Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Baykovo qəbirstanlığı (ukr. Байкове кладовище) — Kiyevdə yerləşən xatirə qəbiristanığı. Qəbirstanlıq şəhərin ən qədim və fəxri qəbiristanlıqlarından biridir. Sa

Baykovo qəbiristanlığı

  • Ana Səhifə
  • Vikipediya
  • Baykovo qəbiristanlığı

Baykovo qəbirstanlığı (ukr. Байкове кладовище) — Kiyevdə yerləşən xatirə qəbiristanığı. Qəbirstanlıq şəhərin ən qədim və fəxri qəbiristanlıqlarından biridir. Sahəsi 72,47 hektar olan qəbirstanlıq Qoloseevski rayonunun Baykova dağında yerləşir.

Qəbiristanlıq
Baykovo qəbiristanlığı
Байкове кладовище
Xəritə
Ölkə
  •  Ukrayna
Əsası qoyulub 1833
İlk məlumat 1831
Sahəsi
  • 72,47 ha
50°25′00″ şm. e. 30°30′21″ ş. u.HGYO
Baykovo qəbiristanlığı xəritədə
Baykovo qəbiristanlığı
Baykovo qəbiristanlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

1812-ci il Vətən müharibəsinin və 1828–1829-cu il Rusiya-Osmanlı müharibəsinin iştirakçısı general Sergey Vasilyeviç Baykovun (1772–1848) şərəfinə adlandırılıb. Təqaüdə çıxdıqdan sonra Kiyevdə məskunlaşan general, sahibinin soyadı ilə "Baykov ferması" adlandırılmağa başlayan Libid çayı boyunca yerləşən fermanı satın alır. Sonradan Baykova Qora dağı və onun üzərində yerləşən qəbiristanlıq adını məhz bu fermadan götürmüşdü.

Tarixi

"Köhnə" Baykovo qəbiristanlığında Lesya Ukrainkanın məzar daşı

Baykovo qəbiristanlığı 1834-cü ildə katolik və lüteran dinlərinə mənsub şəxslərin ayrı-ayrı hissələrdə dəfn edilməsi məqsədilə açılmışdır. Bir müddət sonra (1834-cü ilin dekabrında) orada pravoslav xristianların dəfn edilməsinə icazə verildi. Hər hissənin özünün kilsəsi var idi.

Qəbiristanlıq Baykovaya küçəsi ilə iki qeyri-bərabər hissəyə bölünür. Cənub, kiçik hissə Köhnə Baykovo qəbiristanlığı, şimal, böyük hissəsi XIX əsrin 80-ci illərində dəfnlərə başlanılan Yeni Baykovo qəbiristanlığıdır. Yeni qəbiristanlıq daş divarla əhatə olunub, onun giriş qapısı kilsə, kafedral və kilsə kimi stilizə olunub. 1884–1889-cu illərdə onun ərazisində daşdan Yüksəliş kilsəsi tikilmişdir (memarı Vladimir Nikolayev). Köhnə qəbiristanlıqdakı keçmiş Dimitri kilsəsi 1890-cı illərdə bağlandı və söküldü. Onun qurbangahının yerindkiə xatirə daşı qorunub saxlanılıb.

Baykov qəbiristanlığının ərazisində iyirmiyə yaxın köhnə kripta var. Bütün kriptlər müxtəlif arxitekturaya malikdir. Onları yalnız daxili quruluşlarının eyniliyi : insanların ölüləri yad etməyə getdiyi kiçik bir otaq və tabutların yerləşdiyi barmaqlıqlarla hasarlanmış zindan birləşdirir. Bir çox kripta məşhur memarlar tərəfindən tikilmişdir. Onlar Vladislav Qorodetski, V. Nikolayev, İppolit Nikolayev və başqaları idilər.

Bütün bu kriptlər unikaldır, çünki onlar ölülərin dinlərinə — pravoslav, katolik, lüteranlara uyğun gələn ənənələrə uyğun tikilmişdir. Yazıların əksəriyyəti Böyük Vətən müharibəsi illərində məhv edilib. Müharibə zamanı bütöv ailələr, əsasən də yəhudi ailələri gizli otaqlarda gizlənirdilər. Daha sonra kriptalar evsizlər üçün sığınacaq kimi xidmət edirdi. Bu gün kriptalar acınacaqlı vəziyyətdədir, çoxlu qəbirlər açılıb qarət edilib.

Krematoriya

1975-ci ildən qəbiristanlığın arxa hissəsində memar Avraam Miletski tərəfindən layihələndirilmiş krematoriya, 1983-cü ildən isə kolumbarium fəaliyyət göstərir.

Qalereya

  • Yüksəliş kilsəsi
    Yüksəliş kilsəsi
  • Planı
    Planı
  • Lüteran qəbiristanlığının qapısı
    Lüteran qəbiristanlığının qapısı
  • Krematoriya
    Krematoriya

Ədəbiyyat

  • Байково кладбище // Киев: Энциклопедический справочник (Изд. 3-е, доп 90000 nüs.). Киев: Главная редакция Украинской Советской Энциклопедии (УРЕ). Под ред. А. В. Кудрицкого. 1986. 52.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baykovo qəbiristanlığı haqqında məlumat. Baykovo qəbiristanlığı nədir? Baykovo qəbiristanlığı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Asiya fili

  • Fevral 24, 2026

    Məsih

  • Fevral 27, 2026

    Topologiya

  • Fevral 27, 2026

    Pyeta (Mikelancelo)

  • Fevral 27, 2026

    Göyərti qutabı

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst