"Kospley" (yap. コスプレ kosupure) — Yapon dilində "kostyum oyunu" birləşmiş sözündən əmələ gəlir, ekranda görünən fəaliyyətinin hərəkət formasını almaq demekdir. Müasir kospley anime və manqa həvəskarları nəticəsində Yaponiyada çıxdı.

Tarix
Kospley müasir Yaponiya mədəniyyətinin bir parçası olaraq qəbul olunsa da, ABŞ-də yaranmışdır. 1939-cu ildə Nyu-Yorkda ilk dəfə keçirilən WorldCon`a (World Science Fiction Convention) qatılan iki gənc, Forrest J.Akerman və onun dostu Mirtl R.Cons “Street Fighter” kostyumu geyinmişdilər. Daha sonra bu, digər tədbirlərdə adət halını almağa başladı. 1983-cü ildəki WorldCona qatılan ləqəbi NoV olan Nobuyuki Takahaşi özünü nağıl, oyun, komiks və s. qəhrəmanları arasında tapır və bu onun o qədər xoşuna gəlir ki, Yaponiyaya qayıdar-qayıtmaz bu barədə məqalə yazır. "Kospley" terminini də ilk dəfə o işlədir.
Kospley tədbirləri
Kospley konvensiyası – genişmiqyaslı tədbirlərə verilən addır. Əgər bir tədbirin sonunda “CON” qısaltması varsa, böyük ehtimal konvensiyanın içində kospley var.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kospley sözünün mənası, kospley haqqında məlumat. kospley nədir? kospley nə deməkdir?