilə Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.

Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılmış, “Çıraqqala” isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.

Çıraqqalanın adının yaranmasının da bir neçə izahı vardır. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində bu qalanın adını “Çıraqqala” kimi göstərmiş və o, bu adla da, tanınmağa başlanmışdır. Lakin yerli əhali həmişə və bu gündə belə qalanı “Çaraqqala” adlandırır və orada orta əsrlərdən qala şəhər olmasını göstərirlər. Qalanın bir neçə kilometrliyindəki kəndin Çaraq olması, qalanın yerləşdiyi dağ zirvəsinin adınında Çaraq qaya olması deyilənləri bir daha təsdiqləyir. Qalanın sadəcə düşmənin gəlişini xəbər vermək üçün tikildiyi də inandırıcı deyildir. Belə ki, qalanın ərazisinin böyüklüyü və ərazinin 4 tərəfdən keçilməz olan təbii sıldırımlı qaya üzərində yerləşməsi, möhtəşəm qala divarları ilə əhatələnməsi və eləcə də 17 bürcünün olması buranın qala şəhər oldugunu göstərir. Eyni zamanda məlumdur ki, bu qalanın Sasanilər tərəfindən təyin edilmiş ilk hakiminin də adı Çora və ya Çara olmuşdur. Onda bu qala şəhərcik ətraf əhali tərəfindən Çara yaşayan qala adlanması daha inandırıcıdır. Dilimizin xüsusiyyətlərinə əsasən Çara qala dönüb Çaraqqala olmuşdur. Lakin bu günə qədər tarixçi alimlər arasında yekdil rəy yoxdur və buna görə də biz A.A.Bakıxanovun yazdığı rəvayətə və bugünkü deyimə uyğun olaraq qalanı “Çıraqqala” kimi göstəririk.

Erkən orta əsrlər dövründə Beşbarmaq dağından Dərbəndə qədərki ərazilər Çora vilayəti adlanmış və həmin vilayətdə Çora qalası yerləşmişdir. Ehtimal var ki, həmin Çora qalası sonrakı əsrlərdə “Çoraqqala”-yəni Çıraqqala şəklinə düşmüşdür.[mənbə göstərilməlidir]

“Çıraqqala”nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmiş və çiy kərpicdən hörülüb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. İndi həmin bürclərin ancaq üçü salamat qalıb.

Çıraqqala həm də Quba xanı Fətəli xanın əsas istehkamlarından biri kimi mühüm rol oynamışdır. Vaxtilə burada Fətəli xan tərəfindən tikilmiş təxminən üçmərtəbəli saray mövcud olmuşdur. Xan, düşmən hücumlarından ehtiyat etdiyi dövrlərdə həmin sarayda məskunlaşırdı. Sonralar qaladakı düzənlik sahədə çoxlu evlər inşa edilmiş, Çıraqqalada 800-dək ailə yaşayış tapmışdır. Qala yeraltı kanallar vasitəsilə su ilə təmin edilirdi. Qalanın xüsusi akvedukt sistemi vasitəsilə dağlardan bulaq suları gətirilirdi. Həmin dövrdə, Çıraqqalanın 12 bürcü olmuşdur və onların yerləşmə quruluşu elə planlaşdırılmışdı ki, qalanın daxilinə düşmənin keçməsi son dərəcə çətin idi.

1952-ci ilə qədər bürclərin bir hissəsi, narınqala və baş bürc salamat idi. Qala altı deyilən yerdə naftusiya suyunun kəşfi və burada sanotoriyanın tikilməsi, qalanın isə mühafizə olunmaması onun sürətlə dağılmasına təkan oldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli 1262 nömrəli Sərəncamı ilə “Çıraqqala” tarixi kompleksi tarixi qoruq elan edilmiş və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilmişdir.

Qalereya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çıraqqala haqqında məlumat. Çıraqqala nədir? Çıraqqala nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Burhanpur

  • Fevral 27, 2026

    Komsomol poeması

  • Fevral 23, 2026

    Beynəlxalq dil

  • Fevral 24, 2026

    Monqol

  • Fevral 27, 2026

    Eyvazlı (Qubadlı)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst