Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Niyazinin heykəli — Bakı şəhərində məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyası

Niyazinin heykəli

  • Ana Səhifə
  • Vikipediya
  • Niyazinin heykəli

Niyazinin heykəli — Bakı şəhərində məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982) Niyazinin şərəfinə ucaldılmış heykəl.

Niyazinin heykəli
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı
Yerləşir Bakının Niyazi küçəsində yerləşən parkda
Heykəltaraş Ömər Eldarov
Memar Elbay Qasımzadə
Material bürünc
ƏhəmiyyətiÖlkə əhəmiyyətli

Haqqında

Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir. Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Ömər Eldarov heykəl barədə bunları demişdir:

Bəli, bu, mənim sonuncu işimdir. Heykəl bürüncdəndir. Kompozisiyada - Niyazi dirijorluq edərkən təsvir olunub. Bu planda Niyazi çox plastik və təsirlidir. Abidənin hündürlüyü 3 metrdir. Qranitdən olan pedestal hansısa mənada royalı təcəssüm edir. Niyazi çox yaxşı drijorluq edirdi. Mən bundan istifadə etdim və onun hərəkətlərini daha ifadəli çatdırmağa çalışdım. Buna nə dərəcə nail olduğumu ictimaiyyət deyəcək. Abidə Prezident Adminstrasiyasının binasından bir qədər aralıda, Niyazi küçəsində ucaldılıb. Ətrafda fəvvarələr və 2 şəlalə olacaq. Axan su kompleksinin ortasında o, dirijorluq edir. Bu, çox cazibədardır, ona görə də, mən bu işə razılaşdım.

Heykəlin açılışı 2 fevral 2017-ci il tarixində baş tutmuşdur. Heykəlin açılışına prezident İlham Əliyev, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, bəstəkar, Xalq Artisti Faiq Sücəddinov, beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyev, Xalq Rəssamı, heykəltaraş Ömər Eldarov da qatılmışdırlar.

Həmçinin bax

  • Niyazi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, niyazinin heykəli sözünün mənası, niyazinin heykəli haqqında məlumat. niyazinin heykəli nədir? niyazinin heykəli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Homo heidelbergensis

  • Fevral 27, 2026

    Mənbəşünaslıq

  • Mart 04, 2026

    Hüseyn əl-Husi

  • Mart 02, 2026

    Qaradağ (Ağsu)

  • Fevral 27, 2026

    Pirəhmədli (Füzuli)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst