Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Olimpus (yun. Ὄλυμπος) — Türkiyə Respublikası Antalya əyaləti Kumluca rayonu Çıralı kəndi ərazisində mövcud olmuş antik Likiya şəhəri. Ellinizm dövründə əsası q

Olimpos

  • Ana Səhifə
  • Vikipediya
  • Olimpos

Olimpus (yun. Ὄλυμπος) — Türkiyə Respublikası Antalya əyaləti Kumluca rayonu Çıralı kəndi ərazisində mövcud olmuş antik Likiya şəhəri. Ellinizm dövründə əsası qoyulduğu güman edilir. İndiki Beydağları Sahili Milli Parkı ərazisində yerləşmişdir. Bu park bəzən Olimpos Beydağları Milli Parkı da adlandırılır.

Olimpos
Ὄλυμπος
Olimposda Roma məbədinin qalıqları
Olimposda Roma məbədinin qalıqları
36°23′49″ şm. e. 30°28′26″ ş. u.HGYO
Yer Çıralı, Antalya ili, Türkiyə
Region Likiya
Tarix
Əsası qoyulub E.ə. 300
Yer qeydləri
Məxsusluq İctimaiyyət
Sayt Olimpos arxeoloji yaşayış məntəqəsi  (türk.)
Olimpos xəritədə
Olimpos
Olimpos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adlandırılması

Olimpos sözü yunan dilində "Ulu dağ" mənasını verir. Dünyadan iyirmidən çox dağ və yüksəklik, qəsəbə və şəhər bu adı daşıyır. Bu yüksəkliklərdən ən məşhuru Yunanıstanın şimal-şərqində yerləşən, Qədim Yunan Allahlarının evi sayılan Zessalian yüksəkliyidir. Olimpos şəhəri adını , qədimdə Olimpos dağı olaraq tanınan Taxtalı dağından götürmüşdür. Taxtalı dağının 10 k şimalında yerləşən, Yanardaş kimi bilinən alov vardır.

Tarixi

Olimpos şəhərinin Ellinizm dövründə salındığı ehtimal edilir. Onun barədə ilk məlumatlar E.ə. II əsrdə Likiya Birliyinə aid sikkələrdə yer alır. E.ə. 100-cü ildə Likiya Birliyinin ən əhəmiyyətli şəhərlərindən biri olmuş və 3 səs hüququna malik şəhərlərdən biri idi. E.ə. I əsrdə Olimpos şəhəri Faselis şəhəri ilə birlikdə daim dəniz quldurlarının hücumlarına məruz qalmış. Bir müddət dəniz qulduru Zenekitesin hakimiyyəti altında olmuşdur. E.ə. 78-ci ildə Roma sərkərdəsi Servilius İsarius Olimpus şəhərini dəniz quldurlarından azad edir və Roma hakimiyyəti altına salır. Roma hakimiyyəti altına girən şəhər ager publicus (Satışa çıxarılmış və ya Kiralıq Roma mülkü) elan edilir. 43-cü ildə digər Likiya şəhərləri ilə birgə Roma İmperiyasına daxil olur. Olimpos şəhərinin qoruyucusu, Yunan allahı Hefaistos üçün festivallar təşkil olunurdu. Mənbələrdə Roma imperatoru Adrianında 130-cu ildə şəhərə səfər etdiyi qeyd edilir. Olimpos şəhəri Roma hakimiyyətinə altında olduğu dövrdə xristianlıq yayılmağa başlamış və yepiskopa ev sahibiliy etmişdir. III əsrdə dəniz quldurlarının təkrar Olimposa hücum etməsi ilə şəhər əhəmiyyətini itirməyə başlamışdır. XI-XII əsrlərdə Genuyalılar, Venesiyalılar və Rodoslular tərəfindən təkrar bərpa edilən şəhər Səlib yürüşləri sırasında ticarət limanı kimi istifadə edilirdi. XV əsrdə Osmanlı donanmasının Aralıq dənizinin şərq sahillərini ələ keçirməsi ilə şəhər boşaldılmışdır.

Qalıqları

Olimposun daxilindən keçən çay şəhəri iki hissəyə bölür. Sahildən görünən və məzarların yuxarı hissəsində yerləşən yüksəklik Olimpos akropoludur. Üzərindəki tikinti qalıqları isə qala şəklində olan divarlara aiddir. Bu təpədən baxdığımızda çayın gözəl mənzərəsini görə bilərik. Şəhəri çayın üstündə yerləşən körpü birləşdirir. Çayın qarşı tərəfindəki sahildən görünən yer isə Olimpos Hamamıdır. Olimposun bu tərəfinə çaydakı iri daşlara basaraq keçə bilərik. Burada Olimpos teatrıda var. Teatrdakı qalıqları Roma dövrü teatrı olduğunu göstərir. Teatrla dəniz arasında Bizans bazilikası, çay arasında isə Olimpos hamamı yerləşir. Mərkəzdəki geniş məkanda isə Agora və Gimnaziya yerləşdiyi hiss olunur.

Həmçinin bax

  • Faselis
  • Likiya
  • Likiya yolu
  • Çıralı (Kumluca)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Olimpos haqqında məlumat. Olimpos nədir? Olimpos nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Süfrə duzu

  • Mart 01, 2026

    Difai

  • Mart 01, 2026

    Françesko Hayez

  • Fevral 25, 2026

    Elektrostatika

  • Fevral 27, 2026

    Late Registration

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst