Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Publi Yuli Trayan Adrian (lat. Publius Aelius Traianus Hadrianus; 24 yanvar 76 – 10 iyul 138) — eramızın 117–138-ci illərində hakimiyyətdə olmuş XIV Roma İmpera

Adrian

  • Ana Səhifə
  • Vikipediya
  • Adrian

Publi Yuli Trayan Adrian (lat. Publius Aelius Traianus Hadrianus; 24 yanvar 76 – 10 iyul 138) — eramızın 117–138-ci illərində hakimiyyətdə olmuş XIV Roma İmperatoru.

Publi Eli Trayan Adrian
lat. Publius Aelius Traianus Hadrianus
XIV Roma İmperatoru
Vəzifədədir
    ƏvvəlkiMark Ulpi Trayan
    SonrakıAntonin Piy
    Şəxsi məlumatlar
    Doğum adı Publius Aelius Hadrianus
    Doğum tarixi 24 yanvar 76
    Doğum yeri Roma İmperiyası, İtalika (İspaniya), Sevilya
    Vəfat tarixi 10 iyul 138 (62 yaşında)
    Vəfat yeri Roma İmperiyası, Neapol, Bayi
    Vəfat səbəbi ürək çatışmazlığı
    Dəfn yeri Müqəddəs Ancelo qəsri
    Fəaliyyəti hökmdar[d], siyasətçi, hərbi qulluqçu, şair
    Atası Trayan
    Həyat yoldaşı Vibia Sabina
    Uşağı Yuli Sezar (oğulluğu)
    Ailəsi Antoninlər sülaləsi
    Dini Çoxallahlılıq
    Rütbəsi
    • Leqat
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı ilə bağlı

    Adrian əslən Piçenumlu (İtaliya) olan, sonralar İspaniyaya köçüb gəlmiş Roma senatorunun ailəsində dünyaya gəlmişdir. On yaşında atasını itirən Adrian İmperator Trayanın xalası oğlunun himayəsində tərbiyə alaraq sonralar 100-cü ildə onun nəvəsinə evlənərək sarayda mühüm dövlət vəzifəsinə irəli çəkilmişdir. Lakin Trayan onu heç vaxt rəsmi olaraq sələfi elan etməmişdir. Lakin Trayanın ölümündən sonra 117-ci ildə Dakların çarı Deçebalusa qarşı müharibədə qazandığı zəfərə görə Suriyanın və Antioxiyanın valisi təyin edildikdən sonra, Trayanın arvadı Plotinanın dəstəyi ilə 118-ci ildə Roma imperatoru elan edilmişdir. Məhz Plotinanın xahişi ilə 100-cü ildə Vibia Sabina ilə evlənmişdir. Bəzi fərziyələrə görə biseksual olan Adrian eyni zamanda Bitiniyalı Antinus adlı bir gənclə intim həyat sürmüşdür. Müəmmalı şəkildə Nil çayında boğulan Antinusun ölümünə çox sarsılan Adrian onun boğulduğu yerdə Antinopolis şəhərini saldırır və saray rəssam və heykəltaraşlarına onun çoxlu heykəl və büstlərini sifariş verdirir. Övladı olmayan Adrian Eli Sezarı oğulluğa götürmüşdü.

    Təhsili

    Yunan mədəniyyətinə, fəlsəfəyə, riyaziyyata, musiqiyə, poeziyaya maraq göstərən Adrian beş illik Romada aldığı tam təhsildən sonra iki il müddətində İspaniyada yaşadıqdan sonra Romaya dönür.

    İmperator fəaliyyəti

    Beş yaxşı imperatordan (ing. Five Good Emperors) və övladlığa götürülmə nəticəsində hakimiyyətə gələn imperatorlardan biri, Antoninlər sülaləsinə aid imperator Adrianın idarəçilik siyasəti Trayanın qəsbkar siyasətindən köklü şəkildə fəerqlənirdi. O, Assuriya və Mesopatamiyadan imtina edir. Onun bu addımı səhra komandiri Trayanı razı salmır və ona qarşı sui-qəsd hazırlansa da tezliklə üstü açılır. Əsasən o imperiya əyalətlərinin iqtisadi dirçəlişinə fikir verərək çoxlu sayda teatr, kitabxanalar tikdirir yaraşıqlı heykəllər qoydurur. Orduda və tikintidə apardığı quruculuq işləri impriya sərhədlərini daha da möhkəmləndirmiş və xarici sülhə zəmin yaratmışdır. Onun zamanında 132–135 illərdəki yəhudi üsyanları yatırılmış Yerusəlim dağıdılaraq yerində yeni it. Colonia Aelia Capitoli salınmışdırdır. Adrianın vaxtında Roma allahlarına sitayiş etməyənlərin — xristiyanların təqibi davam etdirilmişdir. Adrian tərəfindən hal hazırda Müqəddəs Ancelo qəsri adlandırılan it. Mausoleo di Adriano, Tibur sarayı, Stmfalo — Korinf kanalını, sevimli Afina şəhərində çoxlu memarlıq abidələri tikdirtmişdir. Klavdi tərəfindən başladılmış Fuçin gölünün qurudulmasını başa çatdırmışdır. İtalyanı 4 konsula malik hissəyə bölmüşdür. Dövlət idarələrinə ancaq romalıları təyin edərmiş. Onun böyük sonuncu işlərindən biri də hüquqşünas Salvi Yulianla birlikdə Roma qanunlarının kodifikasiyası olmuşdur.

    Adrianın Ölümü

    10 iyul 138-ci ildə ağır xəstəlikdən əzab çəkərək Neapol yaxınlığındakı Bayi şəhərində vəfat etmişdir. Ölümqabağı özünə epitafiya yazmışdır. Adrian hal-hazırda Müqəddəs Ancelo qəsri kimi tanınan, özünün tikdirdiyi "Adrian məqbərəsində" dəfn edilmiş və qəbri üzərində öz yazdığı epitafiya həkk olunmuşdur: Adrian.

    ANIMULA VAGULA BLANDULA

    HOSPES COMESQUE CORPORIS
    QUAE NUNC ABIBIS IN LOCA
    PALLIDULA RIGIDA NUDULA
    NEC UT SOLES DABIS IOCOS.

    • Tərcümə

    Həlim ruhum, azmış ruhum
    Bədənimin yol yoldaşı və qonağı
    Tərk edib tələsdiyin yer,
    Solğun, kimsəsiz və sükutdur, oralarda
    Vərdişincə zarafat edə bilməzsən.


    Həmçinin bax

    • Antinoy

    Nerva-Antonin sülaləsinin zaman xətti

    KommodMark AvreliAntonin PiyAdrianTrayanNerva
    SƏLƏF

    Trayan

    Adrian

    Nerva-Antonin sülaləsinin imperatoru
    XƏLƏF

    Antonin Piy

    Mənbələr

    1. Любкер Ф. Hadrianus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 585–586.
    2. Historia Augusta, Hadrianus 1,1. Obwohl die Historia Augusta als sehr problematisch gilt, wobei die frühen Viten durchaus wertvolle Informationen beinhalten, wird in der modernen Forschung weitgehend akzeptiert, dass Hadrian eine Autobiographie verfasst hat.
    3. Historia Augusta, Hadrianus 25. Vgl. Birley, Restless Emperor, S. 301; Holzberg, Hadrians nous und seine animula.
    4. Heinz-Joachim Fischer: „Rom. Zweieinhalb Jahrtausende Geschichte, Kunst und Kultur der Ewigen Stadt", DuMont, Köln 2001, S. 351–352. ISBN 3-7701-5607-2

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Adrian haqqında məlumat. Adrian nədir? Adrian nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 23, 2026

      31 mart

    • Fevral 25, 2026

      Tanah

    • Fevral 25, 2026

      Sombatxey

    • Fevral 25, 2026

      Daşaltı əməliyyatı

    • Fevral 25, 2026

      Pəri

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Selale Sesli - Gel mene addim addim Remix

    • Fevral 24, 2026

      Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 24, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst