Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ranobe (ラノベ?), raynobe (ライノベ?), asan roman (ライトノベル, raito noberu?) və ya layt-novel — əsasən gənc kütlə – orta məktəb və lisey tələbələri üçün nəzərdə tutulan y

Ranobe

  • Ana Səhifə
  • Vikipediya
  • Ranobe

Ranobe (ラノベ?), raynobe (ライノベ?), asan roman (ライトノベル, raito noberu?) və ya layt-novel — əsasən gənc kütlə – orta məktəb və lisey tələbələri üçün nəzərdə tutulan yapon romanların bir növü. Ranobe əvəzinə işlədilən sözlərdən biri olan "layt-novel" vasey-eyqo olub, ingilis dilindəki "light novel" söz birləşməsindən yaranmışdır. Ranobe daha tez-tez işlədilən sözdür. Qərbdə bəzən LN qısaltmasından istifadə olunur. Ranobelər adətən 40.000–50.000 sözdən ibarət olur, daha qısa olanları ABŞ ədəbiyyat terminologiyasında novella adlandırılan hekayə növünə ekvivalent hesab olunur. Ranobelər nadir hallarda 100-dən çox səhifədən ibarət olur, çap olunması üçün cədvəl hazırlanır, adətən bunkobon (A6, 10,5 sm × 14,8 sm) formatında nəşr olunur və manqa stilində olan illüstrasiyalara malik olur. Lakin illüstrasiyasız ranobelərə də rast gəlmək mümkündür. Mətn çox vaxt kitab şəklinə salınmazdan qabaq antologiya jurnallarında serializasiya olunur.

Makaoda ranobe satan kitab evi.

Mündəricat

Detallar

"Re:Zero -Starting Life in Another World-" ranobe seriyasının birinci cildinin üzlüyü.

Ranobelər pulpa jurnallarının inkişaf etmiş formasıdır. 1970-ci illərdə oxucuları məmnun etmək məqsədi ilə artıq klassik üzlükləri məşhur anime üzlükləri ilə dəyişdirmiş bir çox Yaponiya pulpa jurnalları hər hekayənin əvvəlinə şəkillər qoymağa və populyar anime, manqa, film və video oyunlar haqqında məqalələr yerləşdirməyə başlamışdır. Məzmun "Ulduz müharibələri" kimi məşhur filmlərdən də təsirlənmişdir. Hekayə oxucuları razı salacaq şəklə düşmüş və populyar stildə tamamilə şəkillərlə zənginləşdirilmişdir. Populyar seriyalar romanlarda nəşr olunmuşdur.

Son illərdə ranobelər manqa, anime və filmlər üçün populyar adaptasiya seçiminə çevrilmişdir, lakin anime və film adaptasiyaları üçün adətən ranobe seriyasının sadəcə ilk iki cildi istifadə olunur. Ranobelər adətən "Faust", "Gekkan Dragon Magazine", "The Sneaker" və "Dengeki hp" kimi ədəbi jurnallarda və ya "Comptiq" və "Dengeki G's Magazine" kimi mediafranşiz jurnallarında serializasiya olunur.

Nəşriyyatlar daim yeni, uğur qazanacaq ranobelər axtarışındadır. Bunun üçün illik müsabiqələr təşkil edirlər. Belə müsabiqələrdə qalib gələnlər pul mükafatı əldə edir və ranobesini nəşr etdirmək hüququ qazanırlar. Dengeki Roman Mükafatı ən nüfuzlu müsabiqələrdən biridir. 2013-cü ildə bu müsabiqə üçün 6.500-dən çox ranobe təqdim olunmuşdu. Bütün romanlar "ranobe" kimi etiketlənir və ucuz qiymətə nəşr olunur. Məsələn, "The Melancholy of Haruhi Suzumiya" ranobesinin Yaponiyadakı qiyməti 514 ¥ (üstəgəl, 5 % vergi; ~ 7 manat) təşkil edir və bu Yaponiyada satılan ranobelərin normal qiymətinə uyğun gəlir. 2007-ci ilin məlumatına görə (Yaponiya hökumətinin maliyyələşdirdiyi sayta görə) ranobe bazarının qiyməti 20 milyard ¥ (~ 272 milyon manat) təşkil edir və hər il 30 milyon nüsxə ranobe çapdan çıxır. Kadokawa Sneaker Books və Dengeki Books kimi başlıca imprintlərə sahib olan Kadokawa Group Holdings şirkətinə bu bazarda düşən pay 70–80 %-dir. 2009-cu ildə ranobe satışından 30,1 milyard ¥ (~ 410 milyon manat) gəlir əldə olunmuşdur və ranobe satışları Yaponiyadakı bunkobon formatında olan kitab-dəftər məhsullarının 20 %-ni təşkil etmişdir.

Son illərdə ranobelərin digər dillərə, xüsusilə ingilis dilinə tərcümə edilməsində böyük fəallıq müşahidə olunur. 2007-ci ilin martında Seven Seas Entertainment yapon ranobesini tərcümədə edərək bankobon cildində nəşr edən ilk ingilisdilli nəşriyyat olmuşdur. Ranobeləri ingilis dilinə tərcümə edən digər nəşriyyatlar Tokyopop, Viz, DMP, Dark Horse, Yen Press, və Del Rey Mangadır.

Tarix

Dengeki Bunko imprintinin loqosu.

Artıq ucuz, pulpa Yaponiya romanları ranobeləri xatırlatmağa başlamışdır. 1975-ci ildə Sonorama Bunko imprinti yaradılmışdır. Hideyuki Kikuçi və Baku Yumemakura kimi elmi fantastika və qorxu janrlarında yazan yazıçılar belə imprintlərlə karyeralarına başlamışdılar.

1980-ci illərdə Yoşiki Tanakanın gənclər üçün nəzərdə tutduğu "Heroic Legend of Arslan" ranobesi məşhurluq qazanmışdır. "Record of Lodoss War" da böyük uğur əldə etmişdir. Bu iki ranobe əsasında animelər çəkilmişdir.

1990-cı illərdə uğur qazanan "Slayers" ranobe seriyasında RPG elementləri ilə komediya birləşdirilmişdi. Bir neçə il sonra MediaWorks hazırda bir çox məşhur ranobeləri nəşr edən Dengeki Bunko imprintini qurmuşdur. "Boogiepop" ranobe seriyası imprintin ilk məşhur nəşrlərindən biri idi.

Dengeki Bunko yazıçıları yavaş-yavaş diqqət çəkərkən 2006-cı ildə Haruhi Suzumiyanın seriyaları böyük uğur əldə etmişdir və bundan sonra ranobelərə olan maraq çox böyümüşdür.

Bəzi ranobelər

  • Accel World
  • Amagi Brilliant Park
  • And you thought there is never a girl online?
  • The Asterisk War
  • Baccano!
  • Beyond the Boundary
  • Black Bullet
  • Date A Live
  • The Devil Is a Part-Timer!
  • Durarara!!
  • Fate/Zero
  • Full Metal Panic!
  • Gate
  • Golden Time
  • Heavy Object
  • High School DxD
  • Hundred
  • The Irregular at Magic High School
  • No Game No Life
  • Occultic;Nine
  • Outbreak Company
  • Overlord
  • Re:Zero -Starting Life in Another World-
  • Spice and Wolf
  • Strawberry Panic!
  • Sword Art Online
  • Tokyo Ravens
  • Toradora!

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ranobe haqqında məlumat. Ranobe nədir? Ranobe nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Makedoniyalı Aleksandr

  • Fevral 27, 2026

    Çəng

  • Fevral 27, 2026

    Qəzni

  • Fevral 27, 2026

    Əndəlib Qaracadaği

  • Fevral 27, 2026

    Sartaq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst