Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Occultic;Nine (オカルティック・ナイン, Okarutikku Nain?, azərb. Okkultik doqquzluq‎) — "Steins;Gate"-in yaradıcısı Çiyomaru Şikura tərəfindən yazılmış ranobe seriyası. Qan

Occultic;Nine

  • Ana Səhifə
  • Vikipediya
  • Occultic;Nine

Occultic;Nine (オカルティック・ナイン, Okarutikku Nain?, azərb. Okkultik doqquzluq‎) — "Steins;Gate"-in yaradıcısı Çiyomaru Şikura tərəfindən yazılmış ranobe seriyası. Qancii tərəfindən illüstrasiya olunmuş manqa 2015-ci ilin oktyabrından nəşr olunur. 9 oktyabr 2016-cı ildən 25 dekabr 2016-cı ilə kimi A-1 Pictures tərəfindən çəkilmiş anime adaptasiyası yayımlanmışdır.

Occultic;Nine
İlk ranobe cildinin üzlüyü
オカルティック・ナイン
(Okarutikku Nain)
azərb. Okkultik doqquzluq‎
Janr paranormal
Manqa
ManqakaÇiyomaru Shikura
Rəssampako
NəşriyyatOverlap
Demoqrafiyakişilər
Nəşr tarixi25 avqust 2014 — davam edir
Cildlər2 (cild siyahısı)
Manqa
ManqakaQancii
NəşriyyatKodansha
Demoqrafiyaseynen
Nəşr tarixi7 oktyabr 2015 — hazırda
Cildlər1
Anime
RejissorKyohey İşiquro
ProdüsserŞuko Yokoyama
Takaşi Sayki
SsenaristCumpey Morita
BəstəkarMasaru Yokoyama
StudiyaA-1 Pictures
Digər lisenziyalar
ŞA
Aniplex USA
KanalTokyo MX, ABC, CBC, GTV, GYT, BS11
Buraxılış tarixi9 oktyabr 2016 — 25 dekabr 2016
Seriyalar12 (seriya siyahısı)
Video oyun
Hazırlayan5pb.
Nəşr edən5pb.
Janrvizual roman
PlatformaPlayStation 4, PlayStation Vita, Xbox One
Buraxılış tarixi28 sentyabr 2017
  Anime və manqa portalı

Mündəricat

Məzmun

Paranormal elmi fantastika janrında olan ranobedə hadisələr 9 fərqli şəxsin ətrafından cərəyan edir. Bu 9 şəxs bir-biriləri ilə 17 yaşlı lisey tələbəsi Yuuta Qamon tərəfindən işlədilən "Chōjō Kagaku Kirikiri Basara" adlı okkult xülasə bloqu vasitəsilə əlaqə saxlayırlar. Bu doqquz nəfərin ətrafında baş verən kiçik uyğunsuzluqlar daha böyük və dünyanı dəyişdirə biləcək hadisəyə səbəb olur.

Personajlar

Okkultik doqquzluq

Yuuta Qamon (我聞 悠太, Gamon Yūta?)
Səsləndirən: Yuki Kaci
Okkult bloq işlədən və özünü xilaskar adlandıran oğlandır.
Ryoka Narusava (成沢 稜歌, Narusawa Ryōka?)
Səsləndirən: Ayane Sakura
Ruh rəhbəridir.
Saray Haşiqami (橋上 サライ, Hashigami Sarai?)
Səsləndirən: Kayto İşikava
İnkarçı, ultra-realist universitet tələbəsidir.
Miyuu Aykaka (相川 実優羽, Aikawa Miyū?)
Səsləndirən: Hitomi Yoşida
Moe falçısıdır.
Toko Sumikaze (澄風 桐子, Sumikaze Tōko?)
Səsləndirən: Şizuka İto
"Mumū" okkult jurnalının müxbiridir.
Aria Kurenayno (紅ノ 亞里亞, Kurenaino Aria?)
Səsləndirən: Miyuki Savaşiro
Qara magiya təmsilçisidir.
Kiryuu Kusakabe (日下部 吉柳, Kusakabe Kiryū?)
Səsləndirən: Kişo Taniyama
Müəmmalı adamdır.
Ririka Nişizono (西園 梨々花, Nishizono Ririka?)
Səsləndirən: Mamiko Noto
Gələcəyi təxmin edən docin manqakasıdır.
Şun Moritsuka (森塚 駿, Moritsuka Shun?)
Səsləndirən: Tetsuya Kakihara
Kospley otaku detektividir.

Digər

Asuna Kizaki
Səsləndirən: Tetsuya Kakihara
Liseydə oxuyan FBI müfəttişidir.
Kohey İzumi
Səsləndirən: Kenciro Tsuda
"Blue Moon" adlı kafe işlədən qadındır.
Çizu Kavabata
Səsləndirən: Maria Naqanava
Miyuu Aykakanın yaxın rəfiqəsidir.

Media

Ranobe

Ranobe seriyası Çiyomaru Şikura tərəfindən yazılıb, pako tərəfindən illüstrasiya olunub. Overlap Bunko ranobenin ilk cildini 2014-cü ilin avqustunda çap edib. J-Novel Club ranobeni ingilis dilində rəqəmsal şəkildə yayımlayıb.

Cild siyahısı

№Yapon nəşr tarixiYapon ISBN
01 25 avqust 2014978-4-90686-621-2
02 25 aprel 2015978-4-86554-020-8

Videooyun

28 sentyabr 2017-ci ildə 5pb. tərəfindən PlayStation 4, PlayStation Vita və Xbox One platformaları üçün vizual roman adaptasiyası buraxılacaq.

Manqa

Qancii tərəfindən hazırlanmış manqa adaptasiyası Kodansha nəşriyyatının "good! Afternoon" jurnalında 7 oktyabr 2015-ci ildə yayımlanmağa başlamışdır.

№Nəşr tarixi ISBN
1 7 aprel 2016—

Anime

2016-cı ilin martında anime adaptasiyasının çəkiləcəyi anons edilmişdir. Animenin birinci seriyası 2 oktyabr 2016-cı ildə Kichijoji Anime Wonderland tədbirində nümayiş etdirilmişdir. Anime serialı Kyohey İşiquro və Miyuki Kurokinin rejissorluğu, To-Jumpei Morita-nın ssenaristliyi, Tomoaki Takasenin personaj dizaynerliyi və Masaru Yokoyamanın bəstəkarlığı ilə A-1 Pictures studiyası tərəfindən çəkilmişdir. Anime serialının açılış mahnısı Kanako İto tərəfindən ifa olunan "Seisū 3 no Nijō" mahnısı, bağlanış mahnısı isə Asaka tərəfindən ifa olunan "Open your eyes" mahnısıdır. Hər iki mahnı Şikura tərəfindən yazılmışdır və mahnıların 26 oktyabr 2016-cı ildə buraxılmışdır. Anime serialı 9 oktyabr 2016-cı ildən 25 dekabr 2016-cı ilə kimi Tokyo MX, ABC, CBC, GTV, GYT və BS11 kanalları, eləcə də, Daisuki vasitəsilə nümayiş etdirilmişdir. Animenin seriyaları müvəqqəti olaraq Crunchyroll və Daisuke saytlarından yığışdırılmış, lakin daha sonra anime bu saytlarda yenidən yayımlanmağa başlamışdır. Seriyaların 7 dekabr 2016-cı ildən 3 may 2017-ci ilə kimi 6 BD/DVD cildində (hərəsində iki seriya) buraxılması planlaşdırılır.

Anime Şimali Amerikada Aniplex USA tərəfindən lisenziyalaşdırılmışdır.

Seriya siyahısı

№ Başlıq Yayım tarixi
1 "Sualtı"
"Takusan no Hito" (たくさんの人) 
9 oktyabr 2016
2 "Mənim soyuq ölçüm"
"Unmei o Kaeru Chikara Nante Nai kara" (運命を変える力なんて無いから) 
16 oktyabr 2016
3 "O çatladı"
"Mōsō Datta no Darou ka" (妄想だったのだろうか) 
22 oktyabr 2016
4 "Psix çobanyastığılar"
"Saiko hinagiku" (サイコヒナギク) 
29 oktyabr 2016
5 "O kontrolunu itirdi"
"Koko ga Atarashii Sekai na no ne" (ここが新しい世界なのね) 
5 noyabr 2016
6 "O, soyuq bir baxış atdı"
"Anta no Hō dattan da ne" (アンタの方だったんだね) 
12 noyabr 2016
7 "Arzunun arzusu"
"Jōei Kaishi" (上映開始) 
20 noyabr 2016
8 "Xoşbəxtlik isti silahdır"
"Wareware no Tadoritsuita Kyūkyoku no Iryōna noda" (我々のたどり着いた究極の医療なのだ) 
27 noyabr 2016
9 "Gələcək günlər"
"Kitto Sekai wa Owaru ne" (きっと世界は終わるね) 
4 dekabr 2016
10 "Başqa qız, başqa planet"
"Hontou no Watashi" (本当のワタシ) 
11 dekabr 2016
11 "Radio dalğaları istəyirik"
"Ooi naru Mokuteki no Tame yo" (大いなる目的のためよ) 
18 dekabr 2016
12 "Bərbabər çox yaxşı vaxt keçirəcəyik"
"Okarutikku Nain" (オカルティック・ナイン) 
18 dekabr 2016

Qeydlər

  1. Animenin premyera tarixi Tokyo MX kanalı tərəfindən 8 oktyabr 2016-cı il saat 24:00 olaraq göstərilib. Bu isə həm də 9 oktyabr 2016-cı il tarixinə düşür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, occultic;nine sözünün mənası, occultic;nine haqqında məlumat. occultic;nine nədir? occultic;nine nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 10, 2026

    Müəmmər Qəddafi

  • Mart 01, 2026

    Bürhanəddin Rəbbani

  • Fevral 27, 2026

    Fridrix Nitsşe

  • Mart 01, 2026

    Cryptocarya parvifolia

  • Fevral 27, 2026

    Rəhman Nəbiyev

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst