Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Oleq Konstantinoviç Antonov (25 yanvar (7 fevral) 1906, Troisa[d], Moskva quberniyası[d] – 4 aprel 1984[…], Kiyev) — məşhur Sovet təyyarə dizayneri, Ukraynada y

Oleq Antonov

  • Ana Səhifə
  • Vikipediya
  • Oleq Antonov

Oleq Konstantinoviç Antonov (25 yanvar (7 fevral) 1906, Troisa[d], Moskva quberniyası[d] – 4 aprel 1984[…], Kiyev) — məşhur Sovet təyyarə dizayneri, Ukraynada yerləşən dünyaca məşhur olan təyyarə şirkəti Antonovun (sonralar onun şərəfinə adlandırılıb) ilk rəhbəri. Antonov Sovet təyyarələrinin və həm hərbi, həm də mülki istifadə üçün nəzərdə tutulmuş planerlərin çox uğurlu layihələndirilməsinə cavabdeh olan şəxs idi.

Oleq Antonov
ukr. Антонов Олег Костянтинович
Doğum tarixi 25 yanvar (7 fevral) 1906(1906-02-07)
Doğum yeri
  • Troisa[d], Podolsk qəzası[d], Moskva quberniyası[d], Rusiya imperiyası
Vəfat tarixi 4 aprel 1984(1984-04-04)[…] (78 yaşında)
Vəfat yeri
  • Kiyev, Ukrayna SSR, SSRİ
Dəfn yeri
  • Baykovo qəbiristanlığı
Elm sahələri mühəndis-konstruktor, hərbi uçuş mühəndisi[d], mexanika, Möhkəmlik
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adları
  • professor[d],
  • SSRİ Elmlər Akademiyasının akademiki[d]
İş yerləri
  • Antonov (şirkət) (1946–1984)
Təhsili
  • Sankt-Peterburq Politexnik Universiteti
Üzvlüyü
  • Ukrayna Milli Elmlər Akademiyası,
  • Rusiya Elmlər Akademiyası,
  • SSRİ Elmlər Akademiyası
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1966
"Lenin" ordeni — 1957 "Lenin" ordeni — 1966 "Lenin" ordeni — 1975 "Oktyabr inqilabı" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı 1-ci dərəcəli "Vətən müharibəsi partizanına" medalı "Moskvanın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "Moskvanın 800 illik xatirəsinə" medalı "Kiyevin 1500 illik xatirəsinə" medalı
2-ci dərəcəli "Stalin" mükafatı — 1952 "Lenin" mükafatı Ukrayna SSR Əməkdar elm və texnika xadimi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Erkən həyatı və mühəndislik karyerası

Antonov 7 fevral 1906-cı ildə Rusiya imperiyasının Troisa kəndində (indi Moskva vilayətinin Podolski rayonu) anadan olub. 1912-ci ildə Antonov Saratova köçüb və burada orta məktəbə gedib. Erkən yaşlarında aviasiya onu çox maraqlandırdığı üçün asudə vaxtının xeyli hissəsi yerli aerodromda keçirirdi.

17 yaşı olanda Antonov "Həvəskar Aviasiya Klubu" yaratdı və sonralar Hərbi Hava Qüvvələrinin Dostları Təşkilatı ilə birləşdi. Daha sonralar o, OKA-1 "Göyərçin" adlı planeri hazırladı və Moskvada keçirilmiş yarışda iştirak etdi. O, bu yarışda iştirak edən digər 12 iştirakçını qabaqlayaraq, birinci yeri tutdu.

1930-cu ildə Antonov Leninqradda yerləşən Kalinin Politexnik İnstitutunu bitirdi. O, planerlər üzərində işlərini davam etdirərək və 1931-ci ildə Moskva Planer Zavodunda rəhbər konustruktor oldu. Növbəti səkkiz il ərzində Standart-1, Standart-2, OKA-6 və böyük Lenin Şəhəri planerlərinin də daxil olduğu 30 müxtəlif planeri layihələndirib. SSRİ-də bütün pilotların tələbləri ilə əlaqədar olaraq, planerlərdə uçuş təlimlərinə başlamalı idi. Lakin 1938-ci ildə baş vermiş insidentdən sonra, yəni təlimçinin planerdən istifadə edərək, qərbə qaçmasından sonra Sovet hökuməti planer hazırlığı ilə bağlı öz qərarını ləğv edərək, planer idmanına qadağa qoydu və Moskva Planer Fabriki bağlandı.

Müharibədən sonrakı karyerası və Antonov şirkətinin yaradılması

İkinci dünya müharibəsindən sonra Antonov Yakovlevdən xahiş etdi ki, ona müstəqil şəkildə işləməyə icazə versin. 31 may 1946-cı ildə Antonov yeni layihələndirilmiş zavodun (sonralar Antonov Elmi Tədqiqat və Konstruktor Bürosu kimi tanınmağa başlayıb) rəhbəri təyin edilib. Daha sonralar şirkətin qərargahı Ukraynanın Kiyev şəhərinə köçürülüb. 1946-cı ilin sentyabrında Antonov konstruktor bürosunun rəhbəri olmaqdan əlavə, Aeronavtika üzrə Sibir Tədqiqat İnstitutunun direktoru oldu.

Antonov Bürosunun ilk layihə etdiyi təyyarə kənd təsərrüfatı üçün nəzərdə tutulmuş Skh-1 idi. Daha sonra isə yenidən layihələndirilmiş An-2 təyyarəsi həm kənd təsərrüfatı aviasiyası həm də universal təyyarə kimi böyük miqyasda istifadə üçün Polikarpov Po-2 əvəzləyici kimi 1947-ci ildə layihələndirildi. Antonov tamamilə metaldan hazırlanmış və qapalı uçuş göyərtəsinə və 12 yerlik sərnişin kabinəsinə malik olan biplan da layihə etmişdi.

Oleq Antonov 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür. Antonov SSRİ Ali Soveti İttifaq Şurasının Kiyev vilayəti üzrə 5–11-ci çağırış deputatı idi.

Kiyevdə yaşayan Antonov 1984-cü ildə 78 yaşında vəfat edib və Baikove qəbiristanlığında dəfn olunub.

Layihə etdiyi işlər

Antonovun rəhbərliyi altında yaradılmışdır:

  • planerlər — Göyərçin, Cəbhə rotası-1, Cəbhə rotası-2, Cəbhə rotası-3, Cəbhə rotası-4, А-11, А-13, А-15;
  • nəqliyyat təyyarələri — An-8, An-12, An-26, An-22, An-32, An-72, An-124, An-74
  • çoxməqsədli təyyarələr — An-2, An-14 "Arı", An-30, An-28, An-3;
  • sərnişin təyyarələri — An-10 və An-24.

İrs

  • Kiyevdə Antonovun adına küçə adlandırılmışdır. Yaşadığı evin divarında xatirə lövhəsi var. Həmçinin yük aeroportunu Antonovun adını daşıyır.
  • Kiyev aviasiya elmi-texniki kompleksinə onun adı verilib.
  • Ulyanovskda Antonovun adını daşıyan prospekt var.
  • Saratov və Ulan Ude şəhərlərində onun adını daşıyan küçə var.
  • 2006-cı ildə Rusiya Federasiyasının Mərkəzi Bankı onun adına xatirə sikkəsi buraxıb.
  • 2006-cı ildə Antonovun anadan olmasının 100 illiyinə həsr edilmiş Ukraynanın poçt markası buraxılmışdır.
  • Rusiyada Antonovun adına buraxılmış xatirə sikkəsi
    Rusiyada Antonovun adına buraxılmış xatirə sikkəsi
  • Ukraynada Antonovun adına buraxılmış xatirə sikkəsi
    Ukraynada Antonovun adına buraxılmış xatirə sikkəsi
  • Ukrayna poçt markası (2006)
    Ukrayna poçt markası (2006)
  • Antonov və onun konstruksiya etdiyi təyyarələr Rusiya poçt markasında (2006)
    Antonov və onun konstruksiya etdiyi təyyarələr Rusiya poçt markasında (2006)

İllüstrasiyalar

  • An-2
    An-2
  • Аn-124
    Аn-124
  • Аn-74
    Аn-74
  • АН-225
    АН-225
  • Аn-70
    Аn-70
  • Аn-72 с
    Аn-72 с
  • Аn-140
    Аn-140
  • Аn-148
    Аn-148

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Oleq Antonov haqqında məlumat. Oleq Antonov nədir? Oleq Antonov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Boz alma

  • Fevral 27, 2026

    1830-cu il

  • Fevral 27, 2026

    D vitamini

  • Fevral 27, 2026

    Quberniya

  • Fevral 27, 2026

    Poti

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst