Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zazalar və ya Dımli - əsasən Türkiyədə yaşayan xalq. Zazalar Türkiyənin türklər, kürdlər və ərəblərdən sonra dördüncü ən böyük etnik qrupudur. Ana dilləri Hind-

Zaza

  • Ana Səhifə
  • Vikipediya
  • Zaza

Zazalar və ya Dımli - əsasən Türkiyədə yaşayan xalq. Zazalar Türkiyənin türklər, kürdlər və ərəblərdən sonra dördüncü ən böyük etnik qrupudur. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən zaza dilidir ve bu dil talış dili və tati dillərinə yaxın və oxşardır.

Zazalar
Zazaların Türkiyədə coğrafi yayılması.
Ümumi sayı
2.000.000-3.000.000
Yaşadığı ərazilər
Türkiyə 2.000.000-3.000.000
Almanya 300.000  
Dili

Zaza dili

Dini

İslam (əksəriyyət Sünnilik)

Qohum xalqlar

İran xalqları

Mündəricat

Məskunlaşma

Türkiye'de Zaza Dili meskunu

Hazırda əsasən Türkiyədə (milliyyətçi zaza kəsiminin iddiasına əsasən Türkiyə əhalisinin 3,33%-i) , qismən İranda , İraqda və Suriyada , müəyyən səbəblərdən doğan miqrasiya nəticəsində isə az sayda toplumlar şəklində dünyanın bir çox ölkəsində məskunlaşmış zazaların sayına dair dəqiq statistik - elmi məlumatlar yoxdur . Milliyyətçi zaza qeyri-dövlət təşkilatlarının iddialarına görə dünya üzrə zazaların ümumi sayı 4 - 6 milyon nəfər civarındadır .

Türkiyədə

Zazalar Türkiyədə türklərdən və kürdlərdən sonra ən böyük üçüncü etnik toplumu təşkil edirlər . Bingöl və Tunceli vilayətində əhalinin çoxluğunu təşkil etsələr də Türkiyənin digər vilayətlərində azlıqdadırlar .

Subetnik qruplar

Zaza-Talış toplumu bir-biri ilə yaxın bir neçə qrupa etnik qrupa bölünür :

  • Zaza
  • Deylemi
  • Çarojlar
  • Dimili
  • bacalan
  • şəbək
  • sarlı
  • avroman

Zaza tayfaları

Abas • Abdalan • Ağuçan • Alan • Ali • Ali Abas • Alxan • Alz • Arê • Aslan • Aşur • Az • Badil • Balaban • Balçık • Bali • Bamasur • Beyit • Bêx • Bêxtiyar • Bılêçık • Birm • Butk • Cafer • Çarek • Çekel • Çin • Demen • Derık • Dewrêscemal • Dersimli • Ferat • Fınd • Gınic • Gulabi • Hadik • Heciyan • Hemoçık • Hesn • Heyder • Heyr • Holik • Hoş • İbık • İksor • İzol • Karsan • Keçel • Kem • Khal • Khew • Khud • Khurêş • Kılawus • Kırdaşi • Kımsorçık • Kulik • Laçin • Lol • Nemremu • Nenik • Okçı • Phezgewr • Pilvank • Pirsultan • Qerebali • Qırğ • Qoçgiri • Reşık • Rut • Sandalan • Sarısaltuğ • Sefılçık • Semk • Sewdax • Seydan • Seydal • Seysabun • Seykemal • Sıl(êman) • Sis • Sur • Şad • Şawel • Şemk • Şêlm • Şêxmamed • Şeyx Hasanlı • Şırtık • Tanriverdi • Taw • Titenik • Usıv • Xıd • Xırançık • Xormeçık • Zeng • Zerkhewık • Zıkte

  • Türkiyə Respublikasında Tunceli yaşayış məntəqəsinin keçmiş adı Dersim olmuşdur . Eyniadlı vilayətin əhalisinin əksəriyyətini hazırda zazalar təşkil edir . Vilayətdəki zaza əhalisi Şeyx Hasanlı və Dersimli tayfalarının ayrılıqda əmələ gətirdikləri tayfa konfederasyonunda birləşmişdir . Şeyx Hasanlı tayfası Oğuz türklərinin Bayat boyuna mənsubdurlar . XIII əsrdə Xorasandan köç edərək Andoluya gəlmiş öncə Malatyada sonralar isə indiki Tünceli (keçmiş Dersim) bölgəsində məskunlaşmışdırlar . Hazırda tayfanın Malatyada qalmış bölümü türkcə , Tuncelidə məskunlaşmış qismi isə zazaca danışırlar .

Zaza əsilli məşhurlar

  • Mahsun Qırmızıgül (hər iki valideyni) - Türkiyəli müğənni
  • Yıldız Tilbe (anası) - Türkiyəli müğənni
  • Yılmaz Güney (babası)
  • Ali Sürmeli
  • Ahmet Aslan
  • Necati Şaşmaz
  • Songül Öden

Siyasətçilər

  • Cevdet Yılmaz : 5 iyul 2011 tarixindən 61-ci TC Hökuməti Kalkınma Bakanı

Şərhlər

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zaza sözünün mənası, zaza haqqında məlumat. zaza nədir? zaza nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Mart 01, 2026

      İdman gimnastikası

    • Fevral 27, 2026

      BAFTA

    • Mart 01, 2026

      Selma Lagerlöf

    • Mart 01, 2026

      Esenbeckia

    • Fevral 27, 2026

      Zimbabve

    Trend Mahnılar
    • Fevral 21, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Mart 06, 2026

      Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

    • Fevral 17, 2026

      Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst