Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, ing. Organization for Economic Co-operation and Development, OECD, fr. Organisation de coopération et de d

OECD

  • Ana Səhifə
  • Vikipediya
  • OECD

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (qısa. İƏİT, ing. Organization for Economic Co-operation and Development, OECD, fr. Organisation de coopération et de développement économiques) — demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat. 36 üzv ölkəli iqtisadi təşkilat olan İƏİT 1961-ci ildə iqtisadi inkişafı və dünya ticarətini təşviq etmək üçün qurulmuşdur. Bu platformaya daxil olan ölkələr siyasi təcrübələrini qarşılaşdırır, ümumi problemlərə həll yolu tapır və təşkilata üzv olan digər ölkələrin daxili və beynəlxalq siyasətinin doğru və koordinasiyalı bir şəkildə tətbiq edilməsinə şərait yaradır. İƏİT-ə daxil olan ölkələrin əksəriyyəti çox yüksək İnsan İnkişafı İndeksinə sahib yüksək gəlirli ölkələrdir və inkişaf etmiş ölkələr olaraq qəbul edilirlər. 2017-ci ildə İƏİT-ə üzv ölkələr qlobal nominal ÜDM-nin 62,2%-ni ($49.6 trilyard), alıcılıq qabiliyyəti üzrə qlobal ÜDM-nin 42,8%-ni ($54.2 trilyard) özündə cəmləşdirirdi. Təşkilat rəsmi BMT müşahidəçisidir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
OECD, OCDE, ОЭСР
Loqonun şəkli
Yaranma tarixi 16 aprel 1948, 30 sentyabr 1961
Rəsmi dili
  • ingilis dili,
  • fransız dili
Mərkəzi
  • Paris
oecd.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İƏİT 1948-ci ildə Robert Marcolinin rəhbərliyi altında Marşal planının (hansı ki, bu plan SSRİ və onun peyk dövlətləri tərəfindən rədd edilmişdi) idarə olunmasına kömək etmək üçün Avropa İqtisadi Əməkdaşlıq Təşkilatı (AİƏT) adı ilə təsis edildi. Buna ABŞ-nin göndərdiyi maliyyə dəstəyini paylamaq və İkinci Dünya müharibəsindən sonra Avropada yenidən quruculuq işlərinin aparılması üçün lazımi iqtisadi proqramları tətbiq etməklə nail olunacaqdı. (Bənzər yenidən qurma yardımı müharibədən məğlub olaraq çıxmış Tayvan və müharibə sonrası Cənubi Koreyaya da göndərilmişdi, ancaq bu köməklər Marşal planı adı altında edilməmişdi.)

1961-ci ildə AİƏT İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı haqqında Konvensiya ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı olaraq yenidən quruldu və üzv ola biləcək ölkələrə Avropada olmayan ölkələr də daxil edildi. İƏİT-nin qərargahları Fransanın paytaxtı Parisdə, la-Müett şatosunda yerləşir. Təşkilat üzv ölkələrin müxtəlif nisbətdə olan dəstəyiylə maliyələşdirilir və 2017-ci ildə ümumi büdcəsi 374 milyon ABŞ dolları olmuşdur.

Üzv ölkələr

Hal-hazırda qoşulma dəvəti göndərilən Kolumbiya ilə birlikdə təşkilata 36 ölkə üzvdür.

ÖlkəMüraciətDanışıqlarDəvətÜzvlükCoğrafi yeriQeydlər
Avstraliya7 iyun 1971Okeaniya
Avstriya29 sentyabr 1961AvropaAİƏT üzvü.
Belçika Belçika13 sentyabr 1961AvropaAİƏT üzvü.
Kanada Kanada10 aprel 1961Şimali Amerika
Çilinoyabr 200316 may 200715 dekabr 20097 may 2010Cənubi Amerika
Çex Respublikasıyanvar 19948 iyun 199424 noyabr 199521 dekabr 1995Avropa1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi..
Danimarka30 may 1961AvropaAİƏT üzvü.
Estoniya Estoniya16 may 200710 may 20109 dekabr 2010Avropa
Finlandiya Finlandiya28 yanvar 1969Avropa
Fransa Fransa7 avqust 1961AvropaAİƏT üzvü.
Almaniya Almaniya27 sentyabr 1961AvropaAİƏT-ə 1949-cu ildə (Qərbi Almaniya) olaraq üzv olmuşdur.
Yunanıstan Yunanıstan27 sentyabr 1961AvropaAİƏT üzvü.
Macarıstan Macarıstandekabr 19938 iyun 19947 may 1996Avropa1949-cu ildən 1991-ci ilə qədər rəqib QİYŞ təşkilatının üzvü idi.
İslandiya İslandiya5 iyun 1961AvropaAİƏT üzvü.
İrlandiya17 avqust 1961AvropaAİƏT üzvü.
İsrail İsrail15 mart 200416 may 200710 may 20107 sentyabr 2010Asiya
İtaliya İtaliya29 mart 1962AvropaAİƏT üzvü.
Yaponiyanoyabr 1962iyul 196328 aprel 1964Asiya
Cənubi Koreya29 mart 199525 oktyabr 199612 dekabr 1996AsiyaRəsmi olaraq Koreya Respublikası
Latviya Latviya29 may 201311 may 20161 iyul 2016Avropa
Litva Litva9 aprel 201531 may 20185 iyul 2018Avropa
Lüksemburq7 dekabr 1961AvropaAİƏT üzvü.
Meksika Meksika14 aprel 199418 may 1994Şimali Amerika
Hollandiya13 noyabr 1961AvropaAİƏT üzvü.
Yeni Zelandiya29 may 1973Okeaniya
Norveç Norveç4 iyul 1961AvropaAİƏT üzvü.
Polşa Polşa1 fevral 19948 iyun 199411 iyul 199622 noyabr 1996Avropa1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi.
Portuqaliya Portuqaliya4 avqust 1961AvropaAİƏT üzvü.
Slovakiyafevral 19948 iyun 1994iyul 200014 dekabr 2000Avropa1949-cu ildən 1991-ci ilə qədər Çexoslovakiyanın tərkibində rəqib QİYŞ təşkilatının üzvü idi.
Sloveniyamart 199616 may 200710 may 201021 iyul 2010Avropa
İspaniya İspaniya3 avqust 1961Avropa1958-ci ildə AİƏT-ə üzv olmuşdur.
İsveç İsveç28 sentyabr 1961AvropaAİƏT üzvü.
İsveçrə28 sentyabr 1961AvropaAİƏT üzvü.
Türkiyə Türkiyə2 avqust 1961Asiya və AvropaAİƏT üzvü.
 Böyük Britaniya2 may 1961AvropaAİƏT üzvü.
ABŞ ABŞ12 aprel 1961Şimali Amerika

Avropa Şurası İƏİT-nin AB üzv ölkələri ilə işində iştirak edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, OECD haqqında məlumat. OECD nədir? OECD nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mürabitlər

  • Fevral 27, 2026

    Qərbi Xunnu

  • Mart 01, 2026

    Heyran xanım

  • Fevral 27, 2026

    Menyu (informatika)

  • Fevral 27, 2026

    Tuti Bikə

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst